Iron Man 3 / Demir adam 3



Bildiyiniz kimi son zamanlarda hər yerdə anonsu gedən Iron Man 3 nəhayət ki, 2 maydan etibarən  Park Cinemada nümayişə girdi.  Mən də çox gecikmədən bütün dünyada reytinq rekordları qıran bu filmi izləmək üçün cinemanın yolun tutdum :)  

Film nədən bəhs edir deyə qısaca izah edim:

Dəmir adamın çox sayda düşməni var və onlardan ən təhlükəlisi Mandarindir. (Yox, yox gülməyin :D Bu o yeməli mandarin deyil,  filmdəki kötü adamdı :D)

Dəmir Adam indiyə qədər özünü və ailəsini düşmənlərindən qoruya bilsə də təəssüf ki, bu dəfə o, Mandarinin qarşısında nə özünü, nə də sevdiyi qadını qoruya bildi. Lakin sonradan qəhrəmanımz ağlını, zəkasını işlədərək yeni planlar qurdu ve yaratdığı robotlara yeni funksiyalar əlavə edərək əsl mübarizəyə start verdi. 


Filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bircə onu deyim ki, şəxsən mən fimi çooooox bəyəndim. Əgər siz də action, bilim-kurgu janrında filmləri sevirsizsə,  onda "Demir adam 3" dən  də böyük zövq alacaqsız.  3D eynəkləri taxdıqdan sonra insan filmə elə qapılır ki, nəfəsini tutaraq sakitcə filmi izləyib o həyəcanı filmdəki qəhramanlarla birgə yaşayır.

Bu arada aktyorluğun ilk dəfə izlədiyim Robert Dovney Jr.-ə de vuruldum deyə bilərik. Çünki adam həm rolunu çooox gözəl oynayırdı, həm də gülüşü, baxışı filan çox sempatikiydi ♥

Sonda filmin trailerin sizinlə paylaşıram.



Demir Adam 3 məndən tam not aldı, görək sabah İncir reçeli necə olacaq ;)

Yorumlar

  1. Qısacası sonda yenə xeyir şər üzərində qələbə qazandı :) İncir reçelimi, ııyyy heç sevmirəm o tip kinoları, məncə vaxt itkisidir :) ondansa vizyonda varsa "The Great Gatsby" filminə bax, məncə

    YanıtlaSil
    Yanıtlar
    1. great gatsby de nezerimdedi))) sbh halil sezaiye baxim sonra ona da gederem ;)

      Sil
  2. İncir Reçeli haqda fikirlerin maraqlıdı, gözleyirem yazını ;) çox vaxt zövqümüz üst-üste düşür, görek indi nece olacaq :)) halil sezai'ye antipatiyam meni bu filmi uzun müddet izlemeye qoymadı, sonra arkadaşların tekidi ile gücle izledim..o qeder terifleyirdiler, hayal kırıklığı oldu mene, filmde başdan sona ele bil nese çatışmır.. Bezi meqamlar filmi uzatmaq, problem yaratmaq tesiri bağışladı, qısacası sonu gözledim ilk deqiqelerden..

    YanıtlaSil
    Yanıtlar
    1. Nurlana, sənin bu rəyindən sonra düzü netdən incir reçelinin fragmanına baxdım və kino nəsə mənə darıxdırıcı gəldi. Ona görə də ona baxmağa getmədim) Əvəzinə evdə oturub Celalle Cerene 2-ci dəfə baxdım və yenə çox güldüm :D

      Sil
    2. Vallah ne deyim gözel qerar vermisen ;) o filme vaxt itirmek isteyenler Deniz Seki-Hayallerim Hayal Oldu klipine baxsın yeter :))) Celal ile Cereni de beyenmirem, amma bir neçe manyak gülmeli sehneleri var :))) sene bir film tavsiyesi SagSalime bax, dehşet filmdi, o filmi bu smaylla izlemişdim :D :D

      Sil
    3. bugun evdeyem, baxacam dediyin kinoya)))

      Sil
  3. incil receliye baxmamisiz??

    YanıtlaSil
    Yanıtlar
    1. yox, hələ baxmamışam. Sizcə çox şey qaçırmışam?)

      Sil
  4. o artiq coxdanin kinosudu.sizi kimi kinolarla maraqlanan birisinin baxmamagi qeribe geldi)

    YanıtlaSil
    Yanıtlar
    1. Əslində mən elə də çox film həvəskarı deyiləm. Daha doğrusu xoşuma gəlir, baxaram filmə, amma ki, o vaxtım və imkanım olmur :) Filmə baxsam kitab qalır, kitab oxusam film)) Ona görə də ikisin bir yerdə eliyə bilən insanlara paxıllığım tutur :)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan