1 yaşımız tamam oldu ^_^


Bugün uzun zamandır əmək sərf etdiyim, zəhmətimin bəhrəsi olan blogumun bir yaşı tamam olur. Bəli, düz bir il bundan qabaq blog açmaq fikri düşümüşdü beynimə. Blog açım, mən də nələrsə yazım deyirdim. Maraqlısı isə odur ki, ilk açdığm blog dəblə bağlıydı. Dəbə aid olan şeylərdən, geyimlərimi, istifadə etdiyim kosmetikalardan, parfümlərdən, maskalardan yazacam deyirdim. Düzdü, əvvəl bir-iki yazı yazdım, amma sonra gördüm ki, bu sahə mənlik deyil. Mən nə shopping dəlisiyəm, nə də kosmetika. Nə də ki, maskalara, kremlərə filan marağım var.  Ona görə də fikirləşdim, bəs mən nə yazım? Axı nəsə yazmaq istəyirəm. Yazmağı sevirəm...

O sıralarda qrup yoldaşlarımın bir-ikisi dərsdə  kitab oxuyurdu. Həmişə əllərində kitabla gələndə mən də maraqla onlara baxırdım, axrı bir gün qrup yoldaşım Elgündən oxuyub bitirdiyi kitabı, “Çərpələng uçuran”ı istədim və o da sağ olsun kitabını mənə verdi. Və beləliklə mənim kitablara olan marağım, o böyük sevgim başladı...

Əvvəl kitab oxuyanda çox çətinlik çəkirdim. Kitablarda təsvir çoxdu deyib oxuyanda sıxılırdım, halbuki, indi təsviri daha çox sevirəm. Yazıçı hər şeyi ən xırda detalına qədər yazanda mən onu beynimdə daha rahat təsəvvür edə bilirəm :)

 Etiraf edim ki, oxuduğum hər kitab mənim üçün rejissoru özüm olduğum bir filmdi. Çünki ssenari başqasının olsa da, kitabdakı o surətlər (karakterler), məkanlar hamısı mənim zehnimin məhsuludur.  

Hər hansı bir kitabın qapağın açıb onu oxumağa başladığım zaman mənim üçün həmin kitabın filmi başlayır.  Kitabdakı qəhrəmanları, hadisələri, məkanları, o mimikaların hamısın beynimdə səhnələşdirirəm. 


 Maraqlısı odur ki, kitabı yarımçıq qoyub saxladığım zaman DVD-yi durdurmuş kimi bir hiss olur içimdə. Elə bil kitabdakı bütün qəhrəmanlar həmin an stop vəziyyətinə düşür və mən gəlib o kitabı yenidən əlimə alanda play düyməsinə basılır. Bilmirəm, bəlkə siz də kitab oxuyandə belə olursuz, amma bu mənim hiss etdiklərimdi :)

Deməli, Çərpələn uçuranı oxuduqdan sonra artıq başladım özüm üçün yeni kitablar almağa. Oxuduqca sanki yeni bir şeylər oxumağa, kitablara susayırdım. Bu bir il ərzində o qədər çox kitab aldım ki... Hələ onların yarıdan çoxun heç oxumamışam.  Kitab almaq da bir cür xəstəlikdir :)) Evdə oxumalı olduğun o qədər kitab olduğunu bilisən, amma yenə də gedib özünü saxlaya bilməyib yeni kitablar alırsan))

Sizə kitablara olan sevgimin necə başladığından söz açdım. İndi keçək bloga.  Bloga oxuduğum kitablar və baxdığım filmlər haqqında qeyd apardığım virtual bir dəftərçə kimi baxırdım. Nə vaxtsa bu qədər çox oxucu qazanacağım ağlıma gəlməzdi :) Amma zaman keçdikcə dəyərli dostlarımın, sizin blogla bağlı dəstəyinizi hiss etməyə başladım.
  
Bu 1 il ərzində blogda, sonra facebookda inboxuma, emailimə blog haqqında fikirlərini yazıb kitab məsləhəti alan dostlarım da  çox oldu. Və məncə bu artıq mənim qələbəmiydi. Çünki insanlarda az da olsa, kitablara qarşı maraq, sevgi oyatmağı bacarmışdım. Ən azından indi kitabsevərlər mənə etibar edib kitab məsləhəti alır, o kitabları oxuyurlar :)

Yazdıqlarımın oxunulduğun gördükcə, sizin tərəfinizdən yazılan o dəyərli rəyləri aldıqca daha da həvəslənirəm sanki... Buna görə də burdan hər birinizə, blogumun bütün izləyicilərinə  ayrılıqda təşəkkür edirəm! Zaten siz  olmasaz, bəlkə də mən çoxdan həvəsdən düşüb, artıq blog yazmırdım. Amma siz səmimi fikirlərinizlə zəhmətimin yerdə qalmadığını, buna dəyər verildiyini mənə hiss etdirdiz. Buna görə də sizə çoxlu təşəkkürlər düşür :)

İndi sizlərlə birgə blogumun yeni bir yaşına qədəm qoyuram.  İnşallah bu yaşımız da bol kitablı gözəl günlərlə yadımızda qalar. 



Özünüzə və kitablarınızı yaxşı baxın,
 Bizi izləməyi isə unutmayın ;)


Yorumlar

  1. Eneee aynı gün yazmaya başlamışız <3 :D Nice nice yıllaraa

    YanıtlaSil
    Yanıtlar
    1. Çok teşekkür ederim, canım)) Blogunda azerice yazdığın da doğruydu ;)

      Sil
  2. vay be, 1il oldu artık, təbriklər :) gərçəkdən etiraf edirəm, yeni blog yazısı görəndə sevindiyim yeganə blok budu :) yazıların davamlı olsun, bizi intizarda buraxma :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çooox sağ ol, Nəsimi) Doğrudan da artıq bir il oldu :) Bu bir il ərzində sizin kimi dostları tanıdığım üçüm çoook mutluyam))))

      Sil
  3. Təbriklər Arzu :) uzun ömürlü olar inşAllah,oxuduğun kitablarlı bizimlə paylaşmağa davam elə.Sənin sayəndə mənim marağımın yarandığı çox kitab olub.Bir daha təbriklər



    http://www.youtube.com/watch?v=8SEn86uJwFk

    YanıtlaSil
    Yanıtlar
    1. Ferige, bu nə qəşənq videodu belə :) lap təsirləndim, gözlərim doldu)) Hər şey üçün Çooooox sağ ol, canım)

      Sil
  4. Wow, congrats :) happy b-day to ur blog :)

    YanıtlaSil
  5. Yanıtlar
    1. Çox sağ olun :)) Sizin kimi dostları ətrafımda görmək doğrudan da çox xoşdur. Bundan sonra daha maraqlı yazılar yazmağa çalışacam inşallah ;)

      Sil
  6. Tebrikkkkller....ugurlarin davami dileyile insallah...

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun, Əsmər xanım :) Sizə kitab çekilişi sözüm vardı, bu aydan ona da başlamaq istəyirəm)

      Sil
  7. Ayyyyyyyyyyyyyyyyyy supppppppppper Arzu xanim xanim...cox sad oldum

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan