Frederik Beqbeder - Məhəbbət üç il yaşayır



Həmişəki kimi kitabı oxuduqdan sonra yenə ilk işim internetdən yazıçı haqqında maraqlanmaq oldu. Bugünkü hədəfim Frederic Beigbeder idi. İlk öncə xarici görünüşü haqqında onu deyim ki, heç də kitabın arxasında yerləşən şəkildəki kimi “yakışıklı” biri deyil)) İnanmırsızsa bu şəklinə bir diqqət yetirin məncə =)
Yazıçının  2008-ci ildə ictimaiyyat arasında kokain çəkdiyinı görə həbs edilməsi isə məni heç təəccübləndirmədi. Kitabda yazdığı kimi  həyat sürən birindən mən hər şey gözləyərəm =))))

Yazıçını bir kənara qoyaq, indi isə kitab haqqında fikirlərimi yazım. Kitabın adı  ilk öncə insanın diqqətin çox çəkir. Bəlkə buna görə  “Məhəbbət üç il yaşayır”  romanı “Əli və Nino" kitab şəbəkəsində sentyabr ayında ən yaxşı satılan kitabların siyahsında birinci yer tutub. Bəlkə də bu birincilik təkcə kitabın adına görə yox, həmçinin üz qabığındakı şəklə görədir =)))

 Hər zaman alimlər məhəbbətə müəyyən bir ömür yaraşdırıblar. Bəziləri 2 il 68 gün, bəziləri 3 il, bəziləri isə sonsuz olduğunu deyir. Kitabda xoşuma gəlməyən şey həttən artıq çox vulqarizmin olması idi. Bəzi hissələr var idi ki,onları oxuyanda insana elə təsir bağışlayırdı ki, sanki kimsə sizə heç də maraqlı olmayan şəxsi həyatının bütün  xırdalıqlarını danışır.

"Məhəbbət üç il yaşayır"ı bu qədər tənqid etməyimə baxmayaraq onu da deməliyəm ki, kitabda gözəl fikirlər də çox idi. Hətta bir çoxun seçib burda sizinlə paylaşacam. Bəzi fikirləri ilə yazıçı sanki kişilərə, qadınlara müəyyən məsləhətlər verirdi.
Məhəbbət, xoşbəxtlik deyilən anlayışlara da bu kitabda çox sayda müxtəlif təriflər verilmişdir.

Kitabın adında məhəbbətin üç il yaşandığı deyilsə də sonda Frederic onu qeyd etmək istəyib ki, doğru insani seçdikdən sonra MƏHƏBBƏT sonsuzdur,o daimidir...

Kitabı mən 1 günə, elə bir neçə saata oxuyub bitirdim. Romandan seçdiyim sitatlar sizə maraqlı gəlsə bu kitabı oxumanızı məsləhət görərəm.

P.S: Bircə sonda onu da qeyd edim ki, kitabın müxtəlif dillərdə olan tərcümələrinə baxdım, amma Azərbaycan nəşrindən başqa heç birində kitabın üz qabıq şəkli belə deyildi. Yəqin bu da nəşriyyat evinin kitaba diqqəti çəkməsi üçün bir cür fənddir =)))

Romandan seçdiyim sitatlar:
1.    Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.

2.    Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən.

3.    İnsana bayram ona görə verilib ki, fikirlərini gizlətsin.

4.    “Simanı xilas etmək lazımdır”. Mən isə deyirəm ki, simanı öldürmək lazımdır, ancaq bu yolla özünüz xilas olacaqsınız.

5.    Əvvəl ehtiras ili, sonra nəvaziş, nəhayət, sıxıntı ili.

6.    Birinci il deyirlər: “Əgər sən getsən, özümü ÖLDÜRƏRƏM”.
       İkinci il deyirlər: “Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm”.
       Üçüncü il deyirlər: “Əgər sən getsən, bunu şampanla yuyacam”.

7.    Birinci il mebel alırlar.
       İkinci il mebelin yerini dəyişirlər.
       Üçüncü il mebeli bölürlər.

8.  Bu üç cümləni tez-tez təkrarlayın:
       Xoşbəxlik yoxdur.
       Məhəbbət – nağıldır.
       Qorxulu heçnə yoxdur.

9.  Mənim kimi özlərini uşaqlıqda eybəcər hesab edən oğlanlar adətən, gözəl qızı cəzb edəndə elə təəccüblənirlər ki, ona təklifi, bəlkə də çox tələsik edirlər.

10.  Həyat belə qurulub: özünü bir balaca xoşbəxt hiss edən kimi o dərhal sizdən intizam tələb edəcək.


11.  Evlilik – böyük fırıldaq, dəhşətli, uşaq kimi aldandığınız ağ yalandı.

12.  Əzab çəkənlərə kiminsə yazığı gəlir, ancaq zülm verənlərə yox.

13.  Həyatda ən böyük problem sənin verdiyin əzabdır və heç bir təkmil fəlsəfə onu sevən ürəyə əziyyət verən adama bəraət qazandıra bilməz.

14.  Nikah – səhər yeməyi, nahar və şama kürüdür: ən sevdiyin yeməyi iyrənənə qədər yeyə bilərsən.

15.  Kişi – acgöz heyvandır, həmişə bir neçə variantdan frustrasiyanı seçir.        Qadınlar bir qədər hiyləgər olsaydılar, bütün həyatın boyu onların ardınca qaçmağa məcbur etmək üçün ələ keçməzdilər.

16.  Mənim məhəbbətim – kiçik hərflərdir, ancaq özü böyükdür; müddəti çox deyil, ancaq əgər varsa, onu bütün varlığınla hiss edirsən.

17.  Məhəbbət nəşələndirici qəzadı: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan; öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla götürüləcəyin anı gözləyirsən.

18.   Məhəbbət yeganə proqramlaşdırılmış məyusluq, əvvəlcədən bilinən yeganə bədbəxtçilikdir ki, onu yenə də istəyirsən.

19.   Bir dəfə bədbəxtlik həyatıma girdi, mən də yekə səfeh kimi onu indiyə qədər ordan çıxara bilmirəm.

20.   Sizi sevəni sevmək özünə vurğunluqdur. Sizi sevməyəni sevmək -  bax bu məhəbbətdir!

21.  Səylərini qiymətəndirmək ona görə verilən mükafatdan dəyərlidir – buna məhəbbət deyilir.

22.  Hansı pisdir – sevməyib, məhəbbətlə məşğul olmaq, yoxsa sevib məhəbbətlə məşğul olmamaq?

23.  Nikah cinayətdir – çünki o sirri öldürür.

24.  Xoşbəxt olmaq üçün insanın sabaha inamı olmalıdır, vurulmaq üçün isə  məhz inamsızlığı olmalıdır. Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və həyəcan lazımdır.

25.  Bu dünyada çox kədər var, ancaq qadının məhəbbətinin ondan getdiyini hiss edən zaman üstünə düşdüyü qəmdən pisini təsəvvür etmək çətindir – özü də yox, bir anda yox, asta-asta, qum saatındakı qum kimi axıb gedir.

26.  Qadına çiçəklənmək üçün kişi heyranlığı lazımdır. Gülə günəş lazım olan kimi vacibdir.

27.  Əgər arvadın sənə rəfiqən olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.

28.  Gözəl qızları ovlamaq üçün onlarla danışmağa ehtiyac yoxdur. Özünü elə aparmalısan ki, guya onlar mövcud deyil.

29.  Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.

30.   Bir dəfə biz çıxıb gedən qatarlara minəcəyik. (Blonden)

31.  Çünki bizim gələcəyimiz yoxdur. Bax gör saniyələr necə bir-birinin ardınca qaçır, onlar bizi bədbəxtçliyə yaxınlaşdırır... Bizim məhəbbət üçün ancaq üç ilimiz var...

32.  Qadından siqaret və ətir iyi yox, süd və tər iyi gəlməlidir.

33.  Əgər qadın hovuzun yanında saç düzümü korlanmasın deyə saçlarını islatmaqdan qorxursa, ondan uzaq qaçın. Əgər o qəhqəhə ilə suya atılırsa, ardınca tullanın.

34. Sizin üçün vurulmağın ən sadə testi: məşuqən olmadan 4-5 saat keçirəndən sonra darıxırsansa, deməli, bu məhəbbət deyil, əks halda sizə on dəqiqə də bəs idi ki, həyatınız dözülməz olsun.

35. Zil səsli cəsarətli maço anasının dizinin üstündəki körpə kimi şirin danışmağa başlayır. Batıq səsli məşum qadın ərini pişik balası ilə səhv salan şirəli qıza dönür. Bizim məhəbbəti intonasiyalar məhv etdi.

36. Məhəbbət – nəfəslə bağlı problemlərin mənbəyidir.

37. XX əsrdə məhəbbət – zəng çalmayan telefondur.

38. Məhəbbət – yalnız alternativ deyil: əziyyət çəkirsən , ya da əziyyət çəkməyə məcbur edirsən. Hər ikisi də ola bilər.

39.  Düşünürümsə - deməli, mövcudam.
       Təkəmsə - deməli, düşünürəm. Heç kim təklikdə qalmaq istəmir, çünki bu, düşünmək üçün xeyli boş vaxt deməkdir.

40.  Eybəcər qadın olmur, araq az olur.

41.  Saçlardan olan pərdənin arxasında gizlənən və naməlum sevinclər vəd edən xam xəyal.

42.  Məhəbbət – anlaşılmaz şeydir. Onu başqalarında görəndə, heç nə başa düşmürsən, özündə olanda – lap az başa düşürsən.

43.  Bizim məhəbbət çox gözəldir, çünki bu mümkünsüzdür.

44.  Nikah – mükəmməllikdən uzaq olan bir institutdur.

       45. Biz yer üzündə ona görə yaşayırıq ki, valideynlərimizin yaşadığı hadisələri həmin ardıcıllıqla yaşayaq - eynilə onlar da bizə qədər öz valideynlərinin etdikləri səhvləri təkrarlayıb və beləcə... sonsuzluğa qədər. Ancaq bu ən dəhşətlisi deyil. Daha pisi odur ki – özün mütəmadı olaraq eyni zibilə düşürsən.

46.  İnsan nə qədər istedadlıdırsa, bir o qədər yaraşıqlıdır.

47.  Bilirsən boşanmanın əsas üstünlüyü nədir? Əlini yuyursan, sabun barmağında qalmır...Nişan üzüyünə görə...

48.  Əgər mən ona lazım deyiləmsə, onda mən onu sevmirəm! O MƏNƏ layiq deyil!  Bununla da o gic üçün pisdir!  Ancaq məndə qürür coşqusu uzunmüddətli olmur – özünü qoruma instikti kifayət qədər inikşaf etməyib.

49.  Nə qədər çox aludə olmaq həvəsindəsənsə , hər şey qurtaranda bir o qədər çox məyusluq olur.

50.  Bir çoxları boşandığı günün səhərisi keçmiş həyat yoldaşlarına vurulur.

51.  Mən tək qalmışam, sədəqə dolu ürəyimlə. (Pol Moran)

52.  Qisas – yeməyə yarımayan yeməkdir.

53.  Səninlə bədbəxt olmaqdansa, sənsiz bədbəxt olmaq yaxşıdır.

54.  Bu cinayətdir – nəhayət, imkan düşdüyü halda xoşbəxt olmamaq üçün tələsməmək!

55.  Xoşbəxtlik dərddən çox qorxudur...

56.  Xoşbəxtlik – elə bir müdhiş kələkdir ki, əgər özünüz ondan partlamasanız, onda o sizdən minimum  iki-üç qətl tələb edəcək.

57.  Məndə qadınlarla uşaqdan yaxşı nəsə alınır: mən onlardan dünyaya kitab gətirirəm.

58. Kişi qadınsız vəhşiləşir: bir neçə gün tənhalıq – o artıq üzünü qırxmır, yuyunmur, heyvan kimi mırıldayır.

59.  İnsanın sivil olması üçün bir neçə milyon il lazım oldu, ancaq neandertal vəziyyətə qayıtmaq üçün altı gün bəs edir.

60. Məhəbbətin əbədi yaşaması üçün vaxtı unutmaq kifayətdir.

61.  Biz özümüzü qorumaq üçün divarlar ucaldırıq və bu divarların özləri nə vaxtsa həbsxana olacaq.

62.  Əgər diş pastasını başqa diş firçasına sıxırsansa, sən doğrudan da vurulmusan.

63.  Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz.

64.  Mən bilmirəm keçmiş mənim üçün nə hazırlayıb. (Saqan)
65.   Xoşbəxtlik – bədbəxtliyin susmasıdır.


3 il yaşayan məhəbbətin kitabına elə ancaq 3 bal vermək olar :)))

Yorumlar

  1. Bu kitabin adi meni celb etmisdi...oxudum ve burda qeyd etdiyiniz fikirlere gore bu kitab menim xowuma gelmiwdi...menimcun ya umumi eserin maragli sujet xetti olmalidi ya da bele maragli fikirler olmalidi ki eser menim xowuma gelsin))

    YanıtlaSil
  2. Mən də içində maraqlı və düşündürücü fikirlər olan kitabları çox sevirəm. Yəni bəlkə də indiyə qədər oxuduğum heç bir kitabdan bu qədər sitat qeyd etməmişdim =)))

    YanıtlaSil
  3. Yaxwi kitabdi, maraqlidi, amma wedevr deyil. Sadece axiri xowuma geldi ki, sen deme alimler sehv edib, mehebbet uc ilden de cox yawaya bilermiw.. :)

    YanıtlaSil
  4. adi mene cox maraqli geldi,aldim oxudum,,ama duzu cox sheyi anlaya bilmedim,qeliz idi,,o oz arvadini sevirdi??bes alisa ile sevgisi bitti yoxsa 3 il kecdi sevgileri bitmedi??yeni duzu burdan hecne anlamadim..yeni bu kitabda esas mena ne oldu?ne mena cixdi?

    YanıtlaSil
  5. Adsiz, başqa qadını sevdiyi üçün öz həyat yoldaşından ayrılır, amma sevdiyi bu qadın da evli olur. axırda elə olur ki, ikisi də boşanır, sonra birlikdə yaşamağa başlayırlar. Kitabın sonunda isə yazıçı göstərir ki, bu cütlüyün birlikdə olduqları vaxtdan 3 il keçir, amma buna baxmayaraq onlar hələ də xoşbəxtdirlər.
    Yəni mən burdan belə başa düşdüm ki, adam doğru insanı sevsə bu sevginin ömrü 3 il deyil, sonsuz olar...

    YanıtlaSil
  6. Bu eser menim terzim deyil. cox yungul ve besitdir... kim deyir ki, mehebbet uc il yashayir. bashdan melum idi ki, sonda muellif bunun eksinde emin olacag. amma dushunurem ki, bu berbad tercumeni sona geder oxudumsa demek romanda nese bir marag var. amma sanki glamur edebiyyat tesiri bagishladi mene. onur bashturkun oykuleri tipinde. yegin onur ondan oyrenib) amma men yene begbedere mene ozunu sevdirmek ucun daha bir shans verecem amma bu defe rusca. gorek ne olacaq...

    YanıtlaSil
  7. Bizim tərcümələr nədənsə çox da təsirli və yaxşı olmur. Türk dilində kitabları oxuyanda mənə daha çox təsir edir, nəinki öz dilimizdə. Bütün kitablarda bunu hiss etmişəm.
    Necə ki, öz seriallarımızı çəkəndə aktyorların danışığı süni alınır, çox vaxt kitabda da belə olur. Məncə bu nəşriyyatların bir-birilə girdiyi yarışa görə belədir. Tez-tələs tərcümə edirlər ki, birinci onların nəşriyyatı kitabı satışa buraxsın.

    YanıtlaSil
  8. Salam,blogunuz cox maraqlidi,amma bu kitablari e-kitab formasinda yuklemek olsaydi cox yaxsi olardi,

    YanıtlaSil
  9. Salam. E-kitab formasinda kitablari tapmaq dogrudan da bir qeder cetindi. Amma google-da axtarsaz başqa dillərdə tapa bilərsiz.

    YanıtlaSil
  10. Salam Arzu xanım, bu kıtabı bugun bıtırdım ınanın vaxtıma heyıfım geldı bu qeder exlaqsız ve sızın yazdıgınız sıtatlardan basqa bır menası olmayan eserın bu cur terıflenmesı mende ıkrah hıssı oyatdı dogrusu...men de "5" ballıq sıstemden "0" vererdım...

    YanıtlaSil
    Yanıtlar
    1. Salam, Əsmər xanım. Bu kitab sadəcə olaraq adına, üz qabıq şəklinə və içindəki bu cür sitatlara görə məşhurdur. Mən sırf bu sitatlara görə 3 bal vermişdim.

      Sil
  11. Belı, men de qeyd etmısem sızın bura secıb yazdıgınız sıtatlardan basqa kıtab oxumaga deymez belkede sehv fıkırdı ama mene bele geldı...

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan