6/20/2013

Rəfdə gözləyən 49 Kitab, 49 Dost! :))


Uzun bir aradan sonra yenə də burda, blogumda sizinləyəm :)

Son zamanlarda Türkiyədə baş verən hadisələrlə və imtahanlarımla bağlı kitab oxuya bilmirdim, amma nəhayət bugündən yenidən oxumağa və yazmağa başlayıram.

Yenidən həvəsə gəlmək üçün bugün bütün dəftər-kitablarımı bir yerə yığdım və oxunulmağı gözləyən kitablarımı siyahıya aldım. Sən demə rəfdə məni gözləyən 49 kitabım varmış :))

Bu qədər kitab depolasam da, yenə də yeni kitablar alıb onları oxumaq istəyirəm. Amma özümə söz vermişəm ki, uzun müddət yeni kitab alan deyiləm :P

Bu yay məni gözləyən kitablarımın hamısın oxumaq fikrindəyəm, ona görə də vaxt itirmədən ilk oxuyacağım kitabı sizə açıqlayıram))



İlk olaraq Elif Şafakın Şemsparəsindən başlamaq istəyirəm. Həm kitab qısadı, həm də köşə yazılarından ibarətdi deyə mənim üçün maraqlıdır :)

 İnşallah qısa zamanda Şemsparənin şərhiylə yenə də burdayam :)))


6/06/2013

Bu blogda direniş var! Azerbaycan Seninle, Türkiyem!


Son günlərdə Türkiyədə baş verə hadisələrə görə blogumda heç nə paylaşmıram və bu hadisələr bitincəyə qədər də yazan deyiləm. Çünki Türkiyədəki dostlarımızın o cür şiddətə, haqsızlığa məruz qaldığını görüb heç nə olmamış kimi davranıb kitab oxuya bilmirəm. 

Sadəcə olaraq onu demək istəyirəm ki, Azərbaycan sizinlədi Türkiyə! Sizin vətənpərliyiniz, dirənişiniz qarşısında insanın gözləri dolur! Atatürk düz deyib, Türk xalqı ayağa qalxarsa durdurmaq zordur!

Bütün bu olayların tezliklə son bulmasını, qonşu ölkə Türkiyənin də huzura kavuşmasın arzulayıram. İnşallah daha çox yaralı və ölən olmadan bu vəhşiliyə bir dur deyərlər!