Miri Yusif Solo Konserti

Bugün sizə dünən getdiyim və çoooox çooox bəyəndiyim Miri Yuif solo konserti haqqında yazmaq istəyirəm) Düzü keçən dəfə Röyanın "Sənə ehtiyacım var" konsertinə gedəndən sonra qabağıma məqsəd qoymuşdum ki, bundan sonra ifasın bəyəndiyim bütün müğənnilərin konsertində iştirak edəcəm. Miri Yusif də həmin siyahıda olanlardan biriydi. Konsertin başlamağına son 3 saat qalmış xəbər tutsam da, bilet tapıb o möhtəşəm konsertdə iştirak etmək mənə də qismət oldu)

Düzdü mahnıların hamısını əzbər bilməsəm də, bildiklərimi Miri Yusiflə, bütün zalla birgə oxumaq-əylənmək çox əlaydı!
İnanın kosertin qurtarmağın istəmirdim, baxmayaraq ki, Röyanın keçən konsertində çox darıxmışdım)
Darıxmağıma səbəbsə, Röyanın indiyə qədər eşitmədiyim mahnıları oxuması, onsuzda 5-6 mahnıdan ibarət olan konsertində yarım saat da paltarını dəyişməsini gözləməyim olmuşdu)

Mirini sevdim, çünki non-stop music keyfi yaşatdı bütün dinləyicilərinə) İnanın bütün zal yorulmadan konsert boyu əl  çalırdı. Mahnıların musiqisi başlayan kimi camaatdan elə səs gəlirdi ki)) Dəhşət!) Çox enerji doluydu dünənki dinləyicilər)) 
 Miri düşündüyümdən də çox sevilirmiş bunu anladım) 

Bu adamın dinləyiciyə, musiqiçisinə qarşı diqqəti, insanlığı isə ayrı bir mözvudu.
Mən Miri Yusifi insan olaraq əslində dünən kəşf etdim. Bir-iki  xoşuma gələn məqam oldu ki, bunları sizinlə paylaşım:
1. Köhnə dəyirmançılar səhnəyə çıxanda onlardan biri Miriylə birgə səhnədə selfie çəkmək istədi, amma Miri Yusif ani bir hərəkətlə həmin selfie çəkənin kamerasını elə yönəltdi ki, kadra dəyirman və bütün zal düşdü)) Əlbəttə bu hərəkət də  gurultulu alqışlarla qarşılandı.


2. Bu insan musiqiçilərinə qarşı da çox diqqətlidi dediyim kimi) Ara-sıra back-vokalistlərinin də yanına gedib hal-əhval tuturdu) Sonra saksafonda ifa edən Fərid arada üzün səhnəyə, Miriyə tutub ifa edəndə Miri əliylə tamaşaçıları göstərib bir növ onlara doğru ifa etməyi işarə etdi) Bu arada ele saksafondakı Fərid, sonra bas-gitardakı musiqiçi, Emin Kərimli hamısı dünən əlaydı <3

3. Ailəsinə, həyat yoldaşı Nərgizə qarşı olan məhəbbəti də məni çox təəccübləndirdi. Allah onları daim xoşbəxt etsin və bizə də elə gözəl sevgi qismət eləsin!) Bu arada dünən instagram şəkillərinə baxırdım, çox yaraşırlar)

Bundan sonra konsertinə getməyi ən çox istədiklərim Emin, Sıla və Teomandı) 

Məndən sizə məsləhət Miri Yusif konserti gördünüzmü mütləq bilet alın) İnanın qəti peşman olmayacaqsız)

Yorumlar

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan