Məsləhətli Film Axtaranlar, Diqqət Buraya!

Salam, dostlar! Bügünkü yazım hərhalda kino həvəskarlarını daha çox sevindirəcək. Çünki bugün son zamanlarda baxdığım filmlər haqqında maraqlı bir yazı yazmaq istəyirəm. Bu filmlərin arasında məni ağladanı da oldu, güldürəni də...Çox təriflənilməsinə baxmayaraq heç sevmədiyim də oldu, hansı ki, sadəcə olaraq dəyərli vaxtımı məndən aldı :(
Siz də filmə baxandan sonra "2 saatım boş-boşuna buna getdi?!" deməyəsiniz deyə film məsləhətlərimi təqdim edirəm :)

1.    İlk filmimiz  - TED (Ayı Teddy)
Yəqin şəkildə gördüyünüz bu şirin ayını tanıdınız =)) 

Son zamanlarda bu şirin ayıcığın şəkli tez-tez rastıma çıxdığından nəhayət filminə baxmağa qərar verdim. İlk öncə onu deyim ki, film haqqında bir çoxlarının fikri belədir: "mütləq bax çooox gözəl kinodur, çoooox güləssən, mırtdı" falan filan.



Düzü mən də bu sözlərdən sonra doyunca güləcəyimi düşünüb oturub böyük həvəslə bu filmə baxdım, amma filmin sonunda hüsrana uğramış durumdaydım.  Kino boyunca demək olar ki, heç nə məni elə də çox güldürmədi. Deyilənlər qədər nə çooox gözəl, nədə ki, çox gülməli filmiydi. Sadəcə olaraq məncə, ordakı ayının “çapkın” olması və bir qədər küfürlü danışması bu filmə baxan oğlanların xoşuna gəlib. 
Qızlar, ayının şirinliyinə aldanmayın, elə də maraqlı film deyil. Benden söylemesi ;)
2.Ağlamalı film axtaranlar, diqqət buraya! Sizə yaxşı film məsləhətim var. Bəlkə də “İf Only” filminə bir çoxlarınız baxıb, amma baxmayanlara deyim ki, mütləq baxın. Çox gözəl filmdi.
 Film o qədər maraqlıdır ki, vaxtın necə keçdiyini adam heç hiss etmir. Bu filmin içərisində nə axtarsaz var: komedi, drama, sevgi, aksiyon, həyəcan, fantastika =))
Filmin mövzusu haqqda heç nə yazmaq istəmirəm, çünki onda filmin marağı qalmaz. 
Ümumiyyətlə kinolar haqqında məsləhət veriləndə bir əsas filmin dönüş nöqtəsinin və birdəki sonunun deyilməsin heç sevmirəm. Ona görə online kinoya baxdığım saytlarda yazılan rəyləri də oxumuram) Çünki bəziləri artıq kinonun sonun, ya da maraqlı yerin yazmış olur, mənim də kinoya olan marağım qaçır. 
Məndən sizə məsləhət siz də çalışın elə rəyləri oxuyub kinonun dadın qaçırtmayın)
 Sonda isə əgər romantik, drama, sizi ağladacaq, sevgidən bəhs edən bir filmə baxmaq istəyirsizsə, məsləhətimə güvənib "İf only"-ə baxın. Bəyənəcəyinizə əminəm. ;)
 3. Xaxa.. məni güldürən film var sırada. Filmin adı “Think like a man”- dir. 2012 istehsalı olan çox yeni bir filmdir.
Film Steve Harveyin eyni adlı “Think like a man, act like a lady” kitabı əsasında çəkilib.

 Məncə bu film daha çox qızların xoşuna gələcək.  Çünki filmdə oğlanı ələ almağın, onları evləndirməyə razı salmağın yolları öyrədilir :)))  Ona görə də oğlanlar bu filmə baxmasa yaxşıdı, yoxsa bizim variantlarımızdan xəbər tutacaqlar :D 
Şaka Şaka))) Kim istəyir buyurub baxsın. Oğlanların da maraqla izləyəcəyi komedi filmidir.
Onu da qeyd edim ki, filmdə istifadə edilən musiqilər isə başqa bir dünyadır. Yuxarıdakı mahnı mənim favorimdir :)  1-2 gün bu mahnının hastası olmuşdum, replay replay yenə də replay))
4. İnception -  çoxdandır baxdığım, amma hələ də yadımdan çıxmayan, dadı damağımda qalan, unudulmaz bir film! Bu filmə baxmayanlar, çox şey qaçırmısız ,bilmiş olun. 

İnception 2010-cu ildə vizyona çıxdıqdan sonra qısa müddətdə son 25 ilin ən yaxşı filmləri arasında yer tutmuşdu. Bu film haqqında da çox şey demək istəmirəm, onsuzda filmə baxdığınız andan hadisələr özü sizin marağınızı elə çəkəcək ki, bir də görəcəksiz ki, aaa artıq film bitdi. Filmin baş rol oyuncusu da “Titanic” filmindən hamımızın yaxşı tanıdığı Leonarda DiCapriodur.


Fantastik, aksiyon, maraqlı bir film axtarısızsa tam sizlikdir! İnanmıram bu filmə bəyənmədim deyəcək biri olsun. Tam bir şah əsərdi!
5. The Vow – Bir qadının gerçək həyatı haqqında çəkilmiş bir filmdi. Amma düzün deyim ki, bu filmi çoooox sevmədim. Çünki  mövzusunu artıq film ssenarilərində “çeynənilmiş” mövzu sayıram: deməli, qadın yaddaşını itirir və yoldaşı onun yaddaşını geri qaytarmaq, xatirələri yadına salmaq üçün əlindən gələni edir. 
Düzdür, filmə baxanda gözlərimdən yaş gəlmədi deyil.. Film bir az məni kövrəltdi... Amma yenə də 100% xoşunuza gələcək deyə bilmərəm. Ən yaxşısı film haqqında məlumatı paylaşım, baxıb baxmamağa siz qərar verin.
The Vow filmi  Kim ve Krickitt Carpenter isimli Amerikalı bir çiftin kendi hayatları ve evlilikleriyle ilgili yazdıkları The Vow isimli kitaptan uyarlanmıştır.Evlendikleri 18 Eylül 1993 tarihinden on hafta sonra, çift büyük bir trafik kazası atlatır ve Krickitt evlilikleri dahil yaşadıkları tüm romantik anılarını da unuttuğu hafıza kaybına uğratan beyin travması yaşar.Eşi kendisine bir yabancı gibi davransa da Kim eşine hala deliler gibi aşıktır. Neticede çift, inançlarının ve aşk yeminlerinin birbirlerine bağladıklarına inanmışlardır.

Nəhayət bugünkü siyahının sonuna gəldik :) Amma baxdığım, hələ haqqında yazmaq istədiyim başqa filmlər də var ki, onlar da qalsın gələn dəfəyə.

İnşallah bu siyahıda istədiyiniz janrdakı filmi tapıb artıq hansına baxacağınızı seçmişsinizdir. Filmə baxandan sonra mütləq fikirlərinizi bizimlə bölüşün) Çünki bəyənib bəyənməyəcəyiniz mənə çox maraqlıdır. 
Yeri gəlmişkən, yaxşı film zövqü olanlar, film məsləhətlərinizi bizdən əsirgəməyin =)

Yorumlar

  1. if only'ya insallah bugun baxaram, reylerimi de yazaram bura amma inception'a o vaxti baxanda beyenmemisdim, onu da deyim ))

    YanıtlaSil
  2. if ONLY izledim.suuuuuuuuuuuper bir film idi,TESHEKKUR EDIREM.ELA IDI.COXDAN IDI BELE FILM AXTARIRDIM.......MENIM SIZE MESLEHETLI FILMIM ISE "3 METRA URAVEN NA NEBA".

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyəndiyinizə sevindim :) Məsləhət gördüyünüz filmə vaxtım olan kimi çalışacam baxım :)

      Sil
  3. SITENIZ XOSUMA GELDI.Amma serhlerimi adimla yaza bilmedim.komek edin mumkunse.

    YanıtlaSil
    Yanıtlar
    1. Salam :) Öz adınızla rəy yazmaq üçün Yorumlama biçimi: yerindən google hesabı yazan yeri açıb ordan ADI/URL yazılanı seçməlisiz. onu seçəndə yeni açılan pencərədə adınızı qeyd edə bilərsiz

      Sil
    2. yazdim alinmir.

      Sil
    3. hm goresen harda sehv edirik :)) istesez reyinizin sonunda adinizi yazin)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan