7/01/2013

Sevimli Canavarlar Üniversitesi



Monsters University, yəni Bədbeybətlər Universiteti Atillamın ən çox getmək istədiyi filmlərdən biriydi və nə vaxt TVdə reklamın görsə, gəl gedək deyirdi. Mən də şirinimin xətrinə dəymədim və beləliklə Park Cinemadan biletlərimizi aldım :)

Monsters University uşaqlarla birgə böyüklərin də sevərək izləyəcəyi çox gülməli və maraqlı filmdi. Düzün deyim ki, filmə baxmağa gedəndə darıxacağımı, maraqsız olacağını düşünmüşdüm, amma bunun tam əksinə Atilla qədər mənim də zövq aldığım əla bir komedi oldu. 

Pixar Animasiya Studiyası bu filmlə yenə də çox gözəl iş ərsəyə gətirib. Filmdəki o monstrlar, bir-birindən fərqli sevimli qəhrəmanlar, məkanlar, rənglər, effektlər, hamısı bir sözlə mükəmməl idi. 

Əgər balaca filmsevər dostunuz varsa, onda ona bu filmlə unudulmaz bir gün yaşadın :) 


Bu da Atillanın filmdə ən çox sevdiyi monstr :)))

 Qeyd edim ki, 5 yaşında bir uşaq üçün məncə əla bir işdi. 

Deyəsən evimizdə balaca bir rəssam böyüyür :)

Sonda onu da qeyd edim ki, Monsters University  filminin traileri 2013-cü ilin ən original traileri seçilərək mükafata layiq görülüb.