1/07/2013

Harry Potter and Philosopher's Stone (2001)


Ta ta ta tam!))
Yeni yazım ilə yenə də blogumdayam =) Amma hər şeydən əvvəl onu deyim ki, blogumda bir az dəyişiklik etmək istəyirəm. Bundan sonra məncə, kitabsevərlərdən çox, kinomanların diqqəti bu blogda olacaq!)
Çünki son zamanlarda baxdığım filmlər mənə kitablardan daha maraqlı gəldi. Düzdür bəzi şeyləri öyrənmək üçün kitablar mütləqdir, amma filmlərin də ayrı ləzzəti var =)
İndi isə keçək filmimizə... Yəqin aramızda Harry Potterin adın eşitməyən yoxdu?) Adın çox eşidib, Play Stationda oyunların oynasam da filminə baxmaq hələ qismət olmamışdı. Nəhayət, yaxın günlərdə Harry Potter serisinin ilk filmi “Harry Potter ve Felsefe Taşı”na baxdım. Doğrudan da mənə çox maraqlı gəldi. Baxmayanlara tövsiyyə edərdim. Film əlaydı, bu öz yerində, amma əminəm ki, nə vaxtsa kitabların da alıb şəxsi kitabxanama əlavə edəcəm.
İndi isə Harry Potter haqqında oxduğum maraqlı şeyləri sizinlə paylaşıram: İyi okumalar... =)
Hər şey o qatara olarkən başladı.. Söhbət Harry Potter kitablarının müəllifi J.K. Rowlingdən gedir.  Həmişə uşaqlar üçün kitab yazmaq istəyən gənc bir qadın qatarda olarkən artıq qəti şəkildə bu  kitabı yazmağa qərar verir. Lakin həmin an qələminin olmaması bu işi bir az gecikdir. Və o, qatardan düşdükdən sonra artıq ağlında olan o hekayəni yazmağa başlayır. Jurnalistlər Rowlingdən kitab yazmaq üçün ən yaxşı yer haradır deyə soruşanda, yazıçının cavabı çox maraqlıydı: bu sirr deyil ki, mənə görə kitab yazmaq üçün ən yaxşı yer sakit musiqili, az müştərili rahat bir kafedir.

2001-ci ildə vizyona girən "Harry Potter ve Felsefe Taşı" əsəri 1994-cü ildə qələmə alınıb. 


Stephen King və Danielle Steeledən sonra J.K. Rowling dünyanın üçüncü ən varlı yazıçısıdır. Amma bəzi mənbələrdə, bu məlumatın yanlış olduğu, bu 3 yazar arasında ən varlısının elə Rowling olduğu qeyd edilir.

Harry Potter – Daniel Radcliff – 23 iyul 1989-cu ildə anadan olub. Yəni, hal-hazırda 24 yaşı var. İndiki halı bir az çirkin olsa da, məncə filmə çəkiləndə, yəni 12 yaşında çox şirin olub. Bu filmdə ən çox bəyəndiyim isə gülüşü və o masmavi gözləri idi <3

Filmdə Hermione Granger rolunda gözəl-göyçək Emma Watsondur. O da uşaq vaxtı indikindən daha şirin olub) Emma Watson 1990-cı il təvəllüdlüdür və filmdəki 3 dostun (Harry, Ron və Hermione) arasında yaşda ən balacasıdır.
Sonra filmdə diqqətimi çəkən obrazlardan biri də Hagrid idi. Filmdə div boyda görünsə də, Robbie Coltranin, yəni filmdəki adıyla Hagridin 185 sm boyu var. Ən maraqlısı isə odur ki, filmə çəkilərkən gerçəkdə aktyorun 51 yaşı varmış. Amma şəxsən mən, bu yaşı ona heç verməzdim.

Sonra sizə professor Dumbledore-dan yazmaq istəyirəm. Bu arada onu da deyim ki, tələffüzünə görə bu söz son günlərdə dilimə düşüb :)
Richard Harris bu rolu ilk öncə qəbul etmək istəməyib. Lakin 11 yaşlı nəvəsi  bu rolu qəbul etməzsə, onunla heç vaxt danışmayacağını bildirdikdən sonra nəvəsinin xətrinə məcbur qəbul edib.

 1930-cu il təvəllüdlü olan Richard Harris 2002-ci ildə, 72 yaşında vəfat etmişdir. Bu isə filmin vizyona çıxmasından bir il sonraya düşür. Onun ölümündən sonra isə filmə Dumbledore rolu üçün Michael Gambon dəvət edilib. Sağda gördüyünüz şəkildə birinci ağsaqqal Richard Harris, ikincisi isə Michael Gambondur.

Harry Potter rolunun ifaçısı Daniel Cliff baş rola qəbul olunduğunu isə duş alarkən öyrənmişdir =)
Bu günlük bu qədər məlumat bəsdir :) Növbəti dəfə Harry Potter and Philosopher's Stone filminin çəkildiyi məkanları sizinlə paylaşacam. Düzü, mən əvvəl elə bilirdim ki, o məkanların bir çox komputer qrafikası ilə yığılmadır, amma sən demə o yerlərin hər biri gerçəkdə varmış :)))

Filmə baxmayanlar, əgər filmə baxdıqdan sonra bu məlumatları oxusaz, onda sizə daha maraqlı gələcək. Bütün dünyanın danışdığı Harry Potterdən xəbərsiz olmaq bize yakışmaz ;)