FMArsal - Yalnız Gözlerin için



İnstagramdan məni izləyən dostlarım bilir ki, bir həftəyə yaxındır Fatih Murat Arsalın “Yalnız gözlerin için” kitabını oxuyurdum. Kitab 776 səhifə olduğu üçün düzü qalınlığı bir qədər gözümü qorxutmuşdu. Bu boyda kitabı necə oxuyaram deyirdim, amma nəhayət ki, dünən oxuyub qurtardım. 

Fatih Murat Arsal Türkiyənin sayılıb, seçilən yazıçılardan biridir. Yazdığı sevgi romanları ilə oxucularının qəlbində  taxt qurmuş bu insanın yazmağa başlamasının da çox qəribə və maraqlı səbəbi var. Deməli, bir gün FMArsal oxuduğu bir kitabı bəyənməyərək “mən bundan daha yaxşı roman yazaram” deyib və öz kitablarını yazmağa başlayıb. İlk əvvəl yazıçı yazdığı kitabları internetdə e-kitab olaraq oxucuların bəyənisinə sunub, e-kitabların bəyənildiyini gördükdən sonra, artıq yeni romanlarını çap etdirməyə qərar verib.

Yazıçının indiyə qədər 7 e-kitabı yayınlanıb.  Kitabların adlarının üzərinə tıklayaraq istədiyinizi yükləyə bilərsiz:

5- Çığlık 

Bu kitabıardan sonra yazıçının yeni romanları nəşr edildi. Oxucular tərəfindən bəyənilərək oxunan Nefretten Sonra Seni Sevmek istemedim kitabları çox qısa zamanda satılaraq tükənmişdi. Hal-hazırda da  "Seni Sevmek İstemedim" təkrar nəşr olunduğu halda, "Nefretten Sonra" kitabı hələ də satışda yoxdur. Yəqin ki, qısa zamanda o kitabı da təkrar nəşr edərlər. 


Mənim oxuduğum isə yazıçının son kitabı “Yalnız gözlerin için”dir. Bu kitabda mavi gözləri,sapsarı saçları və incə bədəni ilə hər kəsi özünə heyran qoyan Güneydən və  qardaşının qatili olduğunu zənn etdiyi hündürboy, çok yakışıklı, sempatik, varlı və bir o qədər də sirli işadamı Tahirdən bəhs edilir. 

Kitab 776 səhifə olsa da demək olar ki, məni heç darıxdırmadı. Hətta Güney və Tahir haqqında bu qədər oxuduğum halda sonda onlardan ayrılmaq istəmirdim.  Məncə bu yazıçının ən  böyük uğurudur. Çünki kitab məndə elə bir təsir yaratmışdı ki, sanki Güney, Tahir mənim çox yaxın dostlarımdı və mən qıraqdan onların həyatın izləyirəm. Sanki kitab bitmiş olsa da onlar hardasa yenə də öz həyatlarına davam edirlər :) 
Tahir və Güney uzun zaman ağlımdan çıxmayacaq maraqlı cütlüklərdən biri oldu mənim üçün)

Kitabın hər səhifəsin görəsən indi nə olacaq deyə böyük həyəcanla oxuyurdum. Çünki kitabda ehtiras dolu, qadağan bir sevgiylə yanaşı gizli qalan hadisələr də varıydı. Düşünün siz qardaşınızın qatili olduğu insana aşiq olursuz və onu öldürəcəm deyə planlar qurarkən gün keçdikcə bu insana daha da çox bağlanır və bütün mənliyinizlə ona təslim olursuz. Əslində çox çıxılmaz bir vəziyyətdir... Bu kitab nifrətlə sevgi arasında qalan bir qadının çətin anlarını, özüylə mübarizəsini bizə çatdırır.

Əslində kitab sevgidən bəhs etsə də yazıçının qələmi insanı heyran qoyur. FMArsal bütün qəhrəmanları ən xırda detalına qədər elə gözəl təsvir edir ki, hətta indi də o qəhrəmanlar yadıma düşdükcə, adları hallandıqca simaları gözümün qabağına gəlir.

Güney, Tahir, Tamer, yunan gözəli Natalia, Doğan, Akın, Gamze, Pınar :) Bunlar kitabın maraqlı qəhrəmanları, mənim isə dostlarımdı. Nə yalan deyim hamısın da çox istəyirəm))

Kitabda diqqətimi çəkən digər bir cəhət isə qəhrəmanların hamısının gözəl və yakışıklı olması idi. Yazıçı Tahiri, onun dostlarını hər bir gənc qızın xəyalındakı kimi qüsursuz təsvir etmişdi. Yəni, o adamlara aşiq olmamaq mümkün deyildi  

Onu da qeyd edim ki, kitabda 18+ hissələri də yazıçı  ustalıqla qələmə almışdı. Yəni kitabı oxuyanda bu hissələr nə adamı tiksindirirdi, nə də narahat edirdi. Sadəcə olaraq filmlərdə gördüyümüz sevgi, o hisslər bu dəfə qələmə alınmışdı.

Kitabdan yadda qalanlar: 

"Aptal adam! Ne işin var terörle, teröristle? Ülkenin sayılı zenginlerinden birisin. Otur işte seksi poponun üzerine! Paranın ve yakışıklılığının tadını çıkar."

Senin gibi insanlar Tanrı rolü oynamayı severler. Öldürmek veya sağ bırakmak... Asker olunca bunu başaracağını düşündüm. Öyle değil mi?

Bulutsuz bir havada bile başıma yağmur yağabilecek kadar şanssızım.

Hiç kurtulamayacağım ve kurtulmak istemediğim derdim oldun...



Xülasə, problemlərinizi unutduracaq, axıcı, romantik, sevgidolu bir romandır.


Yorumlar

  1. insallah m,ende onu oxuyacam gorum necedi>ozum mavi goz olduguma gore)) indi cananin yuregim seni cox sevdiyi oxuyuram.qiz meni dehset eseblesdirib(((

    YanıtlaSil
  2. Fatih Murat Arsalin butun pdf kitablarini oxumusan.heqiqeten de maraqli qelemi var.Ve de bu kitabdaki bas qehremanlar F.M.Arsalin diger kitablarinda da var bu da cox mraqlidi))bu arada blogunuzu yeni kesf etmisem.cox maraqli yazilarin var.yaziya gore tesekkur))

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan