The Kite Runner (2007)


Xalid Hüseyni Əfqan əsilli Amerika yazıçısı. Birinci tam səmimi onu deyim ki, yazıçının şəklin görəndə çox təəccübləndim. 
“aaaa bu kitabı bu kişi yazıb?” deye öz içimdə düşündüm =))) 47 yaşı olmasına baxmayaraq çox cavan görünür maşallah)) Mən daha yaşlı birin təsəvvür edirdim. 
Həmçinin yazıçının digər peşəsi də məni təəccübləndirdi. Xalid Hüseyni həm də həkim imiş..)

Onun 2003-cü ildə nəşr olunan "The Kite Runner" adlı əsəri dünyada 12 milyondan çox satılıb. . 2005-ci ildə roman ABŞ-da bestsellerlər arasında 3-cü yeri tutub. 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib.


İlk öncə onu söyləyim ki, kitabla tanışlığım internetdən olmuşdu. Oxucu rəylərinə nəzər saldıqdan sonra kitabı oxumağı qərar verdim və oxuduğuma heç də peşman deyiləm. Amma kitabın ilk səhifələrin vərəqlədikdən sonra, əsərə eyni adlı filmin çəkildiyin biləndə birinci “The Kite runner” filminə baxmağı seçdim. Kinonun bəzi hissələri çox duygusal olsa da təhriflər olduğu açıq aydın hiss edilirdi. Filmə baxdıqdan sonra kitabı daha maraqla oxumağa başladım, artıq kinoda nələrin təhrif edildiyin, nələrin əlavə olunduğun oxuya-oxuya yadıma salırdım. Kitabın özündən isə altından xətt çəkdiyim qeydləri burda sizinlə paylaşacam.
Dosta xəyanət, illərlə gizlədilmiş yalanlar, qürur, anasını öldürdüyünü düşünərək ömür boyu çəkilən suçluluq hissi, həqiqət haqqının, kiminsə qardaşının, kimsə namusunun oğurlanması... Taliban təfəkkürü... 
Bunların hamısı kitabda öz əksini tapan məqamlardır. Taliban təfəkkürüylə bağlı bəzi şeyləri oxuduqda Vətənimizdə də hələ bu cür  təfəkkürlə yaşayan insanların olduğunu xatırladım... 
Yaxşı ki, Azərbaycan  Taliban təfəkkürlü insanların əlində deyil... 
Yaxşı ki, o təfəkkürlə yaşayan insanların sayı çox deyil...
Yaxşı ki, Əfqanıstan kimi bir ölkədə yaşamırıq...

Kitabın bəzi məqamları həqiqətən də insanı çox təsirləndirirdi... Həsənin özünə ən yaxın saydığı dostunun - Əmirağanın gözləri qabağında zorlanması, Əmirağanın qorxaq kimi heç nə etməməsi... Həsənin Əmirağaya cavab olaraq başına çırpdığı nar... Əmir ağa ona şər atanda Həsənin oğurluğu qəbul edib səssizcə çıxıb getməsi... Əsgərlərdən birinin Həsənə anasını necə zorladığını deməsi, uşaqların Həsəni həmişə alçaltması... Əfqanıstanda 2 həftəlik yemək pulu üçün bədəninin müxtəlif hissələrin satan çarəsiz insanlar...Bunlar çox təsir edir insana...
Filmdə isə bəzi səhnələr həqiqətən çox gözəl canlandırılmışdı... Həsənin zorlanarkən qurbanlıq qoyun baxışları... Zorlandıqdan sonra qarın üzərində qan damcılarının qalması... Əmirağanın Həsəni qəzəbləndirmək üçün onun sinəsinə çırpdığı narlar...Həsənin buna cavab olaraq sonda narı götürüb öz başına çırpması...və nəhayət kitabın sonun da Əmirağanın qardaşı oğlu Söhrab üçün Həsən kimi “Senin için binlerce kez yaparım” deməsi mənim gözlərimi dolduran səhnələr idi... Filmə Sami Yusifin mahnısı da ayrı bir hava qatmışdı... Bir sözlə oxumağa dəyər əsərdi... Hər şeyi yazıb kitabı sizə danışmaq istəmirəm. Bircə onu bilin ki, filmə baxdıqdan, kitabı oxuduqdan sonra vaxt itkisiydi deyib təəssüflənməzsiz. Kitabın PDF formatın da komputerinizə, telefonunuza yükləyib oxuya bilərsiz.   
E-kitab olaraq YÜKLƏ!  

Unudulmaz bir əsər... Hər kəs oxumalıdır məncə. 

Yorumlar

  1. EN sevdiyim eselredendi mene cox tesir eden ve heyatin derinlklerini duwunmeye vadar eden kitab olmuwdu..Sozlerle ifade etmek cox azdi mutleq her kes oxumalidi...

    YanıtlaSil
  2. Bu kitab menim de en sevimli kitablarim sirasina daxil olmagi bacardi....Bu kitabi oxuyarken bas veren hadiselere teeccubumu gizlede bilmirdim.ve bu da etrafdakilarin mene qeribe baxislari ile neticelenirdi...))) Bu kitab bitenden sonra 2 gun demek olar ki onun tesirinden cixa bilmemiwdim...

    YanıtlaSil
  3. En birinci min parlag gunew oxumuwdum rusca.. Cox etkilenmiwdim..o geder gercekci yazmiwdi ele bilirdim hegigi insanlardi..sonra cerpelengi oxudum.. Ne bilim cox pis oldum ki Efganistan hergun ewidirik bomba muharibe filan..ama sanki bigane galirdig.ama indi iwin icinde oldug sanki esil hegigetleri orda hansi facielerin yawandigini gordyk..indi xeberlerde gorende bigane yanaawmag mumkun deyil(((( kaw ki Garabag hagginda da bele bir eser olardi dunya capinda belke sesimizi ewitdire bilerdik insanlar belke de bigane galmazdi facielerimizi gorerdiler bilerdiler((

    YanıtlaSil
  4. cox gozel tesekkurler

    YanıtlaSil
  5. hal-hazirda oxuyuram. filmin trailerine de baxdim,maraqli geldi. bloqun çox-çox gözeldir, bravo! :)

    YanıtlaSil
  6. Elli, duz deyirsen Qarabag haqqinda da bir yazicimiz bele gozel eserler yazsa cox kecmeden kitba butun dunyaya ses sala biler. Efqanistani men bele tesevvur etmirdim, amma Xalid Huseyn ele ilk kitabi ile ordaki dehseti butun dunyaya catdirdi. Insallah bir gun biz de buna nail ola bilerik.

    YanıtlaSil
  7. Blogumu beyendiyinize sevindim :) Diqqetiniz ucun cox sag olun!)

    YanıtlaSil
  8. Kino cox qisaldilib.Baxmisham )

    YanıtlaSil
  9. Ela..basqa hansi soz bu esere yarasar ki..

    YanıtlaSil
  10. kitabi bawqa nece yuklemej olar

    YanıtlaSil
    Yanıtlar
    1. Burdan yukleyende nese problem oldu ki? Istesez kitabin adin internete axtarisa vurub basqa pdf versiyasin tapib yukleye bilersiz)

      Sil
  11. eladi hetta baxanda bele agladim

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan