5/30/2013

Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü


Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir. 

Bugünkü kitabım da sırf onlarla bağlıdı. Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım.

"Dahi Çoçuk yetiştirmek" yeni ana olacaq bütün xanımlara məsləhətdir. 

Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş, 

Çoçuklarınızı yaşadığınız çağa göre değil, 
yaşayacakları çağa göre yetiştirin.

 Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər nələr edə biləcəyini bu kitab çox dəyərli və önəmli məlumatlarla oxucularına çatdırır. 

Uşaqların zəkasında genlər çox böyük rol oynayır, amma bu o demək deyil ki, valideynləri savadsız olan bir uşaq sabah öz üzərində çalışaraq intelektual bir insan olmayacaq. Maraqlısı odur ki, bir dönəm alimlər zəkanın sırf genlə bağlı olduğunu düşünərək ağıllı insanları evləndirib "üstün bir irq" meydana gətirmək istəyirləmiş. Hətta ağıllı insanlara artmaları üçün bu qədər şərait yaratmışkən, kasıbları da sonsuzlaşdırmaqla onların nəslini məhv etməyə çalışıblar. Guya bununla dünyada misli görülməmiş bir irqin yaradıcı olacaqlarmış. 
Əgər elə bir şey olsaydı düşünün insanlar nələr yaşayardı. 


Sonra kitabda hamilə vaxtından anaların nələr yeməli olduğundan, nələrdən uzaq durmasından ətraflı şəkildə bəhs edilir. 

Kitabda bu dəqiqə əksər anne adaylarının ən böyük səhvinə toxunulur: mobil telefon, kompüter və televizorlar. 

Müəllif hamiləlik dövründə bütün qadınların mobil telefonlardan uzaq durmasını, hətta çox az hallarda ondan istifadə etməli olduğunu qeyd edir. 
Gecələri isə telefonu bağlamaq vərdişinə hər birimiz yiyələnməliyik. Telefonu bədənində,yəni cibində gəzdirmək də, sonda bir çox xəstəliyə səbəb olur. Buna görə də xanımların telefonlarını çantada saxlaması daha çox məqsədə uyğundur.

Əslində bayaqdan kitabı vərəqləyirəm və görürəm ki, altından xətt çəkdiyim, burda yazmaq istədiyim qeydlər həddən artıq çoxdur. 
Bu kitab onsuzda bir dəfə oxumaqla rəfə qoyulacaq kitablardan deyil. "Dahi Çoçuk yetiştirmek"  ana olacaq bütün xanımların stolüstü kitabı olmalıdır deyə çalışın bu kitaba yiyələnin. Çünki bu kitaba körpənizi böyütdünüz ilk 6 ildə tez-tez geri qayıdıb təkrar vərəqləyəcəksiz. 

Bütün xanımlara rahatlıqla məsləhət görə biləcəyim əla bir kitabdı.


5/28/2013

Patrik Züskind - Ətriyyatçı

Salam, dostlar. Bugün sizə darıxa-darıxa oxuduğum, aldığıma peşman olduğum “Ətriyyatçı” romanı haqqında yazmaq istəyirəm. Romanın müəllifi isveçrəli Patrik Züskinddir.
Düzü Patrik Züskindi bir az Teymur Əmraha oxşadıram bu şəkildə =))) Belə yazıçının özü qəribə adamdır, internetdə haqqında ətraflı məlumat, şəkillərin tapmaq da çətindir. Mediadan hər zaman gizlənən, tez-tez yaşadığı ölkəni dəyişən biridir.

5/26/2013

1 yaşımız tamam oldu ^_^


Bugün uzun zamandır əmək sərf etdiyim, zəhmətimin bəhrəsi olan blogumun bir yaşı tamam olur. Bəli, düz bir il bundan qabaq blog açmaq fikri düşümüşdü beynimə. Blog açım, mən də nələrsə yazım deyirdim. Maraqlısı isə odur ki, ilk açdığm blog dəblə bağlıydı. Dəbə aid olan şeylərdən, geyimlərimi, istifadə etdiyim kosmetikalardan, parfümlərdən, maskalardan yazacam deyirdim. Düzdü, əvvəl bir-iki yazı yazdım, amma sonra gördüm ki, bu sahə mənlik deyil. Mən nə shopping dəlisiyəm, nə də kosmetika. Nə də ki, maskalara, kremlərə filan marağım var.  Ona görə də fikirləşdim, bəs mən nə yazım? Axı nəsə yazmaq istəyirəm. Yazmağı sevirəm...

O sıralarda qrup yoldaşlarımın bir-ikisi dərsdə  kitab oxuyurdu. Həmişə əllərində kitabla gələndə mən də maraqla onlara baxırdım, axrı bir gün qrup yoldaşım Elgündən oxuyub bitirdiyi kitabı, “Çərpələng uçuran”ı istədim və o da sağ olsun kitabını mənə verdi. Və beləliklə mənim kitablara olan marağım, o böyük sevgim başladı...

Əvvəl kitab oxuyanda çox çətinlik çəkirdim. Kitablarda təsvir çoxdu deyib oxuyanda sıxılırdım, halbuki, indi təsviri daha çox sevirəm. Yazıçı hər şeyi ən xırda detalına qədər yazanda mən onu beynimdə daha rahat təsəvvür edə bilirəm :)

 Etiraf edim ki, oxuduğum hər kitab mənim üçün rejissoru özüm olduğum bir filmdi. Çünki ssenari başqasının olsa da, kitabdakı o surətlər (karakterler), məkanlar hamısı mənim zehnimin məhsuludur.  

Hər hansı bir kitabın qapağın açıb onu oxumağa başladığım zaman mənim üçün həmin kitabın filmi başlayır.  Kitabdakı qəhrəmanları, hadisələri, məkanları, o mimikaların hamısın beynimdə səhnələşdirirəm. 


 Maraqlısı odur ki, kitabı yarımçıq qoyub saxladığım zaman DVD-yi durdurmuş kimi bir hiss olur içimdə. Elə bil kitabdakı bütün qəhrəmanlar həmin an stop vəziyyətinə düşür və mən gəlib o kitabı yenidən əlimə alanda play düyməsinə basılır. Bilmirəm, bəlkə siz də kitab oxuyandə belə olursuz, amma bu mənim hiss etdiklərimdi :)

Deməli, Çərpələn uçuranı oxuduqdan sonra artıq başladım özüm üçün yeni kitablar almağa. Oxuduqca sanki yeni bir şeylər oxumağa, kitablara susayırdım. Bu bir il ərzində o qədər çox kitab aldım ki... Hələ onların yarıdan çoxun heç oxumamışam.  Kitab almaq da bir cür xəstəlikdir :)) Evdə oxumalı olduğun o qədər kitab olduğunu bilisən, amma yenə də gedib özünü saxlaya bilməyib yeni kitablar alırsan))

Sizə kitablara olan sevgimin necə başladığından söz açdım. İndi keçək bloga.  Bloga oxuduğum kitablar və baxdığım filmlər haqqında qeyd apardığım virtual bir dəftərçə kimi baxırdım. Nə vaxtsa bu qədər çox oxucu qazanacağım ağlıma gəlməzdi :) Amma zaman keçdikcə dəyərli dostlarımın, sizin blogla bağlı dəstəyinizi hiss etməyə başladım.
  
Bu 1 il ərzində blogda, sonra facebookda inboxuma, emailimə blog haqqında fikirlərini yazıb kitab məsləhəti alan dostlarım da  çox oldu. Və məncə bu artıq mənim qələbəmiydi. Çünki insanlarda az da olsa, kitablara qarşı maraq, sevgi oyatmağı bacarmışdım. Ən azından indi kitabsevərlər mənə etibar edib kitab məsləhəti alır, o kitabları oxuyurlar :)

Yazdıqlarımın oxunulduğun gördükcə, sizin tərəfinizdən yazılan o dəyərli rəyləri aldıqca daha da həvəslənirəm sanki... Buna görə də burdan hər birinizə, blogumun bütün izləyicilərinə  ayrılıqda təşəkkür edirəm! Zaten siz  olmasaz, bəlkə də mən çoxdan həvəsdən düşüb, artıq blog yazmırdım. Amma siz səmimi fikirlərinizlə zəhmətimin yerdə qalmadığını, buna dəyər verildiyini mənə hiss etdirdiz. Buna görə də sizə çoxlu təşəkkürlər düşür :)

İndi sizlərlə birgə blogumun yeni bir yaşına qədəm qoyuram.  İnşallah bu yaşımız da bol kitablı gözəl günlərlə yadımızda qalar. 



Özünüzə və kitablarınızı yaxşı baxın,
 Bizi izləməyi isə unutmayın ;)


5/25/2013

FMArsal - Yalnız Gözlerin için



İnstagramdan məni izləyən dostlarım bilir ki, bir həftəyə yaxındır Fatih Murat Arsalın “Yalnız gözlerin için” kitabını oxuyurdum. Kitab 776 səhifə olduğu üçün düzü qalınlığı bir qədər gözümü qorxutmuşdu. Bu boyda kitabı necə oxuyaram deyirdim, amma nəhayət ki, dünən oxuyub qurtardım. 

Fatih Murat Arsal Türkiyənin sayılıb, seçilən yazıçılardan biridir. Yazdığı sevgi romanları ilə oxucularının qəlbində  taxt qurmuş bu insanın yazmağa başlamasının da çox qəribə və maraqlı səbəbi var. Deməli, bir gün FMArsal oxuduğu bir kitabı bəyənməyərək “mən bundan daha yaxşı roman yazaram” deyib və öz kitablarını yazmağa başlayıb. İlk əvvəl yazıçı yazdığı kitabları internetdə e-kitab olaraq oxucuların bəyənisinə sunub, e-kitabların bəyənildiyini gördükdən sonra, artıq yeni romanlarını çap etdirməyə qərar verib.

Yazıçının indiyə qədər 7 e-kitabı yayınlanıb.  Kitabların adlarının üzərinə tıklayaraq istədiyinizi yükləyə bilərsiz:

5- Çığlık 

Bu kitabıardan sonra yazıçının yeni romanları nəşr edildi. Oxucular tərəfindən bəyənilərək oxunan Nefretten Sonra Seni Sevmek istemedim kitabları çox qısa zamanda satılaraq tükənmişdi. Hal-hazırda da  "Seni Sevmek İstemedim" təkrar nəşr olunduğu halda, "Nefretten Sonra" kitabı hələ də satışda yoxdur. Yəqin ki, qısa zamanda o kitabı da təkrar nəşr edərlər. 


Mənim oxuduğum isə yazıçının son kitabı “Yalnız gözlerin için”dir. Bu kitabda mavi gözləri,sapsarı saçları və incə bədəni ilə hər kəsi özünə heyran qoyan Güneydən və  qardaşının qatili olduğunu zənn etdiyi hündürboy, çok yakışıklı, sempatik, varlı və bir o qədər də sirli işadamı Tahirdən bəhs edilir. 

Kitab 776 səhifə olsa da demək olar ki, məni heç darıxdırmadı. Hətta Güney və Tahir haqqında bu qədər oxuduğum halda sonda onlardan ayrılmaq istəmirdim.  Məncə bu yazıçının ən  böyük uğurudur. Çünki kitab məndə elə bir təsir yaratmışdı ki, sanki Güney, Tahir mənim çox yaxın dostlarımdı və mən qıraqdan onların həyatın izləyirəm. Sanki kitab bitmiş olsa da onlar hardasa yenə də öz həyatlarına davam edirlər :) 
Tahir və Güney uzun zaman ağlımdan çıxmayacaq maraqlı cütlüklərdən biri oldu mənim üçün)

Kitabın hər səhifəsin görəsən indi nə olacaq deyə böyük həyəcanla oxuyurdum. Çünki kitabda ehtiras dolu, qadağan bir sevgiylə yanaşı gizli qalan hadisələr də varıydı. Düşünün siz qardaşınızın qatili olduğu insana aşiq olursuz və onu öldürəcəm deyə planlar qurarkən gün keçdikcə bu insana daha da çox bağlanır və bütün mənliyinizlə ona təslim olursuz. Əslində çox çıxılmaz bir vəziyyətdir... Bu kitab nifrətlə sevgi arasında qalan bir qadının çətin anlarını, özüylə mübarizəsini bizə çatdırır.

Əslində kitab sevgidən bəhs etsə də yazıçının qələmi insanı heyran qoyur. FMArsal bütün qəhrəmanları ən xırda detalına qədər elə gözəl təsvir edir ki, hətta indi də o qəhrəmanlar yadıma düşdükcə, adları hallandıqca simaları gözümün qabağına gəlir.

Güney, Tahir, Tamer, yunan gözəli Natalia, Doğan, Akın, Gamze, Pınar :) Bunlar kitabın maraqlı qəhrəmanları, mənim isə dostlarımdı. Nə yalan deyim hamısın da çox istəyirəm))

Kitabda diqqətimi çəkən digər bir cəhət isə qəhrəmanların hamısının gözəl və yakışıklı olması idi. Yazıçı Tahiri, onun dostlarını hər bir gənc qızın xəyalındakı kimi qüsursuz təsvir etmişdi. Yəni, o adamlara aşiq olmamaq mümkün deyildi  

Onu da qeyd edim ki, kitabda 18+ hissələri də yazıçı  ustalıqla qələmə almışdı. Yəni kitabı oxuyanda bu hissələr nə adamı tiksindirirdi, nə də narahat edirdi. Sadəcə olaraq filmlərdə gördüyümüz sevgi, o hisslər bu dəfə qələmə alınmışdı.

Kitabdan yadda qalanlar: 

"Aptal adam! Ne işin var terörle, teröristle? Ülkenin sayılı zenginlerinden birisin. Otur işte seksi poponun üzerine! Paranın ve yakışıklılığının tadını çıkar."

Senin gibi insanlar Tanrı rolü oynamayı severler. Öldürmek veya sağ bırakmak... Asker olunca bunu başaracağını düşündüm. Öyle değil mi?

Bulutsuz bir havada bile başıma yağmur yağabilecek kadar şanssızım.

Hiç kurtulamayacağım ve kurtulmak istemediğim derdim oldun...



Xülasə, problemlərinizi unutduracaq, axıcı, romantik, sevgidolu bir romandır.


5/09/2013

Celal ve Ceren


Bugün sizə izləyicilərin bir çoxunun zidd fikirli olduğu “Celal ve Ceren” filmi haqqında yazmaq istiyirəm. Bu film haqqında fikirlərə baxanda görürük ki, filmi bəyənənlər qədər bəyənməyənlər də çoxdu.  Bəyənməyənlərin bu qədər çox olmasına səbəb isə filmdəki zarafatların 18+ olmasıdır. Yəni dostlarla gedib izləməyə yaxşı film olsa da, bir çoxları “Celal ve Ceren”i ailəsiylə, sevgilisiylə birgə izləməyi məsləhət bilmir.

Mənsə bu filmi rəfiqələrimlə birgə izlədim və nə yalan deyim çox da güldüm :D Hətta o qədər güldüm ki, axrı gülməkdən ağladım :D

Recep İvedik karakteriylə hamımızın yaxşı tanıdığı Şahan Gökbakar bu film ile yenə də maraqlı bir iş ərsəyə gətirmişdi. Filmdə gülməli, can alıcı hissələr çoxuydu)))  Filmin ssenarisindən bixəbər olanlar üçün deyim ki, filmdə universitetdə tanış olmuş Celal  ve Ceren adlı cütlüyün sevgisindən bəhs edilir. Bir gün Celal dostunun bekarlıq partisinə getmək istəyir, lakin Ceren icazə vermir. Dostlarının təsirinə düşən Celal da sevgilisini aldadaraq bu partiyə gedir. Sabahsı gün oyanan Celal telefonunda Cerenden 70 dənə mesaj görür :D Bu mesajların  18i küfürlü 22-si belalıdır  :D

Anladığınız kimi aldadıldığını başa düşən Cerenlə Celalın arası dəyir və ayrılırlar. Elə bundan sonra da gülməli hadisələr baş alıb gedir. Cerendən ayrılandan sonra başına gəlməyən iş qalmayan Celal çox peşman olur və Cerenle barışmaq istəyir. Amma Ceren onu bağışlayarmı bağışlamazmı bax onu deyə bilmərəm :))

Bir sözlə gənclərin maraqla izləyəcəyi, bol-bol kahkahalar atacayı əla bir komedi filmiydi) Sadəcə olaraq  bir mənfisi var ki, 18+  vulqar sözlər çoxuydu)  Elə məhz bu 18 + zarafatlara, söyüşlərə görə Türkiyədə bir qrup internet istifadəçisi İMDbdə bu filmə 1 bal verərək “Celal ve Ceren”i 2013-ün ən bərbad filmi seçməyi qarşılarına məqsəd qoymuşdu. Məqsədlərinə çatan bu qrup sonra Şahan Gökbakarın qəzəbinə tuş gəlmişdi və Şahan bu haqda aşağıdakı şəkildə gördüyünüz twittləri atmışdı.

Görünür ki, Şahan bu olayı vecinə almamış kimi görünməyə çalışsa da, filminin bu cür qiymətləndirilməsinə heyfslənibmiş.


 Məncə amma bu gənclərin elədiyi şey bir qədər mənasız hərəkət idi. Bel altı espirilər deyəndə ki,  ABŞın çəkdiyi filmlərin əksəriyyəti bu tip  olur və heç kim də pisləmədən böyük həvəslə oturub izləyir. Mən deyərdim ki,  1 puan verənlərin çoxsu bu  filmə baxıb gülənlərdi. Sadəcə olaraq  onlar "mən intelektual insanam, belə bəsit şeylərə gülmürəm" təsiri bağışlamaq üçün belə bir şeyə qoşulublar. 

Türk filmlərinə, bel altı espirilere karşı önyargınız varsa, 18+ zarafatları xoşlamırsızsa, onda bu filmdən uzaq durun. Amma yox, doğrudan da gülməli bir komediya axtarırsızsa, onda Celal ve Ceren doğru seçimdir.


Sonda filmin ən romantik yeri haqqında yazmaq istəyirəm. 

Celalın Cerenle barışmaq üçün etdiyi konuşma : 

Etle tırnak gibi olduk ya... Etle tırnağız sanki... Ben sanki gözümü ilk açdığımdan beri varmışsın gibi geliyor bana.  Universitete tanışmamış gibi, sanki hep benim hayatımdasın,  hep benim bir parçamsın gibi..   5000lik puzzle düşün kocaman, o puzzle-ı ben yapıyorum, yapıyorum bitiriyorum, bir tane parça yok... bulamıyoruz... çıldırıcağız ya... bulamıyoruz o parçayı...  O parçayı bulmazsan o puzzle bitmiyor ya, işte o ufacık parça senin puzzlenın en değerli parçası anlıyormusun?  Ve eğer  hayatımız kocaman bir puzzlesa, benim hayatım bir puzzlesa, sen benim puzzlemın en değerli parçasısın... en değerli parçasısın anlıyormusun?  Ve benim bu söylediklerimi her kes mutlaka yaşamışdır. Her kesin bir Cereni vardır alıyormusun?... Benim Cerenim de sensin.... 

Düzü bu sözlər mənə çox səmimi və doğma gəlmişdi... Məncə də hamının bir Cereni var... Odur ki, məndən sizə məsləhət, Cereninizin qədrini vaxtında bilib onu incitməyin ki, sonra Celalın gününə düşməyin ;)


Keyifli seyirler :)

5/07/2013

Iron Man 3 / Demir adam 3



Bildiyiniz kimi son zamanlarda hər yerdə anonsu gedən Iron Man 3 nəhayət ki, 2 maydan etibarən  Park Cinemada nümayişə girdi.  Mən də çox gecikmədən bütün dünyada reytinq rekordları qıran bu filmi izləmək üçün cinemanın yolun tutdum :)  

Film nədən bəhs edir deyə qısaca izah edim:

Dəmir adamın çox sayda düşməni var və onlardan ən təhlükəlisi Mandarindir. (Yox, yox gülməyin :D Bu o yeməli mandarin deyil,  filmdəki kötü adamdı :D)

Dəmir Adam indiyə qədər özünü və ailəsini düşmənlərindən qoruya bilsə də təəssüf ki, bu dəfə o, Mandarinin qarşısında nə özünü, nə də sevdiyi qadını qoruya bildi. Lakin sonradan qəhrəmanımz ağlını, zəkasını işlədərək yeni planlar qurdu ve yaratdığı robotlara yeni funksiyalar əlavə edərək əsl mübarizəyə start verdi. 


Filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bircə onu deyim ki, şəxsən mən fimi çooooox bəyəndim. Əgər siz də action, bilim-kurgu janrında filmləri sevirsizsə,  onda "Demir adam 3" dən  də böyük zövq alacaqsız.  3D eynəkləri taxdıqdan sonra insan filmə elə qapılır ki, nəfəsini tutaraq sakitcə filmi izləyib o həyəcanı filmdəki qəhramanlarla birgə yaşayır.

Bu arada aktyorluğun ilk dəfə izlədiyim Robert Dovney Jr.-ə de vuruldum deyə bilərik. Çünki adam həm rolunu çooox gözəl oynayırdı, həm də gülüşü, baxışı filan çox sempatikiydi ♥

Sonda filmin trailerin sizinlə paylaşıram.



Demir Adam 3 məndən tam not aldı, görək sabah İncir reçeli necə olacaq ;)

5/05/2013

Kelebeğin Rüyası


Azərbaycanda hər kəsin, həmçinin mənim də səbirsizliklə gözlədiyim “Kelebeğin rüyası” filmi nəhayət ki, 2 maydan Nizami Kinoteatrında yayımlanmağa başladı.
Bilməyənlər üçün deyim ki, “Kelebeğin Rüyası” Zonguldakda yaşayan və vərəm xəstəsi olan 2 şairin, Rüştü Onur və Muzaffer Tayyip Usulnun həyatından bəhs edir. 1941-ci illərdə II Dünya Müharibəsi vaxtı aclıq və səfalət içində yaşayan, sadəcə olaraq yazdığı şeirləri sataraq çörək pulu qazanmağa çalışan bu gənclərin halı doğrudan da çox acınacaqlıdır.

Düzü filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bugün sizə filmdə gördüklərimdən, bəyənib bəyənmədiklərim haqqında yazmaq niyyətindəyəm.

Film başlayarkən elə ilk dəqiqələrdən Zonguldakın mənzərəli yerləri, kömür mədənləri yaddan çıxmayacaq qədər gözəl və təsirli kadrlar  ilə mənim yaddaşıma həkk olundu. 
Aktyorların rollarını ən mükəmməl şəkildə oynaması və şairlərin bir-birindən gözəl şeirləri də filmi maraqlı və romantik edən əsas səbəblər idi. 



 Yakışıklı çoçuk Kıvanç Tatlıtuğ isə bu film üçün o qədər arıqlamışdı ki, hətta yazığın qabırğaları da görünürdü))) 55 kiloluq Kıvanç öyle oluyormuş demek ki)))  

Oxuduğuma görə filmdəki sırf döyülmə səhnəsinə görə Kıvançı 4 nəfər fiquran döyüb, amma onların heç birini filmin rejissoru Yılmaz Erdoğan bəyənməyib. Siz yaxşı döyə bilmirsiz, mənə başqasını gətirin deyib və elə bu vaxtı da köməyə setdəki təcili yardım maşınının sürücüsü çatıb)) Sürücü Kıvançı ən yaxşı mən döyərəm deyib və döyüb :D Sürücünün atdığı dayakdan son dərəcə məmnun qalan Yılmaz Erdoğan isə filmdə məhz bu səhnələrdən istifadə edib))



Filmə gedərkən yəqin ki,ağlayaram demişdim, amma əksinə bir xeyli gülüb gəlmişəm) Yəqin filmə baxanlar insanı güldürən o səhnələri, o atmacaları xatırladılar :)))
Filmin yeganə çatışmazlığı isə sonunun bir qədər qəribə bitməsi idi, məncə. Heç kim o cür bir son gözləmirdi :(

Bir sözlə,  "Kelebeğin rüyası" doğrudan da izləməyə dəyər film idi :)

Sonda film haqqında onu deyim ki, hal-hazırda Kelebeğin rüyası  42 dəqiqəlik 4 bölümdən ibarət serial kimi hazırlanır. Hazırlanan bu serial da Qazaxıstandan Slovakiyaya qədər 45 ölkəyə satılacaqmış. Kim bilir bəlkə də o ölkələrin içərisində biz də varıq ;)



Filmdən yadımda qalanlar :

Günün birinde ermiş, rüyasında kelebek olduğunu görmüş. Uyandığında kafası karışmış. Kendi kendine şöyle demiş: ‘Ben mi rüyamda kelebek olduğumu gördüm yoksa kelebek mi rüyasında ben olduğunu gördü?’
“Sen çok güzelsin sebepsizde gülebilirsin.”
“aşk, en güzel bahanesidir şiirin.”
“Belki unutmak değil ama, hatırlamamak mümkün.”
Ne kucak açar hatıralar, ne de dönerler gemiler bir daha…”
“Bir güzele güzelliğini hatırlatmak isterdim, aynalardan evvel.”
“Yolcu vedalaşmayı bilecek, yoksa… gölgesi boyunu aşar.”
”En güzelinin bile bir şiirlik canı var”
“Oğlum, azmin değil bir hevesin peşine düşer; her şey biter!”
“Diyecekler ki arkamdan O, yalnız şiir yazardı
Yazık diyecek
Hatıra defterimi okuyan
Ne talihsiz adammış
İmanı gevremiş parasızlıktan..”
“Bütün dünya savaşırken bu kadar güzel olmak doğru mu?”
“Kapalı kaynar tencerem bilinmez, et mi pişer dert mi pişer…”
“Sen kötü şeyleri çok güzel söylüyorsun.”
“Yolcu vedalaşmayı bilecek, kendisi ile bile…”
Bir kızın şiiri beğenmesi şairide beğeneceği anlamına mı gelir?”

Fragmanı:

5/03/2013

Debbie Macomber - Gül Limanı oteli


Debbie Macomber – qadın romanlarının öndə gələn isimlərindən biridir. Onun romanları dünyada indiyə qədər 150 milyondan daha çox satılıb. Bu yazıçının adın “Küçük mucizeler dükkanı” kitabı ilə çox eştmişdim, amma hələ heç bir kitabın oxumaq qismət olmamışdı. Nəhayət bir neçə həftə öncə Ali Ninoda həftənin 70% endirimli kitabları içərisində bu xanımın adın görən kimi kitab haqqında heç bir məlumatım olmasa belə kitabın aldım. Çünki bu Debbie Macomber ilə tanış olmaq üçün gözəl bir fürsət idi :)

Kitabın adı və üz qabığı çox maraqlıdır: Gül Limanı oteli. Bəli, kitab belə adlanır. Kitabı aldığım gün elə oxumağa başlamışdım. O leysan kimi yağan yağışda mən isti evimizdə oturub bu kitabı büyük keyifle oxuyurdum)

Düzü kitab məni heç darıxdırmadı, çünki yazıçının çox axıcı və səlis dili varıydı. Kitab 381 səhifə olsa da, mənə elə gəlir ki, 10 səhifəlik maraqlı bir hekayə oxumuşam. Hətta kitab qurtarandan sonraa “eee gül kimi oxuyurdum da niyə qutardı” da demişdim :)

Kitabda ərinin ölümündən sonra yaşadığı şəhərdən uzaqlaşaraq bir qəsəbəyə köçən və burda otel açan Jo Marie Rose adlı bir xanımdan bəhs edilir. Otelin niyə məhz bu cür adlandığının da özəl bir səbəbi var əslində. 

Kitabda xoşuma gələn fərqlilik o idi ki, kitab bölmələrə ayrılmışdı və hər bölmədə birinin həyatından bəhs edilirdi. Məsəlçün, burda birinci bölmə də otelin sahibi Jo Mariedən, ikinci də otele qonaq gələn Josh və üçüncü olaraq da digər qonaq Abby idi hədəfdə. Bu qonaqların hamısının özünə məxsus problemləri var idi.

Abby bu qəsəbəyə, yəni Sedir Koyuya gəlmək istəmirdi. Çünki o, çox uzun illər öncə burda idarə etdiyi avtomobillə qəzaya uğrayaraq ən yaxın rəfiqəsinin ölümünə səbəb olmuşdu. Məhz bu səbəbdən çox uzaqlara, Floridaya köçən Abby hər kəsdən, hər şeydən qaçmışdı.

Joshun isə bu qəsəbəyə geri dönməsinə səbəb ölüm yatağıda olan ögey atası idi. Josh və ögey atası Richardın araları heç yaxşı deyildi, həyat yoldaşını və öz doğma oğlunu itirən Richard Josha sağ qaldığına görə nifrətdolu gözlərlə baxır, onu yanında istəmirdi.

Gördüyünüz kimi kitabda 3 fərqli insanın maraqlı həyat hekayələri qələmə alınıb. Hətta bu hekayələr o qədər gerçəkci yazılıb ki, kitabı oxuyarkən o hissləri qəhrəmanlarla birgə yaşayıb, onların hüzünlərinə ortaq olursuz.

 Gül limanı oteli - oxuyarkən huzur tapacağınız maraqlı bir kitabdır. 

Mən isə bir daha bu xanım yazıçının endirimli kitabını görsəm fürsəti qaçırmayıb dərhal alıb keyiflə oxumağı düşünürəm...

Çünki o cür axıcı yazının dadı damağımda qaldı =)