2/26/2013

Başarı Üniversitesi / Mümin Sekman

 "Başarı Üniversitesi" kitabı imtahana hazırlaşan məktəblilər və abituriyentlər üçün nəzərdə tutulub. Kitabda  aşağıdakı məsələlərə aydınlıq gətirilir:
Bu böyük imtahana hazırlaşmağın düzgün yolları
  • İmtahan həyəcanını dəf etməyin yolları
  • Dərslərə bütün diqqəti yönəltməyin yolları
  • İradə gücünü dərslər üçün istifadə etməyin yolları
  • Daha yaxşı dərs öyrənib, yadda saxlamağın yolları
  • Kitab Oxuma sürətini artırmaq
  • Yaddaşı daha da gücləndirmək üçün taktikalar
Kitab haqqında mənim fikrim:
Kitabda maraqlı aforizmlər çox olsa da, düzü, bu kitab məni bir o qədər  qane etmədi. “Başarı Üniversitesi”ndə yuxarıda sadaladığım şeylər haqqında sanki qısa və yarımçıq məlumatlar verilmişdi. Bəlkə də bu, kitabın məktəblilər üçün nəzərdə tutulması ilə əlaqədardı.
Əgər Mümin Sekman qələmindən çıxan gözəl bir kitab istəyirsizsə, onda “Her Şey Seninle Başlar” kitabını alın. Çünki o kitab abituriyentlərlə yanaşı, hər bir insanın işinə yarayacaq, onu tənbəllikdən oyadacaq, çox gözəl, psixoloji redbull gücündə bir kitabdır. 

Aylar önce yazdığım “Hər şey seninle başlar” kitabının yazısı üçün buraya tık-tık...

Başarı Üniversitesi kitabından sitatlar:

Yaşamak kendi kendini adam etmekdir. Zeka ve bilgiyi kullanarak, etinden kemiğinden kendi heykelini yapmaktır.  Goethe

Bir işi doğru yapmak , niçin yanlış yapdığını açıklamakdan daha az zaman alır.

Küçün düşsen de, kendini yerden büyük kaldır.

Kurnaz insanlar okumayı küçümserler, basit insanlar ona hayran olurlar, akıllı insanlar ise ondan yararlanırlar.   Balzac

İnsanlar akılsızlıkları yüzünden,alınlarından yazılı olandan daha çok acı çekerler. İngilis ata sözü

Kitabda oxuduğum maraqlı bir şey:

Almanlar türklərə sarmısaq yediklərinə görə “Sarmısaq Türk” deyirlərmiş.

P.S: Bu kitabı elə də çox sevmədim, bundan yaxşısı "Her şey seninle başlar" idi. Bu kitabdansa məncə o birin alıb oxuyun.