Necə bir saata bir kitab oxuyaq? Sürətli oxu!

Salam,  dostlar. Bugün sizə satışa çıxmasını çoxdandır gözlədiyim bir kitab haqqında yazmaq istəyirəm. Böyük maraqla oxuduğum bu kitabın adı “Sürətli Oxu”dur!

Kitabda göstərilən məşqlərdən istifadə edərək 1 saata bir kitabı oxuyub bitirə bilərsiz!
Düzdü qulağa inanılmaz gəlir, amma belə bir şey  mümkündür. Sürətli oxumaq mövzusuna millət olaraq çox fikir verməsək də bir çox tanınmış  xarici şirkətlərdə bununla bağlı seminarlar keçirilir, insanlar sırf sürətli oxumaq vərdişinə yiyələnmək üçün kurslara yazılır.

Hətta buna misal olaraq Türkiyənin 9-cu cumhurbaşkanı Süleyman Demireli göstərmək olar. O ABŞda yaşayarkən sürətli oxu kurslarına  gedərək dəqiqədə 5000 ilə 7000 arasında söz oxuya bilmək vərdişinə yiyələnmişdir.
Yeri gəlmişkən onu da deyim ki, Türkiyədə 4-cü sinif şagirdi bir oğlan isə dəqiqədə 11 bin 725 söz oxuyur.
Bəs bir dəqiqədə siz neçə söz oxuyarsız? Heç bu haqqda düşünmüsüz?



 İnternetdə tapdığım maraqlı bir testlə bunu öyrənə bilərsiz. Məsəlçün, mən dəqiqədə 293 söz oxuyurmuşam =)
 Elə də pis rəqəm olmasa da, məncə, kitabda yazılan məşqləri edərək bu rəqəmi 2-3 qatına çıxarda bilərəm.
Amma onu da deyim ki, əsas kitabı sürətlə oxuyub bitirmək deyil, əsas məsələ odur ki, sürətli oxuyarkən belə yazılan hər şeyi anlayıb başa düşəsiz.
Əgər siz də oxu sürətinizi ölçmək istəyirsizsə bura klikləyin və sonda cavabları bizimlə bölüşməyi unutmayın ;)
 "Sürətli oxu" -  yaddaşın, diqqətin gücləndirilməsi və sürətli oxumağın yollarını öyrədən müxtəlif metodlarla zəngin bir kitabdı. Siz bu metodlarla göz əzələlərinizi inkişaf etdirərək bir baxışda bir sətri deyil, hətta bir abzası görüb oxuya bilərsiz.
Əgər başqaları bunu zamanla öynərək edibsə, deməli istəsək biz də edə bilərik =)
Həyatda heç bir şey imkansız deyil!

Bu haqda maraqlanırsızsa, sürətli oxumağı öyrənmək istəyirsizsə kitabı almağa tələsin! Çünki  cəmi 200 nüsxə nəşr edilən bu kitabın qiyməti də çox uyğundur.
P.S: Bizim nəşriyyat evlərinin çap etdiyi kitabları bəyənməsəm də, bu kitabı üz qapaq dizaynı, keyfiyyəti, redaktesi ilə çox bəyəndim!
 Kitabın çox diqqətlə və zəhmətlə hazırlandığı hiss olunur!  Buna görə "Qədim Qala" nəşriyyat evini təbrik etmək olar məncə. 
İnşallah bir gün bütün nəşriyyat evləri səhvləri ilə oxucuları yormayan, keyfiyyətli kitablar çap edərlər!
İstəyənlər Kitabı burdan sifariş edə bilər. 

P.S: Bəyənərək oxuduğum kitab olmuşdu. Amma yenə də 5 verməyə ürəyim gəlmir)


Yorumlar

  1. Men hec yoxlamaq bele istemirem,cunki cox awagi olacaq))adice mesaja cavab yazana kimi 2-3 defe tekrar oxuyuram

    YanıtlaSil
  2. Nesimi, onda sen bir kitabi 2-3 hefteye oxuyub qurtarirsan?)) ya bir aya?)

    YanıtlaSil
  3. Yok ya o kadarda degil) 200 sehifelik kitabi 3-4 gune oxuyuram,vaxtim elede olmur ona gore. prosta gerek temiz fikirnen oxuyum ki, cumleni yeniden oxuyasi olmuyum

    YanıtlaSil
  4. Eslinde bedii kitablari suretle oxumaq lazim deyil onsuzda)kitabda da bu yazilib) amma men yene de basa duserek tez oxuyuram) meselcun dunen427 sehifeik kitaba basladim, 1-2 saata 274cu sehifesine catib saxladim,gorum bugune sabaha yeqin bu kitabi qurtararam)

    YanıtlaSil
  5. )))) 447 soz)) mene orta olculu bir kitabi ( meselen jul vern-kapitan qrantin usaqlari) oxumaq ucun 2-3 saat bes edir. daha iri kitablar ucun ise (mes. 3 mushketyor) max. 1 gun)) post ucun teshekkurler)

    YanıtlaSil
  6. aaaaagzim aciq qaldi resmen, 1-2 saata 274 sehife, oha falan oldum resmen. kew mende ele oxuya bileydim, her gun 1 kitab oxuyardim vallah

    YanıtlaSil
  7. Alice, 447 soz?))) eladi ki))) 1ay sonra yene yoxlayacam gorum onda nece olacaq suretim))))

    YanıtlaSil
  8. bu kitab maarifçilikdə ən böyük addımdır. azərbaycna dilində birinci kitabdır bu səpkidə, məncə

    YanıtlaSil
  9. Thanks useful information

    YanıtlaSil
  10. salam! men burdan kitab nece yukleye bilerem? mumkundur mu?

    YanıtlaSil
    Yanıtlar
    1. salam. bu kitabin pdf versiyasi yoxdu. amma bezi kitablar var ki, olarin ki, var. bu blogdan tapa bilersiz

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan