6/09/2012

Gabriel Markes - Hüznlü Fahişələrim



Əlimdə tutduğum bu kitab 1982 Nobel Ədəbiyyat Mükafatı sahibi Gabriel García Márquez'e aiddir. Kitabın adı bir qədər etikadan kənar səslənsə də kitabda yazıçı vulqarizmə çox yer verməyib.
 100 səhifədən ibarət bu balaca kitabı bir neçə saat içərisində oxuyub qurtarmaq mümkündür.  

Bu kitabda mən “Məhəbbət üç il yaşayır” kitabındaki kimi vulqar dərəcədə, etikadan kənar məqamlarla rastlaşmadım. Yəni oxuyarkən mənə heç "itici" gəlmədi yazıçının dedikləri.

Buna baxmayaraq Qabriel Markesin 2004-cü ildə qələmə aldığı sonuncu romanı olan “Hüznlü fahişələrim”  2007-ci ildə İranda qadağan olunmuşdur.
Buna səbəb isə əsərdə 90 yaşda bir kişinin 14 yaşında gənc bir qızla yaşadığı eşqdir.
Kitab haqqında düşünəndə öz-özümə deyirəm ki, həqiqətəndə bu  real ola bilər? Yəni 90 yaşında bir kişi 14 yaşında bir qızı sevə bilər? Cütlüklərin arasında 10 yaş fərq olduqda insanlar bunu təəccüblə qarşılayır, birdə qaldı 76 yaş fərq ola...
Həralda ağlasığmaz və imkansız bir eşq olar...

Kitabdan seçdiklərim:
1.     Hər dövrün öz əxlaqı var...
2.     İlham xəbərsiz gəlir.
3.     Bu, əksər fanilərin, bir qayda olaraq, artıq meyit olduğu bir yaşda yeni bir həyatın başlanğıcıydı.
4.     Qocalığın ilk simptomu - insanın öz atasına oxşamağa başlamasıdır.
5.     Elə bir qoca yoxdur ki, gizlətdiyi xəzinənin yerini unutsun. (Siseron)
6.     Aldanmayın, düşünməyin ki, intizarında olduğunuz və ümid etdiyiniz şeylər gözünüz gördüyündən çox yaşayacaq.
7.     Dünya irəli gedir, lakin əvvəlki kimi Günəş ətrafında fırlanır.
8.     Uzun və ləyaqətli həyatı xoşbəxt sonluqla tamamlayıram, amma ölməyə azca da niyyətim yoxdur.
9.     Onun hələ də xəcalətdən qızarmaq kimi eleqant keyfiyyəti var.
10.   Həmin an düşündüm ki, qocalığın ləzzətlərindən biri səni artıq oyundankənar vəziyyətdə hesab edən tanış cavan qadınlarla dilxoşluqdur.
11.   İlk gecədə onunla yaxınlıq etməyən kişini qadın heç vaxt bağışlamaz.
12.   Görünür, dürüstlük onun eybiydi.
13.  Aslan yem üçün uzağa getmir.
14.  Real baş vermiş şeylər yaddan çıxa, heç vaxt baş verməyənlər, sanki baş veribmiş kimi yaddaşda qala bilər.
15. İyirmi yaşında – təvazökar məşuqə, qırxda – yüngül əxlaqlı xanım, yetmişdə - Babil şahzadəsi, yüzdə - müqəddəs.
16. Eşqə görə ölməyə dəyər.
17. Dünyanı hərəkətə gətirən məğlubedilməz güc xoşbəxt eşq yox, bədbəxt eşqdir.
18. Sakit dəlilər gələcəyi yaxınlaşdırır.
19. Eşqsiz seks- sevgidən divanə olmayanların təsəllisidir
20. Dünyadakı heç bir həzzi öz iztirablarımla dəyişməzdim.
21. Cəfasız eşqin nə dəyəri var ki...
22. Gərginlik qan ləkəsi kimi yavaş-yavaş böyüyür və bizi öz əhatəsinə alır.
23. Qısqanclıq həqiqətdən çox bilir.
24. Başqalarının sənin haqqında təsəvvürü necədirsə, əvvəl-axır o cür də olursan.
25. Bu, çeçələ barmağa ərə getmək kimi bir şeydir, amma əvəzində bilirdim ki, o ancaq və ancaq mənimdir.
26. Fərq etməz bu il, ya da yüz il sonra, onsuz da əbədi deyilsən, öləcəksən.


Deyilənə görə yazıçının bu kitabı satışa təqdim edilmədən əvvəl piratı çıxdığına görə Markes əsərin son hissəsini dəyişdirib yenidən çap etdirmişdir. Kitab oxumağa dəyər bir kitab idi, gözəl və düşünüləsi fikirlər çox idi. 
Kitabı almaq istəyənlər kitabın adın necə deyəcək deyə qara-qara düşünürsə məndən sizə bir məsləhət - ilk növbədə Gabriel Markesin əsərləri içərisində kitabı özünüz götürüb, kassaya tərəf gedin. Amma yox, əgər kitabı tapa bilmirsizsə o zaman satıcıdan Gabriel Markesin "Mənim hüznlü gözəlçələrim" əsərini verməsini xahiş edin, inanın mənə o sizi başa düşəcək =)
E-kitab olaraq YÜKLƏ (azərbaycanca)

E-kitab olaraq YÜKLƏ (türkcə)

Haqqında çox danışılsa da, elə də bir güclü əsər deyil. 2 verə bilərəm ancaq.