4/29/2013

Əli Xəyyam - Deyil



Bugün sizə əvvəlkilərdən fərqli olaraq gənc şairlərimizdən birinin kitabı haqqında yazacam. Blogumu izləyənlər bilir ki, nədənsə daha çox dünya ədəbiyyatından oxuyuram. Bəlkə də öz kitablarımızdan küsməyimə səbəb bizim nəşriyyatların çıxartdığı keyfiyyətsiz kitablardır. 

Əli Xəyyamın "Deyil" kitabın da mən almamışam, sadəcə olaraq dostlarımdan Aynurun paylaşdığı bir şeir marağımı çəkmişdi və mən yazıçını başqasıyla səhv salmışdım :)))
Yazıçının adı Əli Xəyyamdı, məndə ki, yuxulu olmuşam deyəsən, ona görə yanlışlıqla Ömər Xəyyam oxumuşam :D 

Sağ olsun Aynur kitabı mənə oxumağa verdi.  Kitab dediyim 72 səhifəlikdi və içində maraqlı şeirlər var. Amma bu siz bildiyiniz şeirlərdən deyil, əzizlərim :)


 Demək olar ki, bu şeirlərin qafiyəsi filan yoxdu. Ədəbiyyatdan məlumatım olmadığı üçün bu üsluba nə deyildiyin bilmirəm, amma kitabda yapon şeir forması olan “hokku” üslubunun varlığından xəbərim oldu. Sən demə bu misralar hokku üslubu sayılır:

Sən gələndə ağac idim,
Sən getdin kitab oldum.

Ümumi kitab haqqında onu deyim ki, içində maraqlı misralar vardı, amma nə yalan deyim mən daha çoxun gözləyirdim.  Bu kitabı oxuyandan sonra Əlinin "Kitab oxumaq nədir? " deyə bir çıxışın izlədim, onda başa düşdüm ki, bu insanda yazdıqlarından daha çoxu var. Hələ tam olaraq istədiyi kimi yazmır, əminəm ki, bu yazdıqlarından qat-qat yaxşısın yaza bilər. Sadəcə olaraq bir az zaman lazımdır. Yazıçının özünə hörmətim sırf bu çıxışına görə birə-on artdı, inşallah 2-ci kitabın da alıb oxuyacam. 

Əli Xəyyam artıq 2 kitab müəllifidir. Biri mən oxuduğum "Deyil", digəri isə "Yozumsuz Yuxuların Sabahı".  Bir dənə də şeir albomu var, o da "Xamuş" adlanır. İnternətdən hər biri haqqında ətraflı məlumat ala bilərsiz.

Buyurun bu da kitabdan misralar: 



Ey hamının bir-birini pilləkan kimi gördüyü şəhər....



Ümidxanamı bir şərəfsizin yanğınında itirdim mən....

Sonda onu da deyim ki, Əli Xəyyamın "Kitab oxumaq" haqqındakı videosuna bura tıklayaraq baxa bilərsiz. Çıxışda çox gözəl fikirlər varıydı. Təkrar-təkrar qulaq asmaq istəyir insan..

Videoya baxmağa vaxtı olmayanlara çox bəyəndiyim, mənə maraqlı gələn bir rəvayəti yazmaq istəyirəm. 

Rəvayətə görə ilk sual Cənnətdə ilan Həvvaya yaxınlaşıb ona almanı verdiyi zaman yaranıb. İlan almanı Həvvaya uzadıb və deyib ye bunu. Beləliklə Həvvanın beynində ilk sual yaranıb: Yeyim ya yox??? Baxın məhz sual işarəsi də buna görə ilan formasındadır. İşarənin aşağısındakı nöqtə isə o almadır...

4/13/2013

PuCCa - Allah beni böyle yaratmış


Puccanın kitabları haqqında yadınızdadırsa, burdakı burdakı yazımda sizə bəhs etmişdim. Bu serinin 3-cü kitabı isə "Allah beni böyle yaratmış"dı. 3-cü kitab olmasına baxmayaraq, Pucca burda daha çox universitetdə oxuduğu zamanlardan, o vaxt sevdiyi Ankaralı gəncdən yazıb. 

Düzü bu kitab məni digərləri qədər güldürmədi, əksinə bir az üzüb, bir az da hirsləndirdi. Kitabı oxumayanlara deyim ki, Puccanın dəlicəsinə sevdiyi oğlan Ankaralı tam bir ayıdı :D Yəni, zarafatsız oğlan o qədər kobud, qıza qarşı duyarsızdı ki, düzü mənə bir nəfəri xatırlatdı. Bəlkə də sırf buna görə kitabı oxuyub qurtaranda üzümdə heç bir təbəssüm yox idi. Fikirləşin, o oğlan Puccanı döyüb öldürsə, günlərlə axtarmayıb maraqlanmasa belə qız onu yenə də çox istəyirdi. Hətta ayrılmamaları üçün bir dəfə evini belə yandırmışdı. Sırf oğlan peşman olub geri qayıtsın deyə. Bəlkə də indi bəziləriniz deyir ki, bu qızın ağılsızlığıdır, ağlı olardı eləməzdi, amma aşk işte... İnsana neler yapdırmıyor :

Bu kitabı digərləri qədər çox sevməsəm də, digər 2 kitabı oxuyub bəyənənlər bunu da oxumağı unutmasın. Nə də olsa, bu serinin sonudur..

Sonda kitabdan bəzi hissələri sizinlə paylaşıram:




 Puccadan onu tərk edib gedən bütün sevgililərinə Son Söz....


  Sonda qısaca o biri kitablardan xəbərsiz olanlara deyim ki, Pucca ayrıldığı sevgilisini biabır etmək üçün açdığı blogla, öz yazıları ilə məşhurluq qazanmış, sonra isə həyatını kitab olaraq yazmış bir xanımdır. Kitablarını çox səmimi və vulqar sözlərlə yazan Pucca qısa zamanda çox böyük bir oxucu kütləsi qazandı. Yazdıqları ilə onu sevənlər də oldu, nifrət edənlər də... Bu tip kitablar, yəni bloggerlərin yazdığı kitablar son illər Türkiyədə yaman məşhurdur, əyləncə xətrinə oxuna biləcək kitablardır, amma mən belə kitablara pul verməyinizi məsləhət görməzdim, çünki sonda pula heyfiniz gələ bilər. Amma əgər kimdəsə bu kitabı görsəz, alıb bir vərəqləyin. Ya da mənim kimi pdf oxuyun.

 Korsan kitab tərəfdarı deyiləm, amma neyniyək tələbə büdcəmiz hər kitabı almağa müsait deyil :)

Pucca 1. Küçük aptalın büyük dünyası YÜKLƏ
Pucca 2. Ve geri kalan her şey YÜKLƏ
Pucca 3. Allah beni böyle yaratmış YÜKLƏ 

Yüklə sözünə klikləyərək kitabları yükləyə bilərsiz. Hər kəsə keyifli oxumalar :)

4/10/2013

Kahraman Tazeoğlu - Bambaşka



Çoxdandır heç bir kitab haqqında yazmıram deyə özümü lap bir təhər  hiss edirdim. Amma nəhayət bugün sizə çooox bəyəndiyim bir kitab haqqında yazıram.

Kahraman Tazeoğlu – yazdığı kitablar və şeirlər ilə özünə böyük bir oxucu kütləsi qazanmış, aşkla bağlı kitab oxumağı sevənlərin, romantik oxucuların bir nömrəli yazıçısıdır.  

Kahraman Tazeoğlunun “Yarım Sevgili” şeirin ilk oxuduğum andan o qədər çox bəyənmişdim ki, bəlkə indiyə qədər o şeiri azı 10 dəfə təkrar-təkrar oxumuşam.  Bir şeiri bu qədər gözəl yazan birinin görün yazdığı kitablar necə olar?! (Yazımın sonunda həmin şeiri oxuya bilərsiz)

Tazeoğlundan oxuduğum ilk kitab “Bambaşka” oldu. Elə ilk səhifələrindən məni xatirələrə aparan bu kitab doğrudan da çox fərqli, çox səmimi, çox içdəniydi. 

Kitabı ödünç aldığım üçün xoşuma gələn hissələrin altından xətt çəkə bilmirdim və sırf buna görə mən də tənbəllik eləməyib xoşuma gələn hər cümləni qeyd dəftərçəmə köçürdüm. Elə maraqlı oldu ki, bu kitabı oxumaq. Bir az kitabı oxuyur, sonra dayanıb bəzi şeyləri, yazıçının dediklərini, öz yaşadıqlarımızı və qulağımda səslənən mahnıların sözlərini düşünürdüm... 

Kitabı oxuyanda arada bir gözlərim doldu, üzüldüm, amma yenə də özümü toparlayıb oxumağa davam etdim.
"Bambaşka"dan seçdiyim hissələr dəhşət çoxdur, onların bəzilərini şəkillərlə, bəzilərini isə sadəcə yazaraq sizinlə bölüşmək istəyirəm.

 Sensizlikde küçük mutluluklara büyüteçle bakmayı bildim...

Bence aşk karşındaki insan çırılçıplakken bile gözlerini onun gözlerinden ayırmamakdır, sevgili...

Şimdi gözlerimizin her çarpışmasında kırılan kalbimin parçaları hayatıma batıyor, bilyor musun?...

O kadar farklıydık ki, bir birimizden ve aşk o kadar aynı yapıyordu ki, bizi... Zamanla ben sana, sen de bana benzemeye başladın. İçimizde felakete benzer bir ümitle, tanıdık bir uçurum kenarında uyuyorduk; bir gün düşüceğimizi bile bile... O kadar eksikti ki, hikayemiz, bitip bitmediğini anlayamıyorduk...


 Aşk çabuk tükenir, bu yüzden Sevgililer günü en kısa aydadır. 

Hoşlandığım bedene hayalimdeki ruhu yerleştirmekti benim hatam... Ya o ruh o bedene sığmadı, ya da o beden o ruhu taşıyamadı... 

Kalabalığım çok, insanım yok...

Aşkın kölesi olmayı bildiğim kadar, ayrılığın da efendisi olmayı bilirim! ...



Kitabda çox maraqlı qısa hekayələr də var idi. Qısa olmasına baxmayaraq bu hekayələr də çox  təsirliydi. 

Məncə bu yazıçının azı bir kitabını mütləq oxuyun. Amma əgər unuda bilmədiyiniz xatirələriniz varsa və ya nəyisə unutmağa çalışırsızsa, ya da ümumiyyətlə romantik biri deyilsizsə, onda bu kitabdan uzaq durun. Çünki kitab sizi çox uzaqlara, bambaşka bir dünyaya aparacaq...

Sonda həddən artıq çox sevdiyim “Yarım Sevgili” şeirin sizinlə bölüşmək istəyirəm. 

Yalnızca içi yıkılmış bir bina gibi duruyorum ayakta. 
Elimin tersiyle siliyorum dudaklarımdaki izini. 
Gözlerimden iki damla acı süzülüyor. 
Zaman içinden nasılda yaralı çıkarıyor bizi.
Sahil sahil, kıyı kıyı, cadde cadde seni topluyorum bu şehirden…
Giderken…
Kaçmıyorum sevgili.
Kaderden kaçılmaz,kadere gidilir.
Ve gitmekten çok, dönmek cesarettir.
Sonduk,yeniktik,bittik.
İçimde hiç düşmeyen bir kan ateşi.
Kalbimden çıkardım bütün terk edilmişlikleri.
Geriye kalabalık bir yalnızlık kaldı sanki.
Gözlerim kendi pırıltısında unuttu ışığını.
Söyle sevgili;
Hiçbir şeyi olmayandan nasıl çaldın her şeyini?
Ey kendi kalbiyle oynayan çocuk!
En çok yarım kalmak yorar insanı.
Gidişin bile yarım… İçimde ağır aksak yürüyen bir ihtiyar gibi.
Kalem kelime kusar; aşk içimde kendi kuyusunu kazar.
Gece, kendini mermi gibi içime saplar.
İnsanın ağlarsa kalbi ağlar, gözleri yalan ağlar.
Benim yarım gidişli sevgilim!
Şimdi nasıl başlar geri dönmek dediğin?
Bilirim, kavuşmalar yeni ayrılığı hızlandırır bazen.
Razıydım yine de… 

Uzatım da ellerimi… 
Senin yüreğin el vermedi.
Sen yoksan ben neden varım?
Neye yarardım?
Şimdi yağmurlar ıslanıyor gözyaşlarımla.
Duruladım kalbimi yalnızlığımla.
Sahil sahil, kıyı kıyı, cadde cadde seni topluyorum bu şehirden…
Giderken…
Kendimi bekleme yorgunuyken, şimdi aciz kalbim yıkım emrini bekler.
Ve tanığıdır bütün aşkların şairler.
Oysa sana kullanılmamış bir ben sunmuştum.
Yaşama kuruyup, ölüme yeşerirken…
Ben ölürken ayağına dolanacak bir şiir yazdım sana.
Her kelimesi seni tökezletecek…şimdi git…Git!
Gidişi de kalışı gibi yarım sevgili…
Yokmuş işte!
Hayat üstümü vermedi…