Patrik Züskind - Ətriyyatçı

Salam, dostlar. Bugün sizə darıxa-darıxa oxuduğum, aldığıma peşman olduğum “Ətriyyatçı” romanı haqqında yazmaq istəyirəm. Romanın müəllifi isveçrəli Patrik Züskinddir.
Düzü Patrik Züskindi bir az Teymur Əmraha oxşadıram bu şəkildə =))) Belə yazıçının özü qəribə adamdır, internetdə haqqında ətraflı məlumat, şəkillərin tapmaq da çətindir. Mediadan hər zaman gizlənən, tez-tez yaşadığı ölkəni dəyişən biridir.

Kitabın baş qəhrəmanı 17 iyul 1738-ci ildə Fransada, krallığın ən üfunətli yerində dünyaya gələn Jan-Batist Qrenuydur. Onu digər insanlardan fərqləndirən cəhət güclü iybilmə qabiliyyəti və özünün heç bir iyə sahib olmamasıdır.
Kitabın adı gələndə hər kəs bu kitabda bir qatilin qızları öldürərək onların ətirlərindən istifadə etdiyini, beləliklə mükəmməl bir yeni ətir əldə etdiyini söyləyir. Bəli, kitab doğrudan da bu haqqdadır. Amma bir maraqsız, bir sıxıcı kitabdır ki, nəs siz sorun nə mən söyləyim. 


Kitabın üz qabığının isə romana heç bir aidiyyatı yoxdur. İnsanları öldürən qatil hara, ədəbsiz şəkildə çəkilmiş qadın şəkli hara…  Görəsən “Qanun” nəşriyyatının işçilər bu şəkli tapmaq üçün çoxmu əziyyət çəkib?!
Bilmirəm bəlkə də bu üz qabığındakı əcaib şəkil məni kitabdan bu qədər soyutdu.. Nə kitabı insan içinə çıxartmaq olur, nədəki evdəkilərin yanında oxumaq. Ona görə heç bloguma da o şəkli yerləşdirməyi uyğun görmədim.
 Kitabın üzünə baxan nə bilsin onun içərisində nə yazılıb :P
 Patrik Züskindin özünə bu kitabı versən, elə şəklə baxıb deyər, "mən nə vaxt bu şəklə uyğun kitab yazmışam?!"
Amma kitabı yeni almaq istəyənlərə şad xəbər verim ki, kitabın yeni nəşrində kitabın üz qabıq şəklini də, adını da dəyişiblər. Kitabın adı Parfümer, şəkli isə sağda gördüyünüz kimidir. Elə bilməyin bu şəkil bizim nəşriyyatçılarımızın əl işidir, sadəcə olaraq kitab əsasında çəkilmiş filmin afişasından götürülüb.
Romanın özü də maraqsızdır. Mənə yeni heç bir şey öyrətmədi və ya heçnə ilə təəccübləndirmədi. Ancaq iylərdən söhbət gedir və iyləri bir-birinə qataraq yeni ətir əldə etməyə çalışırlar. Səbr edib, dişimi sıxıb 214-cü səhifəyə qədər oxudum ki, bəlkə kitabın maraqlı hissələri axırdadır filan, amma yox, daha çox səbr edə bilməyib kitabı yarımçıq qoydum.
 Bilmirəm bəlkə də mənim zövqümdə kitab deyildi, bəlkə də başqalarının xoşuna gələcək bir romanıydı.  Amma yenə də seçim sizindir. Mən isə kitabını oxumaqdansa filminə baxmağı məsləhət görərdim.
Çünki filmi kitabından daha çox  təriflənir və sevilir. Kitabı sona qədər oxumadığımdan özüm də filminə oturub baxmalıyam ki, görüm sonda o hər şeyin iyin bilən qatilin axrı nolur =))
Bəlkə onda Patrik Züskində, onun “Ətriyyaçı”sına qarşı fikrim dəyişəcək =)
Kitabdan seçmələr:


Allahın verdiyi ağıl hələ ətrafa min il də işıq saçmalıdır ki, ibtidai inamların, mövhumatın son qalıqları qarabasma kimi yoxa çıxsın.
İnsanın bütün bədbəxtlikləri ondan qaynaqlanır ki, günlərin bir günü o, evində sakit otura bilmir, təmkinli olmalıykən durub ağlına gələn oyunları çıxarır. (Paskal)

P.S: Kitabı bərbad tərcüməsinə görə yarımçıq qoymuşdum. Bəlkə də yaxşı kitab idi, təkrar oxuyacam bir daha. Amma hələlik 3 bal verirəm. 



Yorumlar

  1. Bu kitab cox teriflenirdi insanlar terefinden...ona gore de oxumaq qerarina gelmiwdim.ama men de senin fikrinle raziyam.teriflenilecek qeder mohtesem bir eser gormedim men.sona geder oxudum ki belke nese olar Edam anindan bawqa orda mene maraqli gelen hec ne olmadi.Iyleye iyleye seherleri gezir.qizlari oldurur.He ne olsun ki??? ))))))

    YanıtlaSil
  2. Men hec sebr eliyib edam anina gelib cixammadim :)))

    YanıtlaSil
  3. Gözəl yazıdı.Bu kitabın yeni nəşri çıxıb. Adı da dəyişib. Adı olub Parfümer. Üstündəki şəkli dəyişiblər. Normal bir şəkil qoyublar))

    YanıtlaSil
  4. Qizlar haminizda eger bele teessurat oyadibsa demek heqiqetende maraqsizdi.duzdu oxumamiwam belke bundan sonra oxusam gorum mende sizin fikrinizle razilawacam ya yox.maraqli kitablar oxumaq arzusu ile :)

    YanıtlaSil
  5. onda bu darixdirici kitabdan sonra,sene heyecanla,adrenalinle dolu bir kitab meslehet gorum."da vinchi shifresi"ni oxuduguna pesiman olmadigin kimi,bunu da oxumaqdan sixilmayacagina inaniram.haqqinda danishdigim kitab dan brown:"angels and demons"dur.o kitab haqqinda yazini oxumaq maraqli olardi.kitabdan 2 sitati bura yaziram,dushunurem ki,kitabi oxumaga heves yaradar))
    1)elmle din bir-birine zidd
    deyildir.sadece elm,dini
    anlamaq ucun cox cavandir.
    2)hell etmeye calishdigi
    problemlerin yarisina ele elmin
    özu sebeb olur.

    YanıtlaSil
  6. Ilk evvel butun dostlarimdan bir xahis edim, zehmet olmasa rey yazanda adinizi da yazin ki, muraciet edende qarisiqliq olmasin))

    Dan Brownun "Melekler ve iblisler" kitabinin meslehetine gore cox sag olun =)
    o kitabi evvel Afa da meslehet gormusdu) PDF in yuklemisem, qalib oxumaq)

    Kitablar coxdu deye hele siralarin gozleyirler))) Amma insallah qisa zamanda o eseri de oxuyub fikrimi sizinle boluserem)

    Indi Cingiz Mehbaliyevin kitabin oxuyuram, o da ele Dan Brown tadinda kitabdi)

    YanıtlaSil
  7. Men de "Etriyyatci"ni oxudum, belke de bele manyak insan olub, iylere gore qadinlari oldurub. Umumilikde raziyam ki, kitab cox menasiz ve tesirsiz idi. Ondan hec bir yeni nese oyrene bilmedim ve bu kitaba serf etdiyim zamanima heyfim geldi. Ona gore men de sonacan oxuya bilmedim kitabi...

    YanıtlaSil
  8. Salamlar,
    "Etriyyatchi"nin sizin ve sherf yazan bashqalarinin terdfinden sevilmemesini hech cure basha dushmurem! Bagishlayin, amma dushunmek mecburiyyetindeyem ki basha dushe bilmemisiz yazichinin ne demek istediyini... Raziyam ki eser biraz maraqsiz bashliyir, amma final superbdi!

    Chox teessuflendim ki beyenmiyib hech kim bu eseri.......... :(

    YanıtlaSil
  9. Anar, belke de sen dediyin kimi yaxsi bir eserdi finalina gore, amma cox teessuf ki, men axra qeder oxumadim.
    Amma yene de kitabi beyenenin olduguna sevindim)))

    YanıtlaSil
  10. Arzu xanım, əvvəlcə deyim ki, Züskind isveçrəli yox alman yazarıdır. İkincisi də mən bu yazıçının bir çox əsərlərini oxumuşam. Dünya ədəbiyyatının və son dövr alman ədəbiyyatının çox böyük simalarından biri hesab olunur. Onun "Parfumer" əsəri isə çox möhtəşəm postmodernist əsər hesab edilir. Bu əsəri sevməyən oxucular əsasən macəra və kütləvi əsərlərə öyrəşmiş oxucular ola bilər.
    Sizə Züskindin "Ədəbiyyat amneziyası" məqaləsini tapıb oxumağı məsləhət görürəm. Çox dəyərli məqalədir.
    P.S. Əsəri oxuyub tam bitirmədən əsər haqqında fikir bildirməyi məqsədəuyğun hesab etmirəm.
    Sayqılarla... :)

    YanıtlaSil
  11. Ramin, alman oldugun internetden men de oxumusdum,amma kitabin arxasinda isvecreli yazar yazilmisdi deye men de ele yazmagi uygun gordum.
    "Parfumer" eseri ola biler mohtesem eser olsun, bir coxlarinin xosuna gelsin,amma men sevmedim)) Zovqler muxtelifdir ve muzakire edilmez. Blogda men shexsi fikirlerimi yaziram,yeni ele kitablar var boyuk hevesle oturub oxuyub sonra fikrimi yazmisam, elesi de var oxuyub bitirmeye sebrim catmayib yazmisam. En azindan yazimda sona qeder oxumadigimi qeyd edib insanlari yanlis yonlendirmirem))

    YanıtlaSil
  12. Arzu eger dogurdanda onun kinosuna baxmag ahgda fikrilesirsense hec baxma, mene onun kinosun dediler baxdim, heyatimda bu geder iyrenc ve mentigsiz kino gormemisdim, meni en cox uzen ise axirda maragli neise gozlemyim idi, men hele bu cur mentigsiz sonlugla biten kinoya rast gelmemisdim, film axirinda belke nese mentig axtarirdim ki, onuda taomadim, eger vaxt itirib eserini azda olsa oxumusunuzsa, kinosuna baxibda vaxt itirmeyi meslehet gormurem, isetrseniz men deyerm, axiri nece oldu, ondansa maragli konya baxin )))

    YanıtlaSil
  13. kinosu da maraqsizdi, Pifaqor?))) Onsuzda bu aralar hec cur vaxt ede bilmirem film izlemeye))

    YanıtlaSil
  14. he cox maragsiz ve mentigsiz sonlugla biten, mene dediler eseri kinosundan maraglidir, kinosu cox zeif cekilib, hetta onu deyim ki, bu kinonu cekmek isteyen rejissora deyibler ki sen bunu ceke bilmersen, o ise nehayetinde bacrib, ama eser kimi guya maragli olmayib, dedim yegin eserinde maragli sozler, neyise olar, onuda sen dedin hec ne))) axirda etiri duzeldir, basindan asagi tokur, garacilar ustune cumur, (axe reklami var ha) burada fergli olarag, kisli gadinli hamisi, bednextde altda galib olur, o terideki eledir ki hamini itaet etdirimis , hele olum zamani olan sehne var iyrencdir, dusuk kinodur bir sozle)

    YanıtlaSil
  15. Mence, bu kitab qeyri-ordinar olmasi ile daha maraqlidi. En azindan Happy End-nen qurtaran Avropa romanlarindan ferqlenir :)

    YanıtlaSil
  16. Mahammad, kitabin evveli beyem imkan verdi ki, gedib END-inə çatım görüm happy-di ya yox?))))

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan