2/28/2013

Sadece aptallar 8 saat uyur!

Bugün sizə “Dünyanın ən ağıllı insanı” olduğunu düşünən və hətta Notarusda belə bunu təsdiqlədən bir yazıçı haqqında yazmaq istəyirəm. Yazarın adı Erdal Demirkırandır. 2002-ci ildən bu yana yazmasına baxmayaraq artıq yazıçının 9 kitabı nəşr olunub.
Kitabların hər birinin maraqlı adı var, bəlkə də elə məhz bu səbəbdən Erdalın kitabları bu qədər çox satılır. Məsəlçün, “Ben Dünyanın En Akıllı İnsanıyım” ,“Adam Dediğin Benim Gibi Olur” , "İflas Etmenin Yolları", "Dünyanın En Akıllı İnsanı'ndan Masallar" , "Sadece Aptallar 8 Saat Uyur" , "Yerim Seni ÖSS" və sairə. Elə ilk gündən dünyanın ən ağıllı adama olduğunu bar-bar bağıran bu insan mənə maraqlı gəldi və onun "Sadece Aptallar 8 Saat Uyur" kitabın Türkiyədən sifariş verdim.
Kitabın adı doğrudan da maraqlı idi. Aptallar 8 saat yatırsa, bəs onda ağıllılar neçə saat yatmalıymış ki? Deyib bu sualın cavabın bu kitabda axtardım =)
İlk öncə onu deyim ki, kitabda maraqlı məlumatlar və məsləhətlər var idi. Yazıçının yazı üslubu da çox axıcıydı və görünür Erdal bəy kitabına bir az fantaziyasından da nələrsə əlavə etmişdi. Bütün bunlara baxmayaraqsa, məncə bir o qədər güclü kitab deyildi. Uşaqlar üçün yazılmışdı elə bil. İçində çox az ciddi nələrsə tapmaq olurdu. Ona görə də inanmıram bundan sonra bu yazıçının hansısa kitabına pul verib alam. Çünki kitabları həm də  çooox bahadı. Elə bu kitab özü Türkiyədə 15 TL-dir, yəni 6 manat 60 qəpik. Bizə də gəlib çıxanda olur 7-8 manat filan. Dəymir bu balaca kitaba =)
Kitabdan seçdiklərim:
1.       Hər gün 8 saat yatmaq 60 illik ömrünün 20 ilini yuxuda keçirmək deməkdir.
2.       Unutma ki, sen hala bir insansın. Yani profesyenelce yalan söyleye bilen, kendini ispat etmeye çalışan, sürekli ukalalık yapan ve her şeyi yanlış bilen o garip şeysin.
3.       Leonarda Da Vinci her dört saatte bir olmak üzere toplam yarım saat uyur, sonra saat falan kurmadan ya da uyandrılmaya ihtiyaç duymadan, zamanı gelince uyanır ve işinin başına dönerdi.
4.       Bu adam her üç saatte bir 15 dakika uyuyarak yaşadı hayatını. Yani günde toplam iki saat uyuyarak. Ve aradan biraz zaman geçecek, biz bu adamdan Edison diye bahsedeceğiz. Dünyayı aydınlatan, uyumayı ve yemek yemeyi bi türlü beceremeyen büyük dahi.
5.       Türk komandolarında bir ölüm ahlakı var, komutan der ki: “Öldükten sonra bir adım daha atmalısın!”. Öldükdün sonra ona birisi “En son ne yapıyordun dese?” “Savaşırken öldümün”ün ötesine geçerek “Öldükten sonra da savaştım!” diyecekti.
6.       İz bırakanlarla senin aranda basit bir fark vardı aslında. Onlar ömür boyu gayret ediyorlar, sense ömrün boyunca hayret ediyorsun.
7.       Da Vinci tablolarına birinci imza atıp sonra yapıyordu resimlerini.
P.S: Sonda isə sizə Erdal bəyə görə ağıllıların neçə saat yatmalı olduğun açıqlayıram: 4 və ya 6 saat.
Deməli siz hər gün 15 dəqiqə-15 dəqiqə yatdığınız vaxtı azaldaraq, ömrünüz yataraq keçirdiyiniz 20 ili 10 ilə salıb daha çox yaşaya və daha çox çalışaraq uğur qazana bilərsiz =)

P.S: Gözlədiyimin çox altında bir kitab oldu, rəsmən verdiyim pula heyfim gəlir.