1/07/2013

Ən maraqlı Bollywood filmi- 3 Idiots (2009)

Bugün sizə Bollywoodun son zamanlarda çəkdiyi ən maraqlı film haqqında yazacam.
 Söhbət, 2009-cu ildə rejissor Rajkumar Hirani tərəfindən çəkilmiş “3 İdiots”  filmindən gedir. Film Chetan Bhagatın 2004-cü ildə qələmə aldığı “Five Points Someone ” kitabı əsasında lentə alınıb. Qısa müddətdə böyük uğur qazanan bu “3 Axmaq”  IMDb-də ən yaxşı filmlər arasında Top 250-dədir
Filmin mövzusu haqqında isə qısaca onu deyib ki, insana bir çox şeyi, dostluğu, standartlardan ka bunlar filmdə o qədər gözəl əks edilib ki, baxıb zövq almamaq mümkün deyildi.

Bu filmə baxmayanlara, baxmağı düşünənlərə, amma hələ tərəddüd edənlərə onu deyim ki, vaxt itirmədən qısa zamanda bu filmə baxımağa çalışın. Bollywood deyib keçməyin, sonra baxmadığınıza peşman olarsız =)
Filmin baş rol oyunçusu Ranço rolundakı məşhur hind aktyoru Aamir Khandır. Filmdə universitetə qəbul olmuş bir tələbəni canlandırsa da, maraqlısı odur ki, filmə çəkilərkən Aamir Khanın 44 yaşı olub. Mən isə ona bu yaşı heeeeç verməzdim. Bu incəsənət adamları nə yeyib, nə edib belə cavan qalır, mənə çox maraqlıdır =)))
Amma onu da deyim ki, Aamir Khan bu rola dəvət aldıqdan sonra sırf rolu üçün sadəcə olaraq, bir qədər arıqlamalı olub. O,  elə ciddi dieta rejiminə keçib ki, ad günü tortundan bir parça belə dadmayıb. Arıqlamaq istəyən insanın iradəsi bax buna deyərlər =)))
Filmin əsas roldakı gözəli isə Pia rolundakı Kareena Kapoordur. Kareena bir çox hind filmində rol alsa da, bu filmdə oynamaq üçün şəxsən özü gedib rejissordan xahiş edib. Onun bu xahişinə səbəb isə həmin rejissorla işləməyi uzun müddətdir ki, arzulamasıymış..
Şahruh Xan isə bu filmdə  Ranço rolu üçün  dəvət alsa da, təklifi rədd edib.
Filmdə maraqlı səhnələrdən biri də 3 axmağın sərxoş olduqları vaxtdır. Deyilənlərə görə, həmin səhnəni daha real calandırmaq üçün aktyor Əmir Xan gerçəkdən də alkol alıb sərxoş olmağı rejissora təklif edib. Beləliklə, 3 sərxoş bir kadr çəkilənədək  operatorlara, rejissora əməlli-başlı zülm verib =)))
Filmdən yadımda qalanlar:
Burada yeni fikirler ya da icatlar konuşulmuyor. Notlar konuşuluyor, meslekler, Amerika’ya yerleşme. Nasıl iyi not alınacağı öğretiliyor, mühendislik değil.

Doğumda öğretilmişti bize, hayat bir yarıştır. Hızlı koşmazsan, ezerler seni. Bebek olurken bile, bir sperm diğer 300 milyon spermi geçer. 1978′de, akşam 5.15′te doğmuşum. Saat 5.16′da, babam ilân etmişti: “Oğlum mühendis olacak.” Ve kaderim belli olmuştu. Ne olmak istediğimi kimse sormadı.
İyi işler yapmak için çalış, zengin olmak için değil.

Arkadaşınız başarısız oluyor, üzülüyorsunuz; arkadaşınız birinci oluyor  daha çok üzülüyorsunuz.
Aptal! Fotoğrafçılığı seviyorsun, ama gidip makinelerle evleniyorsun.

O edebiyat okumak istiyordu, yazar olmak. Ama tek yazabildiği bu intihar mektubu oldu.

 Mükemmeli yakalamak için çalışırsan başarı zaten seninle olur! 


P.S: Bu günlük bu qədər… Növbəti yazım isə çox maraqlı “Memories of a Geisha” filmi haqqında olacaq.
 Ara-sıra blogumu ziyarət etməyi unutmayın. Əgər unudursuzsa, blogun solunda gördüyünüz "Yeniliklərdən birinci xəbərdar olun" başlığı altındakı sizə sunduğum yollardan birindən istifadə edin =)