4/13/2013

PuCCa - Allah beni böyle yaratmış


Puccanın kitabları haqqında yadınızdadırsa, burdakı burdakı yazımda sizə bəhs etmişdim. Bu serinin 3-cü kitabı isə "Allah beni böyle yaratmış"dı. 3-cü kitab olmasına baxmayaraq, Pucca burda daha çox universitetdə oxuduğu zamanlardan, o vaxt sevdiyi Ankaralı gəncdən yazıb. 

Düzü bu kitab məni digərləri qədər güldürmədi, əksinə bir az üzüb, bir az da hirsləndirdi. Kitabı oxumayanlara deyim ki, Puccanın dəlicəsinə sevdiyi oğlan Ankaralı tam bir ayıdı :D Yəni, zarafatsız oğlan o qədər kobud, qıza qarşı duyarsızdı ki, düzü mənə bir nəfəri xatırlatdı. Bəlkə də sırf buna görə kitabı oxuyub qurtaranda üzümdə heç bir təbəssüm yox idi. Fikirləşin, o oğlan Puccanı döyüb öldürsə, günlərlə axtarmayıb maraqlanmasa belə qız onu yenə də çox istəyirdi. Hətta ayrılmamaları üçün bir dəfə evini belə yandırmışdı. Sırf oğlan peşman olub geri qayıtsın deyə. Bəlkə də indi bəziləriniz deyir ki, bu qızın ağılsızlığıdır, ağlı olardı eləməzdi, amma aşk işte... İnsana neler yapdırmıyor :

Bu kitabı digərləri qədər çox sevməsəm də, digər 2 kitabı oxuyub bəyənənlər bunu da oxumağı unutmasın. Nə də olsa, bu serinin sonudur..

Sonda kitabdan bəzi hissələri sizinlə paylaşıram:




 Puccadan onu tərk edib gedən bütün sevgililərinə Son Söz....


  Sonda qısaca o biri kitablardan xəbərsiz olanlara deyim ki, Pucca ayrıldığı sevgilisini biabır etmək üçün açdığı blogla, öz yazıları ilə məşhurluq qazanmış, sonra isə həyatını kitab olaraq yazmış bir xanımdır. Kitablarını çox səmimi və vulqar sözlərlə yazan Pucca qısa zamanda çox böyük bir oxucu kütləsi qazandı. Yazdıqları ilə onu sevənlər də oldu, nifrət edənlər də... Bu tip kitablar, yəni bloggerlərin yazdığı kitablar son illər Türkiyədə yaman məşhurdur, əyləncə xətrinə oxuna biləcək kitablardır, amma mən belə kitablara pul verməyinizi məsləhət görməzdim, çünki sonda pula heyfiniz gələ bilər. Amma əgər kimdəsə bu kitabı görsəz, alıb bir vərəqləyin. Ya da mənim kimi pdf oxuyun.

 Korsan kitab tərəfdarı deyiləm, amma neyniyək tələbə büdcəmiz hər kitabı almağa müsait deyil :)

Pucca 1. Küçük aptalın büyük dünyası YÜKLƏ
Pucca 2. Ve geri kalan her şey YÜKLƏ
Pucca 3. Allah beni böyle yaratmış YÜKLƏ 

Yüklə sözünə klikləyərək kitabları yükləyə bilərsiz. Hər kəsə keyifli oxumalar :)