A Walk to Remember (2002) / The Lucky One (2012)

Avropanın, Amerikanın sevdiyi yazıçılardan biri, elə bəlkə də biricisi Nicholas Sparks.

"The Notebook”, “The Lucky one”, “The Wedding”, “Dear John”,  “Message in a Bottle”, “A Walk To Remember”, “The Last Song” və s. yazıçının bestseller siyahısa daxil olmuş kitablarıdır. 

Nicholas Sparksın çox geniş oxucu kütləsi var və onun kitabları bir çox dillərə tərcümə edilmişdir. Azərbaycan dilinə tərcümədə isə mən bildiyim qədəri ilə hələ heç bir kitabı yoxdur.

Düzü Avropanın bu qədər çox bəyəndiyi yazarın nədən yazdığı mənə çox maraqlıydı. Kitabların elə adlarından sevgi haqqında olduqları bəlli idi, lakin mən elə bilirdim Nicholas xanımdır :D Bəy əfəndi olasan belə Avropanı lərzəyə gətirən duyğuyüklü romanlar yazasan?)
Yazarın 16-dan çox kitabının olmasına baxmayaraq bunlardan 6-sına film çəkilmişdir. Kitabı almağa həvəsim olmadığından mən də bu 6 filmə baxmağa qərar verdim.
1. İlk baxdığım film “A walk to remeber”, yəni “Hatırlanacak anı” oldu.
Düzü, bu kinonun ssenarisi mənə “Bir milyonerin ilk aşkı” filmindən bir qədər tanış idi.
Bir yanda özündən razı, varlı ailənin oğlu, qızların sevimlisi olan gənc bir oğlan.. Digər yanda isə sakit, başıaşağı, dərslərinə diqqət edən sadə bir gənc qız... Və bir gün hadisələr elə dəyişir ki, əvvəllər bir-birinə zidd xarakterdə olan bu iki insan bir-birin dəlicəsinə sevir. Görünür türklərin “en böyük aşklar nefretle başlar” sözü burda da öz rolun oynayıb)

Filmin ssenarisi haqqında daha çox şey deyib  baxmayanların həvəsin öldürmək istəmirəm. Əgər  “Bir milyonerin ilk aşkı” adlı koreya filminə baxmamısızsa mütləq bu filmə baxın. Sizə çox maraqlı gələcək çünki.
Amma mənim bu filmdə ən çox sevdiyim səhnə qızın arzularından biri olan “eyni anda iki yerdə olmaq” arzusunun reallaşması oldu =)
Düzü 40 yıl oturub düşünsəm o cür yol ağlıma gəlməzdi)
P.S: Filmə baxdıqdan sonra yalnız axrıncı sözümü anlaya bilərsiz =)))


Onu deyim ki, baş rol oyunçusu xanımın doğrudan da çox məsum və şirin üzü var. Bəlkə də buna görə filmə verilən 6 mükafatdan 5i bu xanıma aiddir ;)
Filmdən seçdiklərim:
Aşkımız rüzgâr gibi, göremiyorum ama hissedebiliyorum...
Sevgi her zaman sabırlı ve candandır.
Asla kıskanç değildir.
Sevgi asla kendini beğenmiş ya da kibirli değildir.
Asla kaba ve bencil değildir.
Saldırgan ve kızgın değildir.
Sevgi başka insanlarından zevk almaz fakat hakikati sever.
Her zaman bağışlamaya, güvenmeye, ümit etmeye hazır ve başa gelen herşeye tahammül eder...
2. Ssenarisi Nicholas Sparksın romanı əsasında çəkilmiş ikinci film isə “The Luck One” oldu. Düzü bu filmi mənə məsləhət də görmüşdülər, amma hər dəfə baxmaq yadımdan çıxırdı.
“The Lucky one” 2012-ci ilin aprel ayında ekranlarda ilk dəfə yayımlanmışdır. Filmin baş rol oyunçusu  bir çox qızların sevimlisi Zac Efrondur)))
Filmin ssenarisin qısaca sizə danışım: Deməli, İraqdakı müharibədə 3 dəfə ölümdən dönən dənizci Logan (Zac Efron) sağ qalmasını müharibədə yerdən tapdığı bir şəklə borclu olur. O, bu şəklin ona şans gətirdiyini və onu ölümdən qoruduğuna inanır. Lakin ortada  bir problem var... Logan şəkildəki xanımı, ona şans gətirən mələyi tanımır.
Beləliklə, müharibə bitdikdən sonra Logan şəkildəki xanımı tapmağı qarşısına məqsəd qoyur və nəhayət arzusuna çataraq o şəkildəki xanımla görüşür. Məhz filmin əsas hissəsi də elə burdan başlayır.
Amma onu deyim ki, bu filmi də dəhşət çox bəyənmədim. Hadisələr çox yavaş irəliləyirdi sanki... Elə nə vaxt baxırdım baş roldakılar sarmaş-dolaşıydılar)) Ortada bir dialoq yox, maraqlı bir söhbət yox)
Bircə filmin sonu heç gözləmədiyim kimi bitdi. Sonda bir az aksiyon hiss etdim o qədər.
Fimdən seçdiyim:
En ufacık bir şey hayatınızı değiştirebilir. Göz kapayıp açıncaya kadar, en az beklediğiniz anda şans eseri bir şey olur. Size hiç planlamadığınız bir rota belirler. Sizi hiç hayal etmediğiniz bir geleceğe götürür. Sizi nereye mi götürür? Bu bizim hayatımızın bir yolculuğudur. Işığı aramamızdır. Ama bazen ışığı bulmak, en kötü karanlıklardan geçmek anlamına gelir.
P.S: Sonda onu deyim ki, Nicholas Sparksın yazmış olduğu bu 2 romanın ssenarisində qeyri-adi, dəhşətli bir şey görmədim. Başa düşmədim onu bu dərəcədə məşhur edən nədir :)
 Bəlkə də Avropalılar belə sevgilərə, romanlara hələ acdır ona görə...
Bəlkə də filmlər heç vaxt kitabların dadın vermir deyə mən belə hiss etdim...
Amma Sparksın yerdə qalan 4 filminə də
qısa zamanda baxıb fikirlərimi bildirəcəm. Hələ ən məşhur əsəri olan “Notebook”a baxmamışam ;)

Yorumlar

  1. Hey there, I think your website might be having browser compatibility issues.
    When I look at your blog in Safari, it looks fine but when
    opening in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick
    heads up! Other then that, wonderful blog!
    Also see my web page - liverpool transfer rumours transfer news

    YanıtlaSil
    Yanıtlar
    1. Hi. Thanks for your attention. I have changed my design. Now I think it wont be problem in Internet Explorer.
      I looked through your web page. Good luck :)

      Sil
  2. I don't even know the way I stopped up right here, but I assumed this post was once great. I don't recognize who you're but definitely you're going to a well-known blogger when you aren't already. Cheers!
    Look at my blog post perfumes baratos

    YanıtlaSil
  3. My spouse and I absolutely love your blog and find almost all of your post's to be what precisely I'm looking for.
    Does one offer guest writers to write content in your case?
    I wouldn't mind publishing a post or elaborating on a number of the subjects you write in relation to here. Again, awesome website!

    Also visit my web-site; MTV Roadies Kolkata Audition Wallpapers

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan