Rəfdə gözləyən 49 Kitab, 49 Dost! :))


Uzun bir aradan sonra yenə də burda, blogumda sizinləyəm :)

Son zamanlarda Türkiyədə baş verən hadisələrlə və imtahanlarımla bağlı kitab oxuya bilmirdim, amma nəhayət bugündən yenidən oxumağa və yazmağa başlayıram.

Yenidən həvəsə gəlmək üçün bugün bütün dəftər-kitablarımı bir yerə yığdım və oxunulmağı gözləyən kitablarımı siyahıya aldım. Sən demə rəfdə məni gözləyən 49 kitabım varmış :))

Bu qədər kitab depolasam da, yenə də yeni kitablar alıb onları oxumaq istəyirəm. Amma özümə söz vermişəm ki, uzun müddət yeni kitab alan deyiləm :P

Bu yay məni gözləyən kitablarımın hamısın oxumaq fikrindəyəm, ona görə də vaxt itirmədən ilk oxuyacağım kitabı sizə açıqlayıram))



İlk olaraq Elif Şafakın Şemsparəsindən başlamaq istəyirəm. Həm kitab qısadı, həm də köşə yazılarından ibarətdi deyə mənim üçün maraqlıdır :)

 İnşallah qısa zamanda Şemsparənin şərhiylə yenə də burdayam :)))


Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan