10/09/2013

Yenə Buralardayam

ADNAda dərsdən bir görüntü :)
Yenə buralardayam... Uzun zamandan sonra, təxminən 3-4 ay sonra yenidən blogumdayam.

Əvvəlcə niyə bu qədər fasilə veridyimi deyim. Fasilə verdim çünki yorulmuşdum... sıxılmışdım...və ən əsası dəyişikliyə ehtiyacım var idi :)

 Son aylarda həyatımda bir çox özəl və gözəl dəyişikliklər də oldu. Düzü onlara görə bir müddət buralardan uzaq qalmağa da dəyərdi :)

Bu il 4-cü kurs olduğumdan magistr hazırlıqlarına başım qarışıb. İnşallah yüksək bal yığmaq niyyətindəyəm deyə əməlli-başlı abituriyent vaxtlarımdakı kimi dərs oxuyuram. Bu dəqiqə ən çox üzün açdığım kitablar Məntiq, İnformatika və İngilis dilidir :) İnşallah sonra da İxtisas kitablarımla belə can-ciyər olacağıq.

Bloga vaxtaşırı, ürəyimdən keçdikcə gəlib yazacam. Amma məni gündəlik olaraq izləmək istəyənlər üçün yeni instagram profili açdım: http://instagram.com/kitabxanam

Əgər istəsəniz axtarış yerinə @kitabxanam yazıb  məni orda tapa bilərsiz. İndi isə hələlik, dostlar :)