13 Going on 30 filmi (2004)
Salam :) İlk postumla qarşınızdayam. Sizə bir neçə gün bundan qabaq təsadüfən baxdığım bir film haqqında yazmaq istəyirəm.Məncə gənc qızların xoşuna gələcək tipdə bir film idi. Amma hər şeydən əvvəl gəlin film haqqında bir az məlumatlanaq.
Film komediya, melodram, fantastika janrındaydı. İndi mənim kimi filmdən az-maz başı çıxanlar soruşacaq “melodram” nə olan şeydi?)))
Deməli melodram elə bir janrdı ki, orda dünya yaxşılardan və pislərdən ibarətdi. Həmişə elə bir hadisə baş verir ki, yaxşılar qalib gəlir. Nəsə Mən wikipediadan oxuduqlarımdan belə başa düşdüm))) Mətləbdən çox uzaqlaşmayaq, qayıdaq filmimizə)
Kinonun adı müxtəlif dillərdə belədir: 13-dən 30-a / Keşke 30 olsam / Из 13 в 30 / 13 Going on 30.
Kinoda mənim daha çox xoşuma gələn baş roldakı gənc qızda hardasa özümü tapmağım oldu. Məktəb vaxtı çox da gözəl olmayan,oxuyan bir gənc qız və məktəbdə kukla kimi bəzənib-düzənib gəzən başıboşlar =))) Adam onlara baxanda hardasa onlar kimi populyar olmaq, gözəl görünmək istəyir. Amma dərslərdən bəzənib-düzənməyə vaxt hardadı?))
Deməli baş rol oynanan 13 yaşlı bu qız həmişə məşhur qadın jurnallarındakı modellər kimi gözəl olmaq istəyir. Onlara həsrətlə baxır...Ən böyük arzusu bir gün o modellər qədər gözəl,populyar olub, bu jurnallarda onun da rolunun olmasıdır.
13-cü ad günündə isə “arzu tozu” ilə bu balaca qızın bütün arzuları gerçək olur. O gözünü açır və 30 yaşında olduğun görür. Çünki onun ən çox arzuladığı yaş dövrü idi bu.. 30 yaşında o, artıq həsrətlə səhifələrini vərəqlədiyi məşhur qadın jurnalının redaktorudur. Hətta o qədər məşhurdu ki, Madonnadan ona imzalı hədiyyə də var =)))
P.S: İndi bu “arzu tozu” hardan çıxdı,necə oldu, onu da mən danışmayım da)) Bi zahmet ssenari maraqlı gəlsə otururb izləyin ;)
Xoşuma gələn başqa bir şey isə - onun bir otaq dolusu rəngbərəng paltarlarının və ayaqqabılarının olmasıydı =)))
Sizə etiraf edim ki, mən də həmişə belə bir həyatım olmasını arzulamışam =)))
30 yaşda görünsədə bu balacanın ağlı elə 13 yaşındaki kimi qalır))) Elə bütün maraqlı hadisələr də buna görə başlayır. Bir sözlə dəblə maraqlanan,qadın jurnallarındakı şəkillərə, məşhur qadınlara həsrətlə baxan, tez böyümək istəyən qızlara məsləhətli kinodu :)
Bu kino da hər şey var: Komediya, romantika, fantastika, paxıl qız dostlar :))))
Filmdən bir hissəni sizinlə paylaşacam, istəsəz türk dilində dublajlı formasında tapa bilərsiz,tapa bilməyənlər burda yazsın kömək edərəm ;)
İyi seyirler =)
Baxmşam məndə bu kinoya çoxdan maraqlı kinodu :)
YanıtlaSil