Kayıtlar

Çekilişlerden kazandıklarım :)

Resim
Bu həftə mənim üçün lap hədiyyələr həftəsi oldu. Çünki qazandığım kitablar nəhayət ki, ayın son günü gəlib mənə çatdı. Kitablardan birini Kitap aşığı adlı blogda keçirilən çekilişdə qazanmışdım.  Sağ olsun,   Tuğçe xanım kitabla bir yerdə zərli qələmlər və çox şirin, ürək formasında yapışdırıcı kağız da göndərmişdi. Doğrudan da kitabla bir yerde bu balaca hədiyyələri görəndə çooox sevinmişdim :) Hədiyyələrə görə  Tuğçe xanıma bir daha çox təşəkkür edirəm :) Qazandığım kitab  "Sen Kimseyi Sevemezsin" adlanır və   Karen Hawkinsin qələmiylə hələ tanış olmadığım üçün kitab mənə çox maraqlıdır :) İkinci hədiyyəm isə "İmza kızın" adlanır və bu kitabı müəlliflərdən biri olan Banu Özkan mənim üçün imzalayıb :) Bu hədiyyəni və imzalı kitabı təşkil etdiyi üçün  Soran Anne   blogunun sahibəsi Çiğdem Özdemire sonsuz təşəkkürlər :) İnşallah bir gün sevdiyim bütün yazıçılardan belə imzalı kitab ala b...

Almaniyadan gelen mutluluk

Resim
Evimizə gələn ikinci poçt kartım Almaniyadan oldu! Bu kart mənə doğrudan da sürpriz idi, çünki göndərən xanımla heç əlaqə saxlayıb əvvəlcədən danışmamışdıq.  Şəkillərin üzərinə klikləyərək böyük ölçüdə baxa bilərsiz.   Kartın üzərində gördüyünüz şəkil Alman rəssam və şairi  Carl Spitzweg in çəkdiyi "Kasıb şair" adlı tablosunu əks etdirir. Tablo 1839-cu ilə aiddir.  Hannelore adlı xanım kartın arxasına 1979-cu ildə Bakıda, İrəvanda və Tiflisdə olduğunu qeyd edib və məndən Bakıyla bağlı poçt kart istəyib :)  Düzün deyim ki, xanımın xətti yaxşı olmadığından ünvanını tam oxuya bilmirəm, amma yəqin ki, ünvanı dəqiqləşdirib mən də qəşənq bir poçt kart göndərəcəm. Alman poçt markaları isə bunlardır :) 

İtaliyadan gelen mutluluk :)

Resim
Bu yazımda sizə Postcrrossing.com haqqında yazmışdım, bugün isə mənə gələn ilk poçt kart haqqında yazmaq istəyirəm. Səbirsizliklə gözlədiyim ilk kartım İtaliyadan gəldi :) Şəkillərin üzərinə klikləyərək daha böyük ölçüdə baxa bilərsiz. Kartın üzərində gördüyünüz körpü italyanca Viadotto Soleri Cuneo adlanır. Dostum İtaliyanın şimal-qərbində yerləşən Cuneo şəhərində yaşayır və bu körpüdə orada yerləşir.  Yazılı post kartları doğrudan da çox sevirəm. Bu da İtalyanın poçt markaları :) 

Pucca ve geri kalan her şey

Resim
Puccadan bundan qabaqkı yazımda sizə bəhs etmişdim. Bu kitabda da birincisində olduğu kimi Pucca hər şeyi bütün çılpaqlığı və əlbəttə ki, vulqar sözləri ilə birlikdə qələmə almışdı.  Düzün deyim ki, bu kitabda məni güldürən şeylər daha çox oldu. Hətta gözümdən yaş gələnə kimi iki qat olub o qədər gülmüşəm ki :) Puccanı oxumaya başlayandan evdə ən çox eşitdiyim söz budu: Nəyə gülüsən yenə?)   Nəyəsə kahkahalar ata-ata gülürəm, amma üstündən bir saat keçəndən sonra nəyə güldüyüm az-maz yadımda qalır. Cem Yılmaza baxanda da elə oluram. Otururam baxıram gülürəm gülürəm, day gülməkdən ağlıyıram, amma axırda bir-iki dənə replik yadımda qalır) Deyəsən bu mənim huşsuzluğumdan irəli gəlir :)   Kitab haqqında bircə onu deyim ki, çox yüngül, bir günə oxuyub qurtara biləcəyiniz bir kitabdı. Kitab deyəndə Dosteyvskinin əsərlərini filan ağlınıza gətirməyin, çünki bu sadəcə olaraq gənc bir qızın günlüyünün kitab halına salınmış  formasıdır....

PuCCa - Küçük aptalın büyük dünyası

Resim
PuCCa – İnternet dünyasının fenomeni! Blog dünyasının məşhur qızıyla nəhayət mən də tanış oldum :) Pucca 2 il bundan qabaq sırf ayrıldığı sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı. Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə qalmağı bacardı . Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =) Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =) Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də, düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını daha yaxşı başa düşür.   Uşaq vaxtı anası tərəfindən başqa bir kişiyə g...

Novruz Bayramınız mübarək :)

Resim
Nəhayət ki, səbirsizliklə gözlədiyim yaz gəldi) Yazın gəlişi, Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm, dostlar! Artıq kələm kimi üst-üstə geyindiyimiz günlər geri də qaldı) Şükür Allaha) Soyuq hava sevən biri olmadığım üçün Novruz bayramı gələndə uşaq kimi sevinirəm :)   Novruz demək mənim üçün havaların isinməsi, ağacların çiçək açması, hər yerin, hətta insanların belə gözəlləşməsidir.  Mənim yerim ümümiyyətlə qış fəsli olmayan ölkələr olmalıydı deyəsən))  Heyif deyil yaz =) Rəngarəng t-shirtlər, şalvarlar, krassovkalar)))  İnşallah bu yaz, bu yeni il hər birimizə ancaq bir-birindən xoş günlər yaşadar, əzizlərim! Atilla demiş, Novruz bayram nübarək!))) 

Başı dumanlı Bakım ♥

Resim
Son günlərdə başı dumanlı Bakımızın otağımdan çəkdiyim görüntüləri    :) Şəkillərin üzərinə klikləyərək daha böyük ölçüdə baxa bilərsiz) Şəkildə gördüyünüz kompleksi tanıdınız? Bəlkə hələ tanımayanlar var, amma bu Bakıda tikilən müasir mədəniyyət mərkəzi  -  Heydər Əliyev Mərkəzidir :) Kompleksin memarı isə dünya şöhrətli memar Zaha Hadi adlı xanımdır. Tikintisə 2007-ci ildə başlanan kompleksin açılışı isə Eurovision qabağı, 10 may 2012-ci il tarixində olmuşdur. Follow my blog with Bloglovin