GAYların Sevgisindən bəhs edən kitab!


Ayşe Kulin.. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiniz. Bu xanım Türkiyənin məşhur yazarlarından biridir. O bu şöhrəti 1997-ci ildə yazdığı biyoqrafik roman olan  “Adı: Aylin”  kitabı ilə qazanmışdır. Məhz bu kitab sayəsində Ayşe Kulin elə həmin ili İstanbul kitab fuarı tərəfindən  “İlin yazıçısı”  nominasiyasında mükafatalandırılmışdır.
Kulinin  yaradıcılığıyla tanışlığım isə  “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə almışdım =)
Kitabın arxa qapağında oxuduqlarım da kitabda nədən bəhs edildi haqda heç bir ipucu vermirdi. Ona görə də oxuduqca nə ilə qarşılaşacağımı təxmin belə edə bilmirdim.

Deməli kitab İlhami adında birinin həyatı ilə bağlıdır. O, öz oğlunu avtomobil qəzasında itirir. Lakin bu qəza ilə İlhami sadəcə oğlunu deyil, oğlunu itirdiyinə görə dünyadan əlini üzən həyat yoldaşını da mənən itirmiş sayılır. Həyat yoldaşı İlhamidən uzaqlaşıb oğlunun yasın saxladıqca İlhami də bu evlilikdən əlini üzür və gündən-günə yoldaşından soyuyur.



Yoldaşından soyuduqca isə iş yerində birgə çalışdığı xanım dostuna meyl edir və tez-tez onun evinin “qonağı” olur. Amma İlhaminin həyatındakı əsas dəyişiklik  bu xanım olmur! Kitabın məhz dönüş nöqtəsi İlhaminin sahibi olduğu nəşriyyat evində çalışan işçisi Bora ilə getdiyi bir yol səfərində baş verir. Bora sakit, özünəgörə bir oğlandır. Amma sən demə onun bu sakitliyinin altında başqa sirrlər yatırmış. Sən demə o müdiri İlhami bəyi sevirmiş...
Bu iki kişinin sevgisi də məhz həmin sərxoş olduqları bir gecədə başlayır. Kitabda bu sevgi hər xırdalığına qədər elə təsvir olunur ki, şəxsən mən oxuduqlarıma inana bilmirdim.


Buyurun İlhaminin Borayla keçirdiyi o gecədən sonra düşündüklərini sizinlə paylaşmaq istəyirəm:

İçimde ne pişmanlık vardı, hayrettir, ne de utanç...
Yüreğimde sadece sevgi vardı. Onulmaz, tarifsiz bir sevgi. Öyle bir sevgi ki, ne ilk sevdalarımda, ne karıma çok aşık olduğum delikanlılık çağımda ne de kaçamaklarımda böyle yoğun hissedilmemiş, tuhaf bir sevgi.


Yüreğim dün akşam kollarımda tuttuğum genç insanı korumak, kollamak, onu mutlu etmek, gönlünü hoş tutmak, acılarını unutturmak istiyordu, bedenimse sadece onu. Ona dokunmak, sarılmak, gözlerinin içine bakmak, gür saçlarına parmaklarımı daldırmak, sonra saçlarından çekerek yüzünü yüzüme yaklaştırıp, nefesini yüzümde hissetmek, dilimle dudaklarını aralayıp beyaz dişlerine değmek, onu öpmek, onu heyecanlandırmak, heyacanlandığını görmekten haz almak……onu hissetmek, varlığını, sevgisini, bağlılığını hissetmek…

Bugüne kadar hayalimde dahi canlandıramayacağım bir aşkla sevmek birini…Onun aşığı olmak, maşuku olmak, babası olmak, ağabeyi, dostu, arkadaşı, yareni olmak, hamisi olmak, ruh ikizi, eşi, efendisi, kulu-kölesi, hocası, müridi olmak!
Bütün bunlar azmış kimi İlhaminin qızı da Boraya aşiq olur və ata öz qızını “sevgilisi” Boraya qısqanır!
 Kitabda maraqlı hadisələr çoxdur, amma bütün bunları burda yazmaq istəmirəm. Çünki ola bilsin ki, aramızda kitabı alıb oxumaq istəyənlər var.
Sonda onu da qeyd edim ki, bu kitabın davamı olaraq Ayşe Kulin “Boranın kitabı” n da 2012-ci ildə qələmə almışdır. Nə vaxtsa o kitabda endirimlə qabağıma çıxsa alıb oxuyacam =)))
Çünki Boranın həyatındakı bəzi şeylər hələ də mənə müəmmalı qaldı. Yəqin qalan suallarıma o kitabda cavab tapacam.
Kitabdan seçdiklərim:
Bir alkoliği taşımanın, kederden yaşama  sevincini  yitirmiş birini taşımakdan daha kolay olduğuna emindim.
Karda yürüryüp  izini belli etmeyenler  var aramızda!
Duyarsın derinlerde  bir  yerlerde insanın insana bölünmesidir  yalnızlık.
Aslında  iyirmi beşinden önce aşk nedir pek anlamaz insan, şarap gibidir çünki aşk, tadına varmak için olgunlaşmak lazım.
P.S: Bu arada Ayşe Kulinin 70 yaşı varmış =) 70 yaşın ola belə müasir kitab yazasan)))
Ayşe Kulinin kitabı haqqında reportajına baxmaq istəyənlər buyurub bu videoya baxa bilər.

P.S: Sevərək oxuduğum, axıcı bir kitab idi. Yəqin ki, unudulmazlar arasında olacaq. Amma 5 ballıq deyildi)


Yorumlar

  1. Tebrikler, maraqali kitabdir, en azindan movzu kimi yenilik var. sene bol sans :)

    YanıtlaSil
  2. Oxumuş kimi oldum çox sağ ol ) Ayşe Kulinin "Hayat - dürbünümdə kırk sənə" romanını oxumuşam.Bu romanı da həddindən artıq maraqlıdır.Və elə ciddi təəssürat bağışladı bu romanda.. Sənin barəsində yazdığın kitabı oxumaq çox maraqlı olar hər halda."Ağır tərz" bu romanda necə təəssürat bağışlayır )

    YanıtlaSil
  3. Eslinde bu kitabi insana yeni maraqli nelerse oyretmir, sadece olaraq hal-hazirda bele seylerin var oldugun xatirladir. yeni bos vaxtda oxumaq olar.
    "Hayat durbunumdeki 40 sene" avto-bioqrafiya terzindeydi ya nece? Cunki deyilerler ki, Ayse Kulin esas tarixi ve acvto-bioqrafi mezmunlu kitablar yazir.

    YanıtlaSil
  4. Bəli avtobioqrafik romandır.Çox uzundur hardasa 700 səhifədən çox idi.Həyatının 23 yaşına qədər olan dövründən bəhs edir.Ta uşaqlığından 23 yaşınadək olan dövr barədə ətraflı yazıb.Həm öz həyatında olanlar, həm də yaşadığı dövrdə baş verən ictimai hadisələr... Amma maraqlı romandır həqiqətən.O romanın davamı kimi "Hüzün-dürbünümdən kırk sene" romanını yazıb.Onu oxumamışam.Hər iki roman 2011 -ci ildə ən çox satılan romanlar olub, uğur qazanıb.

    YanıtlaSil
  5. Ne yaxsi... o kitablari mutleq oxumaq lazimdir onda) Melumat ucun tesekkurler :)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan