Memoirs of a Geisha / Bir Geyşanın anıları (2005)
Benim ki gibi bir hikaye hiç bir zaman anlatılmamalı. Çünki benim dünyam yasak olduğu kadar kırılgandır da… Gizemleri olmadan ayakta kalmaz…
Ben kesinlikle bir geyşa olmak için doğmadım. Garip
hayatımdakı bir çok olay gibi beni oraya
hayatın akışı sürükledi…
Bu sözlər, bugün sizə haqqında danışacağım bir Geyşanın
dilindən söylənən sözlərdir. Bəs Geyşa nədir? Geyşanı, bir çox insanlar
Yaponiyadakı həyat qadınları kimi qələmə versə də, əslində onlar Qədim Yapon mədəniyyətinin
ən istedadlı sənətkarlarından biridir...
“Memoirs of a Geisha”
filmi amerikalı yazıçı Arthur Goldenin 1997-ci ildə qələmə aldığı eyni adlı
kitab əsasında lentə alınıb. Kitabda 1960-70-ci illərdə Yaponiyanın, Gionun məşhur
geyşasının xatirələri əks olunub. Kitabın maraqlı bir sirri ondan ibarətdir
ki, əslində danışılan bütün bu xatirələr realda yaşanmış hadisələrdir.
Çünki bütün bu xatirələri Artur Goldenə bir zamanların ən məşhur geyşası, Mineko İwasaki özü danışıb. Sadəcə olaraq yazıçı ilə bu xanım arasında kimliyinin bilinməyəcəyi haqında bir anlaşma olsa da, yazıçı bu anlaşmanı pozaraq həmin geyşanın adını və bütün bu hekayələrin yaşanmış olduğunu kitabında qeyd etmişdi.
Mineko İwasaki isə adından icazəsiz istifadə etdiyinə görə yazıçını məhkəməyə vermiş, qızların bakirəliyini ən yüksək məbləği verən şəxsə satması kimi bir şeyin yazıçının uydurması olduğunu bəyan etmişdi. Sırf bu kitabdakı uydurdurmalara aydınlıq gətirmək üçün İwasaki özü “Gionun Geişası” adlı bir kitab yazmalı oldu.
Çünki bütün bu xatirələri Artur Goldenə bir zamanların ən məşhur geyşası, Mineko İwasaki özü danışıb. Sadəcə olaraq yazıçı ilə bu xanım arasında kimliyinin bilinməyəcəyi haqında bir anlaşma olsa da, yazıçı bu anlaşmanı pozaraq həmin geyşanın adını və bütün bu hekayələrin yaşanmış olduğunu kitabında qeyd etmişdi.
Mineko İwasaki isə adından icazəsiz istifadə etdiyinə görə yazıçını məhkəməyə vermiş, qızların bakirəliyini ən yüksək məbləği verən şəxsə satması kimi bir şeyin yazıçının uydurması olduğunu bəyan etmişdi. Sırf bu kitabdakı uydurdurmalara aydınlıq gətirmək üçün İwasaki özü “Gionun Geişası” adlı bir kitab yazmalı oldu.
Filmini bəyənərək izləsəm də, düzü, orda gördüklərim
sanki mənə bəs etmədi. Ağlımda Geyşalarla bağlı hələ bir neçə sual qalıb. Ona
görə də bu kitabı artıq Bakumoz Booksa sifariş vermişəm :)
Sonra sizə filmdə izlədiyim maraqlı bir səhnə
haqqında yazmaq istəyirəm. 2012-ci ildə Eurovisionun qalibi Loreenin
performansını yəqin ki, hamımız xatırlayırıq. Sən demə, əslində çox fərqli
saydığımız bu səhnə sırf 8 il bundan öncə
çəkilmiş “Bir Geyşanın anıları” filmindən götürülüb. Loreenin saç düzümü, kimonoya
bənzər geyimi, rəqsi, səhnə quruluşu, rənglər, qar effekti filan bütün bunlar
filmdəki “Snow dance”ın təkrarıymış. Buyurun, bu da həmin rəqs səhnəsi…
Yaponların tarixindən bəhs edən bir filmdə baş rolu
çinlilərin oynaması mənə bir qədər qəribə gəldi. Əslində bu film tam bir qlobalizm nümunəsidir.
Amerikalının yazdığı, baş rolu çinlilərin oynadığı və Çində çəkilən Yaponiya tarixi...
Amerikalının yazdığı, baş rolu çinlilərin oynadığı və Çində çəkilən Yaponiya tarixi...
filmin ən gözəl aktrisası Hatsumomo |
Özdə aktrisa elə linza taxmışdı ki, linza ekranın o tayından bar-bar bağırırdı ki, mən süniyəm. Halbuki Rihanna, Megan Fox, Adriana Lima kimi məşhurlar linza taxsa da, biz onları hiss etmirik. Çünki həmin linzalar sırf onların gözü üçün hazırlanmış olur. Bu aktrisanın linzası isə deyəsən bizim apteklərdə satılandan idi :D
Ümumiyyətlə, filmdə yapon musiqiləri, o bir-birindən gözəl rəngli kimonolar heyrətamiz idi.
Kimonoların bağlanması qaydaları, mənaları, makiyajları, yaponların bir sıra inancları, bütün bunlar filmdə ötəri verildiyi üçün çox şey mənə qaranlıq qaldı.
Çünki internetdə oxuduğuma görə, yapon qadınları üzlərinə tamamilə ağ pudra vursa da, boyunlarının arxası öz bədənləri rəngdə qalır, yəni ora pudra vurmurlar. Bu isə o xanımları daha da cəlbedici göstərmək üçündür.
Sən demə, Yaponiyada boynun arxasında həmin o rənglənməyən hissə, kişilərə bir qadının çöldə qalmış ayaqları tək cəlbedici gəlirmiş... Bizimkilər görsə, amma "buna bax bütün üzün ağardıb boynu yaddan çıxıb" deyib gülər :D
Bir zamanlar Yaponiyanın ən məşhur geyşasının başına gələnlər, qədim Yaponiya mədəniyyəti, qızların arasından geyşaların necə seçilməsi, onlara xüsusi olaraq hansı dərslərin keçildiyi sizə maraqlı gəlirsə, onda bu filmi böyük maraqla izləyəcəksiz.
Super... oxudum və maraqlı gəldi. Bu filmə mütləq baxacam )
YanıtlaSilbax, bax qesenq kinodu :) mence xosuna gelecek)
YanıtlaSilMerhabalar,
YanıtlaSil60 adet kitap ayracı çekilişinde Elife ablacım size yardım edebileceğini belirtmiş. Eğer kazanamazsanız bile gönlünden kopanları gönderecekmiş.
Merhaba. Çoooook teşekkür ederim, gerçekten çok sevindim :)
SilBu yorum yazar tarafından silindi.
YanıtlaSilMen hemise burdayam :)
SilMEN buna coxdan baxmisam baxmaaga deyre filmdi m
YanıtlaSil