Kayıtlar

Erich Fromm - Sevmək sənəti

Resim
Həqiqətənmi məhəbbət bir sənətdir? Sevməyi məgər kitablardan öyrənə bilərikmi? Bugün sizə haqqında yazacağım kitabı məhz adı diqqətimi çəkdiyi üçün almışdım.   Adından da göründüyü kimi   s evmək nəzəriyyəsindən, sevməyin özünün də bir sənət olduğundan bəhs edən bu kitab məşhur alman filosofu və psixoloqu Erich Fromma məxsusdur.

Sünnət olunan qızların taleyi!

Resim
Salam, sevgili kitabsevərlər! Bugün sizə bilmədiyimiz həyatları, yaşam tərzlərin bizə çatdıran bir kitab haqqında yazmaq istəyirəm. “Çöl Çiçeği” adlanan bu kitab 1998-ci ildə   Afrikalı bir xanım, Waris Dirie tərəfindən qələmə alınıb. Satışa çıxdığı ilk gündən Bestseller siyahısına daxil olan kitab təkcə Almaniyada 1 milyondan çox satılıb.

Necə bir saata bir kitab oxuyaq? Sürətli oxu!

Resim
Salam,   dostlar. Bugün sizə satışa çıxmasını çoxdandır gözlədiyim bir kitab haqqında yazmaq istəyirəm. Böyük maraqla oxuduğum bu kitabın adı “Sürətli Oxu” dur! Kitabda göstərilən məşqlərdən istifadə edərək 1 saata bir kitabı oxuyub bitirə bilərsiz!

Ronda Bern - Sirr (The Secret) kitabı

Resim
Salam, sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan  nə kitab oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =) Bugün haqqında yazmaq istədiyim kitab   çoxlarınız eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş   “Sirr” kitabıdır.  

23.09.12 Mənim Ad günüm =)

Resim
Salam, dostlar. İşlərimin çoxluğundan bu aralar bloga vaxt ayıra bilmirdim. Nəhayət bugün imkan edib yazımı yazmağa vaxt tapdım) Deməli  bugünkü yazım nə bir kitab, nə də maraqlı bir film haqqında olacaq  =) Bugünkü yazım mənim həyatımla bağlıdır. Bu yazını sizin üçün yox, özüm üçün yazıram... İllər keçəndən sonra bugün yazdıqlarım mənə doğrudan da çox maraqlı gələcək çünki =)   Ona görə də əgər sizi sırf elmi bir şey maraqlandırırsa, bundan sonrasını oxumamağınızı məsləhət görərdim :)

"Norveç meşəsi" kitabını O qazandı!

Resim
Axşamınız xeyir, dostlar! Bildiyiniz kimi bugün saat 23:00-da "Haruki Murakaminin Norveç meşəsi kitabını Sən Qazan!” adlı layihəmizə qeydiyyat sona çatdı və mən indi cavabları sizə açıqlamalıyam. Amma əvvəlcə istəyirəm bir az ürəyinizi çəkim =)  Deməli İyul ayında Elif Şafkaın "Aşk" kitabını qazanmaq üçün 19 nəfər kitabsevər iştirak etsə də, sentyabr ayımızın hədiyyə kitabı olan Haruki Murakaminin "Norveç Meşəsi" kitabını qazanmaq üçün 34 iştirakçı qeydiyyatdan keçdi.  

Facebookda spam mesajlardan və reklamlardan qurtulmağın ən sadə yolu!

Resim
Salam, dostlar. Bugünkü yazım bütün Facebook istifadəçilərini narahat edən bir məsələ haqqındadır! Bildiyiniz kimi son zamanlarda Facebookda spam mesajlar ve reklamlar hər kəsi bezdirib.  İstəmədiyimiz halda bəzi məhsulların reklamı dostlarımızın profilində, idarəçisi olduğumuz səhifələrdə yayımlanaraq insanları narahat edir . Bundan qurtulmağın və profilinizi bu cür spam reklamlardan qorumağın isə çox sadə yolu var!