10/23/2013

Gəncə macəraları


Keçən həftə yaxın bir qohumun toyuna görə ailəlikcə Tovuza yola düşdük. Tovuza getmişkən Gəncəni gəzməyi də ihmal etmədik. 
Gəncədə daha əvvəl olmadığımdan mənim təsəvvürümdə ora tam başqa cür idi. Amma gedib gördüm ki, Gəncə heç də düşündüyüm kimi deyil, daha gözəl və müasirdi. Bakıdakı Mango, Zara, LC Waikiki kimi bütün mağazalar orda da varıydı. Yerli əhali də çox qəşənq, dəblə geyinmişdi. Bakıdan bircə fərqi o idi ki, Gəncə sakitçilikdi. Bakıdakı kimi səs-küy, sıxlıq orda yoxuydu. Adam şəhəri gəzəndə doğrudan da dincəldiyini hiss edirdi.  


Gəncəyə gedib Gəncə paxlavasının dadına baxmasaydıq olmazdı. Şəki paxlavası , türk paxlavası qədər olmasa da bu paxlava da pis deyildi :) 


Çayımızı içdikdən sonra Gəncənin ən məşhur küçəsi Cavadxan küçəsinə getdik. Deyəsən ora da bizim Nizami küçəsi (Tarqovıy) sayılır. Qəşənq mağazalar olsa da, ordakı qiymətlər Bakıdakından heç  də geri qalmırdı. 



Sonra elə həmin küçədə  musiqi alətləriylə dolu çox gözəl bir mağaza gördük. 


Mağazanın için elə gözəl dizayn etmişdilər ki, insan heyranlıqla ordakı musiqi alətlərinə baxırdı. Amma onu da qeyd edim ki, Bakıda 50-60 manata olan skripka orda 80 manata idi. İndi bilmirəm ora mərkəzdi deyə belə bahalıqdı, yoxsa Gəncənin hər yeri belədir. 
İlk bakışta aşık oldum onlara)
Gəncəni gəzəndə arada yorulub skameykada oturub ayağlarımızın yorğunluğun da aldıq. Elə oturmuşkən bacımla sneakerslarımızın şəklin çəkdim)) Bu akkaşlarımı hardan aldığımı soruşan o qədər adam olub ki)) 
Sneakerslarımı gerçekten de çok seviyorum ♥ 
.
 

Bu da çox sevdiyim aksesuarlarımdan biridi) Çəkməsəydim olmazdı)))


Gəncədə yolüstü çox az olduğumuzdan şəkillər də belə
 az oldu.

 Amma istəyənlər instagramda Kitabxanam profilin izləyərək gün ərzində paylaşdığım digər şəkilləri də görə bilərlər.
Şəkillər bitdiyinə görə Arzu kaçar :)