Xalid Hüseyni - Çərpələng Uçuran



1.     O zamandan çox keçib,amma həyatdan aldığım dərs budur ki, keçmişin keçərliliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş… Çünki Keçmiş dişiylə-dırnağıyla yol tapıb üzə çıxır…
2.     Səndən ötrü min yol… Senin için binlerce kez yaparım…

3.     Şeytan da güzgü ilə işıq salır ki, müsəlmanları ibadətdən yayındırsın.

4.     Gözlər insanın ruhuna açılan pəncərədir.

5.     Şiələr bunu yaxşı bacarırlar – özlərini qurban kimi təqdim etməyi.

6.     Əfqanların hər şeyi şişirtmə adəti təəssüf ki,  milli azara çevrilmişdi...

7.     Allahın verdiyi istedadı boşuna xərcləmək eşşəklikdir…

8.     Hitler üçün çox gecdir , amma bizimki hələ qabaqdadır.

9.     Həkim “ağrıtmayacaq” deyirsə, işin xarabdır...

10.  Sən bu saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən...

11.  Onlar təsbeh oynatmaqdan və anlamadıqları dildə yazılmış kitabdan sitat gətirməkdən başqa bir şey bilmirlər.

12.  Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.


13.  Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli,  uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.

14.  Əgər orda Allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha çox layiq olan məsələlər var.

15.  Əsl kişi şeir oxumaz – şeir yazmasını isə Allah göstərməsin! Əsl kişi - əsl oğlanlar futbol oynayırlar.

16.  O daim ya kitabların içində qurdalanır, ya da evin o başından bu başına elə gəzir, elə bil hansısa yuxunun içində itib.

17.  Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.

18.  Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb, heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.

19.  Bütün atalar qəlbinin dərinliyində öz oğullarını öldürmək arzusunu yaşatmırdılarmı məgər?

20.  Onun üçün səhifələrdəki sözlər mistik, deşifrəsi mümkün olmayan kodlar yığını idi.

21.  Yavaş-yavaş irəliləyən saniyələrin arasında sonsuzluq qədər fasilə vardı.

22.  Həmin anda yeganə arzum venalarımı açıb onun lənətə gəlmiş qanını bədənimdəın çıxarmaq idi.

23.  Məni ağuşuna alan sevgi və günah hisslərindən halım qarışdı, özümü hamama çatdırıb əlyuyanın içinə qusdum.

24.  Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.

25.  Bu dəfə qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim.

26.  Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.

27.  “Az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox.

28.   Lənətə gəlmiş o qədər təmiz idi ki,adam onun yanında özünü təmiz qızılın yanında qoyulmuş qəlp pul kimi hiss edirdi.

29.  Çərpələng o tərəf-bu tərəfə süzdükcə sənin fikirlərin də eyni dolanbacları keçir.

30.  Süni təbəssümdən dartılan üzüm əməlli-başlı ağrıyırdı.

31.  Adamlar bugün ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər...

32.  Dünyada 3 əsl kişi vardır- Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə qeybətcil arvaddan başqa bir şey deyillər.

33. Sənin xalanın tibbi problemləri Ruminin əsərləri kimidir – cildlərlə gəlir.

34.  “HƏYAT QATARDIR, YERİNİZİ TUTUN”

35.  Gəl. Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var.

36.  Alın-alına uzanıb, ehtirasın hələ sönməmiş alovunu öpüşlərlə bölüşər, gözlərimiz yuxudan yumulana qədər arzuladığımız körpənin balaca şirin ayaqları, ilk təbəssümü, ilk sözləri, ilk addımları haqda pıçıldaşardıq..

37.  Nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.

38.  Zaman çox acgöz ola bilir – bəzən bütün xırdalıqları yeyə bilirmiş.

39.  Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər...

40.  Əfqanıstanda uşaq çoxdu, uşaqlıq yoxdu.

41.  Uşaqlar qorxuyla belə mübarizə aparır -  onlar yuxuya gedirlər.

42.  Bu, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi… Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm.


Yorumlar

  1. Teshekkurler sitatlarchun!
    Bu gunler "A Thousand Splendid Suns" oxuyuram, bu eser efqan qizlarinin, qadinlarinin heyatindan behs eliyir, superb bir eser, oxumaginiz meslehetdir...

    YanıtlaSil
  2. Mən də o kitab haqqında eşitmişdim, inşallah evdə əlimdə olan kitabları oxuyub qurtaran kimi yeni alacağım kitablardan biri sizin dediyiniz kitab olacaq) o kitabın türkcə tərcüməsi də var, səhv etmirəmsə adı "Bin muhteşem güneş" olmalıdır.
    Rəyiniz və məsləhətiniz üçün Çox sağ olun =)

    YanıtlaSil
  3. Men bu kitabi oxumuwam. Heqiqeten, cox tesirlidi. Onu deye bilerem ki,her kesin oxumasi vacib olan kitablardandi. Eslinde gozlenilmez sonluqlu trillerleri cox sevirem, amma bu o kitablar sirasina aid deyil. Bu kitabda bwqa sirli nese var, cox adi sonluqla bitir kitab, sanki bilirdin ki, bele bitecek, amma bir neche gun sen kitabin tesirinden cixa bilmirsen...

    YanıtlaSil
  4. Düzü mən kitabı oxuyanda Həsənlə Əmirağanın qardaş çıxmasına çox təəccübləndim. Yəni əvvəlcədən belə bir şey ola biləcəyin düşünməmişdim.
    Kitabı oxuyandan sonra kitabdakı Arif kimi axmaq insanlarla dolu olan həyatda oğlan uşağını da böyütməyin çətin olduğunu anladım.

    YanıtlaSil
  5. min mohtwewm gunew rusca oxumuwam,cerpelengi azerbaycanca..yene de xarici tercume daha yaxwiydi neinki oz dilimizde..onu deye bilerem ki bu eserleri oxudugdan sonra efganistanla bagli hec bir xebere bigane yanawa bilmirem evvelki kimi..((ne facieler var heyatda,dehwetli!!

    YanıtlaSil
  6. Arzu, necə də maraqlıdır. Demək olar ki, oxuduğumuz,baxdığımız filmlər eynidir.Sənin bloqunu izləyəcəm:)

    YanıtlaSil
  7. Çox sağ ol, Aynur :))
    Sənin də yeni blogun hayırlı-uğurlu olsun =)

    YanıtlaSil
  8. Elli, mən də elə bu kitabları oxuyandan sonra deyirəm yaxşıdı Əfqanıstan kimi ölkədə yaşamırıq.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan