11/22/2013

Ahmet Batman - Soğuk Kahve


Son günlərin ən populyar yazıçısı Ahmet Batman və onun məşhur kitabı "Soğuk Kahve" :)

Bu kitabdan paylaşılan sitatları yəqin aranızda görməyən yoxdur. Sırf o bir-birindən maraqlı cümlələrinə görə bu kitab oxucular tərəfindən bu qədər çox sevildi :)

Kitab roman şəklində deyil, sadəcə olaraq yazıçının oxucu ilə olan həyat haqqında söhbətinə bənzəyir. Yazıçıın bəzi cümlələrində insan sanki özünü tapır.

Düzü bu kitab haqqında "kitabı elə bil şizofren yazıb" sözün də eşitmişəm, amma məncə o insanlar kitabda Ahmet Batmanın çatdırmaq istədiyini anlamayıblar. Yazılarında bir söhbətdən qəfil digərinə keçən Ahmet Batman kitabda bunu özü də qeyd edir, yazılarım fikrim qədər çox dağınıqdı deyir, amma bu mənə görə oxucunu narahat edən bir şey olmamalıdır, əksinə bir növ yazıçının səmimiliyinə nümunədir. Amma yenə də əlbəttə zövqlər fərqlidir, birinin bəyəndiyini digərləri bəyənməyə bilər :)

Kahraman Tazeoğlu da bu üslubda yazır və onun da Bambaşka kitabın oxumuşdum. Bu cür kitablara sırf  çox satılsın deyə yazılan kapitalist kitablar deyirlər, amma mən bu kitabları oxumağı, onlarda özümü tapmağı  sevirəm :)






Kitabdan 100-ə yaxın belə sitat, şəkil paylaşmışam, həmin şəkillərə tumblr səhifəmdən rahatlıqla baxa bilərsiz: http://kitabxanam.tumblr.com/


11/13/2013

Elif Şafak - Şemspare



Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.

 Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.

Agatha Christie - Nilde Ölüm (E-kitab yüklə)



Yəqin ki, detektiv romanların ustadı Agatha Christienin adın eştməyən yoxdur. Detektiv romanları sırf həddən artıq çox detala yer verildiyi üçün sevməzdim, amma oxuduğum ilk Agatha Christie kitabından sonra başa düşdüm ki, əsl detektiv romanlar sıxıcı yox, əksinə həddən artıq çox maraqlıdır.

Kitaba keçməzdən öncə yazıçı haqqında az-çox məlumat verim. Agatha Christie ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Christie ardarda yazdığı romanlar və yaratdığı detektiv obraz Hercule Poirot  ilə bütün dünyada şöhrət qazanmışdır. Agathanın sevgi romanlarını da Mary Westmacott  adıyla yazdığı artıq hərkəsə məlumdur.  

Agatha Christenin oxuduğum ilk əsəri "Nilde ölüm" oldu. Kitabda rəfiqəsinin nişanlısını əlindən alan zadəgan bir ailənin qızının həyatından bəhs edilirdi. 

Yəqin artıq mövzudan kitabın nə qədər maraqlı olduğunu başa düşdüz :) Agatha Christe hadisələri möhtəşəm bir ardıcılıqla, insanı yormadan, gözlətmədən yazması onun usta qələmindən xəbər verirdi. Şəxsən mən kitabı bir neçə saatda, bir dəqiqə belə fikrim yayınmadan çox diqqətlə oxudum. Yəni çevirdiyim hər kitab vərəqi görəsən bu səhifədə nələr olacaq deyə məni həyəcanlandırırdı. 

Əlbəttə ki, detektiv romanlarda cinayət mütləq olur. Bu kitab da qətillərlə bol olsa da, kitabın sonuna qədər əsl cinayətkarın kim olduğunu bir türlü doğru təxmin edə bilmədim :)

Kitabı o qədər sevdim ki, ordakı bəzi incəlikləri gedib təkrar oxumaq istəyirəm. Amma sonra düşünürəm ki, kitabı təkrar oxumaqdansa, bu dəfə filmini izləyim. Yəqin ki, qısa zamanda vaxt edib "Nilde ölüm" filminə də baxacam.


 Agatha Christie E-kitablar


Agatha Christenin kitabları internet alemində pdf, e-kitab olaraq hədsiz çoxdur.
Mən də sizin üçün 9 dənəsi Doc, 33 dənəs pdf formatında olan cəmi 42 ədət Agatha Christie e-kitabını bir linklə yükləməyi təklif edirəm. 
 Bu iyiliğimi unutmayın, dostlar )) Görün işinizi nə qədər asandlaşdırdım :)

Buyurun yükləyin: Agatha Christie kitabları bura klikləyib yüklə

Faylın kodu: mso-tech.blogspot.com
Sizdən şifrə istəyəndə yuxarıdakı kodu yazın. 


Hərkəsə iyi okumalar... :)

Kindle Touch nədir?


Salam, dostlar. Bugün sizə hansısa kitab haqqında yox, çoxdandır arzusunda olduğum və  bu yaxınlarda aldığım  "Kindle Touch" haqqında ətraflı bir yazı yazmaq istəyirəm.
  • Kindle Touch nədir?
Gündəlik həyatımıza yaxın zamanlarda daxil olan elektronik kitablar (E-kitablar)  elektronik mürəkkəb texnologiyası ilə ən parlaq dövrünü yaşayır. Elektronik kitabın ixtiraçısı və mütəxəssis Michael S. Harta görə " E-kitab havadan sonra ən çox ehtiyac duyduğumuz şeydir ."
Elektronik mürəkkəb texnologiyasının əsas məqsədi e-kitab oxumaq üçün ixtira edilən cihazlara orginalına yaxın, kitabdan oxuyurmuş kimi effekt verməkdir.  Bu texnologiyada göz yorğunluğuna gətirib çıxaracaq ekran işıqlandırması yerinə ətraf mühitin işığından istifadə edilir. Beləcə günəş işığında da gözü yormadan keyifli bir oxuma imkanını əldə edirik.

Oda - Emma Donoghue


Əlimdə gördüyünüz bu kitab, yəni Oda - New York Times tərəfindən 2010-cu ilin ən yaxşı 10 kitabından biri seçilib. Kitab irlandiyalı yazar Emma Donoghue tərəfindən qələmə alınıb. Kitabın mövzusu əslində çox maraqlıdır, daha doğrusu reala yaxındır.

 Yadınızdadırsa, 2008-ci ildə Avstraliyalı bir ata 24 il boyunca qızını balaca bir otaqda gizlədərək, ona dəfələrlə təcavüz etmiş, 6 uşaq atası olmuşdu. Doğrudan da bu insanın tüklərini biz-biz edən bir skandal idi. Baxın, kitabda da təxmini bu mövzudan bəhs edilir. Yaşlı Nick ləqəbli bir kişi universitetdə oxuyan 19 yaşlı qızı aldadaraq qaçırır və onu bir otağa həbs edir. Məhz bütün hadisələr də bundan sonra başlayır.

Kitabı oxumağa başlayanda adam bir az çətinlik çəkir, çünki əvvəldə hələ hər şey tam aydın başa düşülmür. Amma kitabı oxuduqca, ortalarına gəldikcə artıq hər şeyi anlamış olursuz. Yəni kitabın əvvəli buna görə darıxdırıcı olsa da, ortaları çox maraqlı və axıcıdır.

 Kitabı bir az oxuduqdan sonra başa düşdüm ki, hadisələr 5 yaşlı bir uşağın dilindən nəql edilir. Uşaq gözünü açdığı andan otaqdan, anasından və televizordan başqa heç nə görmədiyindən dünyanın yalnızca o otaqdan ibarət olduğunu, qapıdan kənardakı həyatı uzay, televizor ekranında gördüklərini isə o qutunun içində var olan, real olmayan bir şeylər zənn edirdi. Lakin 5 yaşına çatanda artıq Jackin anası ona bütün gerçəkləri başa salır və qaçmaq üçün planlar qururlar. 

Bütün bunlardan sonra Jack və anası qaça bilir ya yox, başlarına nələr gəlir onları da mən yazmayım ki, oxumayanlar üçün kitabın marağı qaçmasın :) 

Kitab maraqlıydı, axıcıydı, amma düzün deyim ki, mən 2010-cu ilin 10 kitabından biri statusuna layiq görməzdim. Çünki kitabda elə bil nəsə çatmırdı. 


Ruh kendi topluluğunu seçer, sonra kapatır kapıları...

Məsəlçün, kitabda belə bir şey var ki, hər həftənin müəyyən günü Jackin anası özündə olmur və yataqdan belə durmur. Bunun səbəbi isə bütün kitabı oxusam da, hələ mənə məlum deyil və bu mənim üçün çox qaranlıq qalıb. Əslində Jackla bağlı bəzi şeylər də mənim üçün qaranlıq qaldı. Yəqin bütün bunlar yazıçının hadisəyə tam olaraq aydınlıq gətirməməsi ilə əlaqədardır.

Sonra kitabda bir çox isim böyük hərflə yazılmışdı. Məncə yazıçının bununla demək istədiyi bir şey var, lakin çox təəssüf ki, mən onu anlayıb, o mesajı tuta bilmədim.

Kitabı oxuyanda görəsən indi də hardasa kimlərsə belə əsarətdədir deyə düşünməmək mümkün deyil...

Əslində yazıçının yazdığı çox dramatik bir şeydir, çox təsirlidir, amma təəssüf ki, yetəri qədər yaxşı qələmə alınmayıb. Şəxsən mən o faciəni bir uşağın yox, ananın gözüylə görüb bilmək istərdim. Onda məncə daha təsirli olardı. 

Kitabın tanıtım videosuna isə söz ola bilməz, çox gözəl hazırlanıb, istəyənlər buyurub baxsın. 





Sinqapurda gəzib gördüklərim :)


Yadınızdadırsa, bu yazımda xarici dostlarımla məktublaşmağımdan sizə bəhs etmişdim.
Bir çox ölkədən poçt kart gözlədiyim halda, nədənsə son zamanlar məktublar mənə çox gec çatır. Düzü, bir az buna üzülürəm. 2 həftəyə çatar dedikləri kartlar 1 aydan çoxdu dünya səyahətindədi elə bil :)

Məktubsuz keçən bir neçə həftədən sonra nəhayət ki, dünən poçtalyon qapımızı döydü . 
Bu dəfə Sinqapurdan gələn "Hello Kitty" bəzəkli pembe məktub məni doğrudan da çoooox sevindirdi :))

Bu poçt kartların digərlərindən çox aydın seçilən bir fərqi var idi, o da ki, keyfiyyəti. Doğrudan da bunlar indiyə qədər aldığım ən gözəl, ən rəngli poçt kartlardı deyə bilərəm :)
İndi isə poçt kartlarımıza daha yaxından baxaq)


Şəkildə gördüyünüz bu yer Marina Bay adlanır. Marina Bay Sinqapurun ən bahalı və ən məşhur otelidir. 

Sabahaddin Ali - Xəz paltolu Madonna (TEST)

Salam, sevgili kitabsevərlər!

Dəyərli Dostlarımın xahişi ilə növbəti testimiz Sabahaddin Alinin "Xəz paltolu Madonna" kitabı haqqında olacaq.


 Kitabı oxuyanlardan xahişim, monitora bir az da yaxın əyləşərək testi həll edib kitabı nə qədər diqqətlə oxuduqlarını müəyyənləşdirsinlər.


P.S: Sonda həll etdiyiniz testlə bağlı fikir və iradlarınızı, həmçinin nə qədər xal yığdığınızı bizimlə bölüşsəz şad olaram :)

Dikkat Vücüdunuz Konuşuyor!


Ahmet  Şerif İzgören – Türkiyənin məşhur kişisel gelişim uzmanlarından biridir. Yazıçının indiyə qədər  12 kitabı çap olunub və bunlardan 9-u  10.000 çox-dən çox satılıb.

Yazıçı ilə ilk tanışlığım “Dikkat! Vücudunuz konuşuyor”  kitabı ilə oldu.  Bir il bundan qabaq oxuduğuma baxmayaraq bu kitab hələ də yadımdan çıxmayan, dəyərli hesab etdiyim kitablar sırasındadır.

Kitabda insanın bədən dilində hər hərəkətin izahı ilə birgə bir çox tanınmış siyasi xadimlərin, diktatorların, məsəlçün Hitlerin məşhur əl hərəkətinin mənası  hər xırda detalına qədər izah edilib.


Bundan başqa kitabda rənglərlə də bağlı çox maraqlı faktlar yer alırdı. Bunlardan bəzilərini yuxarıdakı şəkildən oxuya bilərsiz. 

Kitabı oxuyub qurtardıqdan sonra yazıçının axıcı və səmimi yazı diliylə bir çox məlumatın yaddaşınıza həkk olunduğunu, yeni şeylər öyrəndiyinizi görəcəksiz. “Dikkat! Vücudunuz konuşuyor” bəzi bədən dili kitabları kimi insanı saf yerinə qoyan, bir çoxumuzun bildiyi şeyləri təkrar-təkrar qeyd edib yeni  məlumatlara az yer verən kitablardan deyildi.

 Məncə hər kəsin oxuyub bəyənəcəyi, hədiyyə olaraq da verə biləcəyi çox maraqlı kitabdır. 
Onu da qeyd edim ki, bu kitabı bir dəfə oxumaqla kitabdan doyan deyilsiz. Mənim kimi təkrar-təkrar oxumaq istəyəcəksiz :)

Kitabın içərsindəki mövzular:
Bölgeler ve Hakimiyet Alanları
Ellerin Verdiği Mesajlar
Savunma
Gözler, Bakışlar, Başın Kullanımı
Makam Odaları İş Dünyası, Güç Oyunları
Aynalama, Yalan, Flört,
Beyin, Duygular ve Bedenimiz
Renklerin İş Yaşamında Kullanımı

Kitabdan seçilən maraqlı hissələr:

Şəkillərin üzərinə klikləyərək yazıları daha rahat oxuya bilərsiz. 
Kitabı pdf olaraq oxuduğumdan resimler alıntıdır. 





Bu kitabı PDF olaraq oxusam da, kitab formasında əlimin altında olmağını çox istərdim. 

P.S: Hər kəsin oxuyub bəyənəcəyi, yeni şeylər öyrənə biləcəyi mükəmməl bir kitab :)




E.M.Remark - Qərb Cəbhəsində yenilik yoxdur


Bu kitabı yayda Ali ve Nino mağazasından 70 % endirimdə olanda almışdım. Düzü, kitabı alanda əsər haqqında heç bir məlumatım yox idi. Sadəcə olaraq müəllifi Remarkdır deyə diqqətimi çəkmişdi.
Kitabı yayda alsam da, uzun müddət rəfdə gözlətdikdən sonra nəhayət 2013-ün fevralında oxumaq qismət oldu. 

Kitabda Birinci Dünya Müharibəsi  tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.

"Qərb cəbhəsidə yenilik yoxdur" bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu da, İncildən sonra dünyada ən çox nəşr olunmuş ikinci kitab hesab olunur.

Kitab 1920-ci il müharibələrinə qarşı olduğu, əsgərləri ruhdan saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur.

Kitabdan sitat:

O təklif edir ki, müharibə elan edilməsi bilet satılan öküz yarışmalarında olduğu kimi musiqi ilə müşayiət olunan xalq bayramı olmalıdır. Onda arenada hər iki ölkəni təmsil edən general və nazirlər, dəyənəklə silahlanaraq alt tumanda bir-birinin üstünə atılmalıdırlar. Kim sağ qalsa, onun ölkəsi udacaq. Bu daha yaxşı və ədalətli olardı. Yoxsa belə, onlar kənarda qalıb, amma bir-birini heç tanımayan insanlar döyüşürlər. 

Kitabın azərbaycan dilinə tərcüməsində yenə də bir sıra səhvlər var idi. Cümlələr bir-birinə uyğun gəlmir, mənası anlaşılmırdı. Ona görə də əgər bacarırsızsa, çalışın kitabı başqa dildə oxuyun. 

P.S: Kitab maraqlıydı, rahat oxunurdu, 2 gündə oxudum bitdi, amma 5 ballıq deyildi.
Gözlədiyimin altında oldu.
Remarka 3 verməyə utanıram, amma napalım artık :)


Əli və Nino / Qurban Səid



Yəqin ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət romanı...
 Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı oxuyub qurtara bildim.

Ümumiyyətlə deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim olduğu da bilinmir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır. 

"Əli və Nino"da azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir.  Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani...

Düzü kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələri məni kitaba bağlamışdı.

Bu arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad Alemdarı deyəsən "Sonunu düşünen kahraman olamaz" sözün bu kitabdan götürüb =) 
Çünki kitabda məhz belə bir ifadə mövcuddur:
Sabahını düşünən adam heç vaxt igid ola bilməz.


Bayaq sizə “Əli və Ninonun” başı bəlalıdır sözün elə-belə demədim) Çünki bu qəhrəmanların heykəli də böyük səs-küyə səbəb olmuşdu. Keçən il belə söz-söhbət çıxmışdı ki, guya Batumidə Əli və Ninoya pornoqrafik heykəl qoyulub, amma sonra məlum oldu ki, heykəlin memarı Tamar Kvesitzade əksinə hər kəsin heyranlıqla izlədiyi, minlərlə turisti özünə cəlb edə bilən çox gözəl bir sənət əsəri yaradıbmış.


 Şəkildə gördüyünüz bu heykəl  Əli və Ninonun şərəfinə Batumidə Mərkəzi Bulvarda qoyulub. Heykəlin hündürıüyü 9 metr, ağırlığı isə 7 tondur. Heykəlin maraqlı özəlliyi isə ondan ibarətdir ki, daim hərəkətdə olan bir qadın və bir kişi bədəni  10 dəqiqədən bir bir-birinə yaxınlaşır, sonra isə yenidən ayrılır. Yuxarıdakı videoya baxaraq nə demək istədiyimi daha yaxşı başa düşə, o gözəl görüntünün şahidi ola bilərsiz.  

 İnşallah bir gün Gürcüstana, Batumiyə getsəm Əli və Ninonu mütləq ziyarət edəcəm :) 

Kitabı PDF oxumaq istəyənlər, bura tık-tık :)

Kitab maraqlıydı, pis deyildi, amma gözlədiyim qədər təsirli deyildi. Ona görə də 5 ballıq sistemdən 3 verərdim. 


Sizə xaricdən məktub gəlməsini istəyirsiz? :)


Salam, dostlar :) Bugün sizi son zamanlarda tanıdığım yeni sosial şəbəkə haqqında məlumatlandırmaq istəyirəm. 

Yeni tanıdığım sosial şəbəkənin adı Postcrossing.com-dur. Məktub yazmağı sevən, xaricdən məktub, poçt kart gəlməsini istəyən, poçt marka həvəskarları üçün məncə bu sayt əvəzedilməzdir. Çünki siz bu saytda qeydiyyatdan keçdikdən sonra müxtəlif ölkələrə post kart göndərə və həmçinin dünyanın müxtəlif ölkələrindən post kart ala bilərsiniz. 

Daha ətraflı desəm, siz bu saytda qeydiyyatdan keçdikdən sonra sayt tərəfindən sizə müxtəlif ölkələrdən olan insanların ünvanları veriləcək və siz o ünvana hər hansı bir postcard göndərəcəksiz. Hər ay göndərə biləcəyiniz kart sayı sizin istəyinizdən asılı olaraq dəyişir. İstəsəz bir kart göndərin, istəsəz 5 :)

Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatmasl lazımdır. 

 Məsəlçün, mən saytın mənim üçün seçdiyi 5 ölkəyə artıq aşağıdakı post kartları göndərmişəm  və inanıram ki, qısa zamanda heç gözləmədiyim ölkələrdən mənə də post kart gələcək :)


Sonra saytda "Direct Swap" deyilən bir şey var ki, siz  istənilən ölkədən olan biriylə email vasitəsilə əlaqə saxlayaraq qarşılıqlı post kart göndərmək istədiyinizi bildirə bilərsiz. Məsəlçün, mənə bu vasitə ilə artıq İtaliyadan və Almaniyadan post kart gəlib. 

Amma onu da deyim ki, belə direct swap o qədər də çox sərf etmir. Çünki göndərilən hər kart postalın qiyməti hara göndərilməsindən asılı olmayaraq 70 qəpikdir. Məsəlçün, mən o gün 8 kart göndərdim və 5 manat 60 qəpik pul ödədim. Düzü o 5 manatı verəndə də bir az ürəyim ağrımadı desəm yalan olar :)))

Ona görə də belə qərara gəldim ki, bundan sonra ancaq saytın təyin elədiyi 5-6 nəfərə kart göndərəcəm. Çünki göndəridiyimiz o kartlar profilimizdə də qeydə alınır. Amma bir başa əlaqə saxlayıb göndərdiklərimizdən isə ancaq özümüz xəbərdar oluruq və profilə heç nə əlavə olunmur. 

Əgər bu post kart məsələsi sizə maraqlı gəldisə məncə siz də qoşulun. 12 post kart  təxmini 4-5 manat qiymətində satılır. Hər göndərmə də 70 qəpikdir. 
70 qəpiyə post kartınızın üzərinə 3-4 dənə marka yapşdırıb göndərirlər və 2 həftəyə göndərdiyiniz kart sahibinə çatır. 


Mənə gələn bütün məktubları, post kartları, xırda hədiyyələri bax bu balaca qutumun içərisində saxlayıram.

İllər keçdikdən sənra bu kartlara, məktublara baxmaq doğrudan da çox maraqlı olacaq! :)))

London, Çin və Havay adalarından gələn post kartlar :)


Yeni yazım ilə yenə də burdayam :) Son zamanlar kitablar haqqında yazmıram deyə elə bilməyin ki, kitab oxumuram. Sadəcə olaraq dəsrlər, monitorinqlər və digər işlərimlə əlaqədar olaraq yazmağa vaxt tapmıram. 

Keçən həftə Puccanın 3-cü kitabı "Allah beni böyle yaratmış" və Kahraman Tazeoğlunun "Bambaşka" kitabların oxuyub bitirdim. İnşallah növbəti günlərdə həmin kitablar haqqında yazılarımı oxuya biləcəksiz. 

Burdakı yazımdan bildiyiniz kimi Postkartlara əməlli-başlı maraq salmışam və artıq demək olar ki, poçtalyon da evimizin daimi qonağına çevrilib. Keçən həftə Böyük Britaniyadan, Havay adalarından və Çindən çox gözəl kartlar və hədiyyələr aldım. 


Şəkildə gördüyünüz bu kart  Böyük Britaniya muzeyindən alınıb. Kartın üzərində Elizabeth I -in şəkli əks olunub. Aşağıdakı şəkildə Londondan gələn poçt markanı da görə bilərsiz :) Şəkillərə klikləyib daha böyük ölçüdə baxa biləcəyinizi unutmayın :)


Keçən həftə dərsdən gələndə qapımızın arasına bir məktub qoyulduğunu görən də doğrudan da çox sevinmişdim. Çünki artıq qapıda nəsə görən kimi başa düşürəm ki, yenə hansısa ölkədən  çox gözəl bir kart gəlib :) Bu dəfə isə sadəcə bir kart deyil, zərf dolusu kartlar və kiçik hədiyyələr gəlmişdi. 


Zərfin içərisindən bir-birindən qəşənq 4 post kart çıxdı. Kartlarda Çinin müxtəlif bölgələri, məşhur Giant Pandaları və Çin ailəsi əks olunub. 



Bu kartlar da mənim ən çox xoşuma gələn o oldu ki, İnes (çinli rəfiqəmin adıdı))) hər kartın arxasına maraqlı qeydlər yazmışdı. Məsəlçün, uşaqlar əks olunan kartın arxasına Çində ailədə bir uşaqdan artığına icazə verilmədiyi üçün evin tək qızı olduğunu, amma buna heyfslənmədiyini, çünki yaxşı dostları olduğunu qeyd etmişdi.

 Sonra kartların birinin arxasına İnes 2 çin qəpiyi yapışdırıb.Qəpiklər çincə yi jiao adlanır. 2 belə bir qəpiklik 1 yuan sayılır :)) Yuan da Çinlilərin manatı  kimi bir şeydir :)
Baxın aşağıdakı şəkildə həmin qəpikləri görə bilərsiz.



Əslində poçtla pul göndərmək qadağan olunduğundan yazıq qız belə üsula əl atıb :) Amma doğrudan da ağıllı fikirmiş. Mən olsam elə məktubun içinə qəpikləri boş atardım, hamı da bilərdi ki, o zərfin içində qəpiklər oynuyur :D



Bunlarda zərfdən çıxan digər kartlardır. Sonra zərfin içində mənim çox xoşuma gələn kiçik bir hədiyyə də var idi. Sizcə nəydi? Bir kitabsevərin ən çox sevdiyi şeylərdən biri olan - əlfəcin, yəni kitap ayraçları idi. Baxın görün necə şirin yeni bookmarklarım oldu :)


Bilirəm, bu dəqiqə çoxsunuz deyisiz ki, kaş mən də olaydı bu bookmarklar :))

Növbəti kartım isə Sakit Okeanda yerləşən Havay adalarından yola çıxaraq Sakit okeanla yanaşı, Atlantik okeanın da üzərindən uçub gəlmiş aşağıdakı kartdır. 



 Bu kartların hamısı mənim üçün doğrudan da çox dəyərlidir. Çünki mən onlara adi kart kimi yox, gəldiyi ölkələri gəzib, müxtəlif millətlərin əlindən keçib sonda mənə çatan dəyərli bir hədiyyə kimi baxıram. O kartlar saatlarla təyyarələrdə yol gəlib, mənim görmədiyim yerləri görüb, o ölkələrin havasın alıb, axı necə sevməyim onları :) 

Keçən həftə gələn kartlarım yuxarıda gördükləriniz oldu. Bugün mən də gedib müxtəlif ölkələrə öz kartlarımı göndərdim. Maraqlananlar üçün hansı ölkələrə göndərdiyimi yazıram:

1. Norveç
2.  Sinqapur 
3. Tayvan
4. Havay adaları 
5. Hindistan
6. Kipr
7. Belarusiya
8.  Çin
9. İran
10. Almaniya 


İnşallah növbəti yazılarım kitablar haqqında olacaq, darıxmayın :)

Bilinmeyen Bir Kadının Mektubu - Stefan Zweig


Dünən bir neçə saat içində oxuyub qurtardığım növbəti kitab Stefan Zweigin əlimdə gördüyünüz "Bilinmeyen bir kadının mektubu " adlı kitabı oldu. İlk növbədə onu deyim ki, kitab 13 yaşından bəri bir kişini dəli kimi sevən qadının tək tərəfli hisslərindən, sevgisindən bəhs edir. Bütün roman boyu adını bilmdəyimiz bu xanım qapı qonşuları olan yazıçı kişiyə dəli kimi aşiq olur, ilk növbədə sırf saf uşaq məhəbbətiylə onu sevir, gizli-gizli izləyir. Bu balaca qızcığazın məhəbbəti doğrudan da inanılmazdır. O sevdiyi bu 25 yaşlı yazıçının çəkib atdığı siqareti sırf onun dodağına dəyib deyə müqəddəs bir şeymiş kimi saxlayır, onun əli dəyən qapı dəstəyin öpür, gecələri bir an belə olsun gözünü qırpmadan onun gəlməsin gözləyir. İpucu olaraq deyim ki, bu qız sonralar istəyinin bəlkə də onda birinə nail olur, həttə dəli kimi sevdiyi bu kişidən uşağı da olur, amma yenə də hər şey siz düşündüyünüz kimi asand olmur. Təsəvvür edin ki, bu kişi ömrünün sonuna qədər uşağının anası olan bu qadının adın belə bilməyəcək. 

Stefan Zweig bu hekayədə əkscinsin nümayəndəsi olaraq bir qadının hiss etdiklərin, psixologiyasın doğrudan da çox gözəl duyub və qələmə alıb. 




BENİM AŞIK OLDUĞUM ERKEK, HEP YOLCULUĞA ÇIKARDI…!

Kitab 4 manatdır, amma məncə bu tip uzun hekayələri belə pul verib almaqdansa, ya kitabı kimdənsə alıb ya da icarəyə götürüb oxumaq daha sərfəlidir :)) 


11/04/2013

Ben Seni Bulmaya Geldim



Keçən həftə sonu 2 günə oxuyub bitirdiyim növbəti kitab farnsız yazıçı Guillaume Mussonun "Seni bulmaya geldim" kitabı oldu. Bu arada yazıçının da çox qəribə adı varmış, hər dəfə oxuyanda çaşıram)

Mussonun demək olar ki, bütün kitabları dünya miqyasında bestsellerdi. Mən də bu kitabı Ali Ninodan 70% endirim vaxtı almışdım.

Düzü kitabı yarıya qədər böyük maraqla oxusam da, yarısından sonrası artıq məni darıxdırmağa başlamışdı. Çünki bir zamanlardan hər şeyini atıb özünə yeni bir həyat quran kişisel gelişim uzmanı Ethan bir gününü 3 dəfə təkrar-təkrar yaşayırdı və belə bir ssenari mənə "İf only" filmindən tanış idi. Bəlkədə kitabı oxuaynda arada ona görə darıxdım. 

 Kitabın baş qəhrəmanı Ethanın həyatı doğrudan da çox qəribə və maraqlıydı. Heç bir şeyi olmayan kasıb biri həyatını sıfırdan quraraq kitabları ən çox satılan, hamı tərəfindən tanınan bir psixoloqa çevrilmişdi. Amma sırf Ethanın iş yerində, kabinetində onun yanına gələn  13 yaşnda bir qızın intihar etməsi Ethanın bütün həyatın altüst etmişdi. 

 Deməli kitabın əsas maraqlı yeri odur ki, Ethan hər gün yeni bir günə gözünü açır və bilir ki, günün sonunda onu ölüm gözləyir. O nə qədər kaderi dəyişməyə, özünü qorumağa çalışsa da, ölüm hər dəfə başqa bir şəkildə onu qarşılayırdı. Kitabda da biz bir-birinə bənzəyən, ama bir-birindən də fərqli olan üç günü oxuyuruq. 

Yəni ki, kitab oxumağa dəyər idi, maraqlıydı.  Amma sırf bu kitabı sifariş verib alım oxuyum, mükəmməl kitabdı filan fikirlərinə qapılmayın. Ondansa, məndən sizə məsləhət "İf Only" filminə baxın. Həm mövzusu bu kitaba bənzərdi, həm də o film bu kitabdan daha maraqlıdı) 

Amma nə vaxtsa kitab endirimdə qarşınıza çıxsa, alsaz, peşman olmarsız.