3/31/2013

Çekilişlerden kazandıklarım :)


Bu həftə mənim üçün lap hədiyyələr həftəsi oldu. Çünki qazandığım kitablar nəhayət ki, ayın son günü gəlib mənə çatdı. Kitablardan birini Kitap aşığı adlı blogda keçirilən çekilişdə qazanmışdım.




 Sağ olsun, Tuğçe xanım kitabla bir yerdə zərli qələmlər və çox şirin, ürək formasında yapışdırıcı kağız da göndərmişdi. Doğrudan da kitabla bir yerde bu balaca hədiyyələri görəndə çooox sevinmişdim :)


Hədiyyələrə görə Tuğçe xanıma bir daha çox təşəkkür edirəm :)



Qazandığım kitab "Sen Kimseyi Sevemezsin" adlanır  Karen Hawkinsin qələmiylə hələ tanış olmadığım üçün kitab mənə çox maraqlıdır :)




İkinci hədiyyəm isə "İmza kızın" adlanır və bu kitabı müəlliflərdən biri olan Banu Özkan mənim üçün imzalayıb :) Bu hədiyyəni və imzalı kitabı təşkil etdiyi üçün Soran Anne blogunun sahibəsi Çiğdem Özdemire sonsuz təşəkkürlər :)




İnşallah bir gün sevdiyim bütün yazıçılardan belə imzalı kitab ala bilərəm :)

 Mənə elə gəlir ki, "İmza Kızın" dolu gözlərlə oxuyacağım bir kitab olacaq. Onsuz da ailə münasibətlərinə qarşı həddən artıq çox həssasam, bu kitab da atalar və qızları haqqında olduğundan məncə mənə çox təsir edəcək. Kitabın arxa qapağında yazılanlardan da bunu anlamaq olur. 




Almaniyadan gelen mutluluk

Evimizə gələn ikinci poçt kartım Almaniyadan oldu! Bu kart mənə doğrudan da sürpriz idi, çünki göndərən xanımla heç əlaqə saxlayıb əvvəlcədən danışmamışdıq. 
Şəkillərin üzərinə klikləyərək böyük ölçüdə baxa bilərsiz. 

 Kartın üzərində gördüyünüz şəkil Alman rəssam və şairi Carl Spitzwegin çəkdiyi "Kasıb şair" adlı tablosunu əks etdirir. Tablo 1839-cu ilə aiddir. 



Hannelore adlı xanım kartın arxasına 1979-cu ildə Bakıda, İrəvanda və Tiflisdə olduğunu qeyd edib və məndən Bakıyla bağlı poçt kart istəyib :) 

Düzün deyim ki, xanımın xətti yaxşı olmadığından ünvanını tam oxuya bilmirəm, amma yəqin ki, ünvanı dəqiqləşdirib mən də qəşənq bir poçt kart göndərəcəm.


Alman poçt markaları isə bunlardır :) 

İtaliyadan gelen mutluluk :)

Bu yazımda sizə Postcrrossing.com haqqında yazmışdım, bugün isə mənə gələn ilk poçt kart haqqında yazmaq istəyirəm. Səbirsizliklə gözlədiyim ilk kartım İtaliyadan gəldi :)

Şəkillərin üzərinə klikləyərək daha böyük ölçüdə baxa bilərsiz.



Kartın üzərində gördüyünüz körpü italyanca Viadotto Soleri Cuneo adlanır. Dostum İtaliyanın şimal-qərbində yerləşən Cuneo şəhərində yaşayır və bu körpüdə orada yerləşir. 


Yazılı post kartları doğrudan da çox sevirəm.


Bu da İtalyanın poçt markaları :) 

3/26/2013

Pucca ve geri kalan her şey



Puccadan bundan qabaqkı yazımda sizə bəhs etmişdim.

Bu kitabda da birincisində olduğu kimi Pucca hər şeyi bütün çılpaqlığı və əlbəttə ki, vulqar sözləri ilə birlikdə qələmə almışdı. 

Düzün deyim ki, bu kitabda məni güldürən şeylər daha çox oldu. Hətta gözümdən yaş gələnə kimi iki qat olub o qədər gülmüşəm ki :)

Puccanı oxumaya başlayandan evdə ən çox eşitdiyim söz budu: Nəyə gülüsən yenə?)  

Nəyəsə kahkahalar ata-ata gülürəm, amma üstündən bir saat keçəndən sonra nəyə güldüyüm az-maz yadımda qalır. Cem Yılmaza baxanda da elə oluram. Otururam baxıram gülürəm gülürəm, day gülməkdən ağlıyıram, amma axırda bir-iki dənə replik yadımda qalır) Deyəsən bu mənim huşsuzluğumdan irəli gəlir :) 

 Kitab haqqında bircə onu deyim ki, çox yüngül, bir günə oxuyub qurtara biləcəyiniz bir kitabdı. Kitab deyəndə Dosteyvskinin əsərlərini filan ağlınıza gətirməyin, çünki bu sadəcə olaraq gənc bir qızın günlüyünün kitab halına salınmış  formasıdır. 

Bu kitabında Pucca daha çox Cerri adlı yeni sevgilisindən yazıb. Bu  yazımda Puccanın şəklin sizinlə paylaşmışdım, bu dəfə isə o məşhur Cerrinin üzün sizə göstərmək istədim. Buyurun, qarşınızda Pucca və Cerri cütlüyü)) ta ta ta taaaam!



Düzün deyim ki, Cerrini heç belə təsəvvür etmirdim :))

Puccanın yazdıqlarının ən azı birini yaşayan, onun kimi düşünən qızlar olsa da, bunu etiraf edən çox az adam var. 

Qısa zamanda Puccanın 3cü kitabı "Allah beni böyle yaratmış"ı oxumağa başlayacam . Deyilənə görə o kitab daha çox duygusaldı. Çünki orda Pucca daha çox uşaqlığından, ailəsindən və 4 ilə yaxın bir yerdə olduğu Ankaradakı sevgilisindən yazıb…

Birinci yazımda deydiyim kimi bu cür kitablara pul verməyə əlim gəlmir. Ona görə siz də kitabı burdan yükləyib oxuya bilərsiz. https://docs.google.com/file/d/0BwbKyGwd72uwTUtmbEUwRTJtRzQ/edit


Bu arada onu da deyim ki, bu il, yəni 2013-də Puccanın filmi çəkiləcək. Pucca baş rolda "Bugün ne giysem" verlişindən bir çoxumuzun yaxşı tanıdığı Özge Ulusoyun oynamasını istəsə də, oxucuları filimdə elə baş rolu Puccanın özünün oynamağının tərəfdarıdır. 

Məni bu qədər güldürdüyünə görə bu kitaba 5 düşür :)))


3/25/2013

PuCCa - Küçük aptalın büyük dünyası



PuCCa – İnternet dünyasının fenomeni!

Blog dünyasının məşhur qızıyla nəhayət mən də tanış oldum :)

Pucca 2 il bundan qabaq sırf ayrıldığı sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı.

Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə qalmağı bacardı. Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =)

Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =)

Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də, düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını daha yaxşı başa düşür.
 Uşaq vaxtı anası tərəfindən başqa bir kişiyə görə tərk edilmiş, ögəy atası tərəfindən döyülüb söyülərək böyüyüb, ana sevgisindən məhrum olmuş gənc bir qızdan söhbət gedir.
 Əlbəttə ki, ata sevgisi görməyən qızlar həmişə hər hansı bir oğlanı özü üçün ideallaşdıraraq, onu atasının yerinə qoyub həmin oğlanın sevgisinə sığınır. Məncə məhz Puccanın dərdi də belə idi. O hər dəfə birinə inanıb, ona sığınanda, tam həyatımda hər şey yolundadır deyəndə gözlənilmədən sevdikləri tərəfindən tərk edilirdi!
 Puccaya corab dəyişən kimi sevgili dəyişən biri kimi baxmaqdansa, onun uşaq vaxtı yaşadıqlarını nəzərə alıb bugün yaşadıqlarını anlamaq lazımdır məncə.

Düzün deyim ki, doğrudan da kitab mənə çox ləzzət elədi. Argo sözlərlə çox sadə şəkildə yazılmasına baxmayaraq oxuyarkən məni güldürən, düşündürən, maraqlı kitab oldu. Necə deyərlər, kanım ısındı bu Puccaya :) Şəkildə gördüyünüz hatun da Puccanın ta kendisidi)

Diqqət! Diqqət! Axtunq! Axtunq! :D
Kitabı metroda, avtobusda oxumağınız məsləhət görülmür, yoxsa oturduğunuz yerdə mənim kimi gülmə krizlərinə girə bilərsiz. Mənim başıma gəldi də, ordan bilirəm :D

Puccanı daha çox qızlara məsləhət görürəm, amma argo söz filan oxumaq sizi narahat edirsə, onda bu kitabı unudun getsin :)


 Düzdür, bu cür kitabları pul verib almağa ürəyim gəlir, amma Puccanı merak edənlər kitabı pdf olaraq yükləyib oxuya bilərlər. 
https://docs.google.com/file/d/0ByWu3WXDjM7gcGlZM2RfekhpYzQ/edit Bura klikləyib kitabı yükləyə bilərsiz...

Məncə hər kəs Puccada və onun sevgililerində az da olsa öz həyatından bir şeylər tapıb doğrudan da niyə belə olur deyə öz-özünə düşünəcək...

Bəlkə çoxları məni qınayacaq, amma mən bütün argoluğuna baxmayaraq bu kitaba 5 verirəm.
Tətil vaxtı əyləncə üçün oxuya biləcəyiniz keyifdolu bir kitabdı! :)







 

3/20/2013

Novruz Bayramınız mübarək :)


Nəhayət ki, səbirsizliklə gözlədiyim yaz gəldi)

Yazın gəlişi, Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm, dostlar! Artıq kələm kimi üst-üstə geyindiyimiz günlər geri də qaldı) Şükür Allaha)

Soyuq hava sevən biri olmadığım üçün Novruz bayramı gələndə uşaq kimi sevinirəm :) 
Novruz demək mənim üçün havaların isinməsi, ağacların çiçək açması, hər yerin, hətta insanların belə gözəlləşməsidir. 
Mənim yerim ümümiyyətlə qış fəsli olmayan ölkələr olmalıydı deyəsən)) Heyif deyil yaz =)
Rəngarəng t-shirtlər, şalvarlar, krassovkalar))) 

İnşallah bu yaz, bu yeni il hər birimizə ancaq bir-birindən xoş günlər yaşadar, əzizlərim!

Atilla demiş, Novruz bayram nübarək!))) 

3/16/2013

Başı dumanlı Bakım ♥

Son günlərdə başı dumanlı Bakımızın otağımdan çəkdiyim görüntüləri  :)
Şəkillərin üzərinə klikləyərək daha böyük ölçüdə baxa bilərsiz)



Şəkildə gördüyünüz kompleksi tanıdınız? Bəlkə hələ tanımayanlar var, amma bu Bakıda tikilən müasir mədəniyyət mərkəzi Heydər Əliyev Mərkəzidir :)

Kompleksin memarı isə dünya şöhrətli memar Zaha Hadi adlı xanımdır. Tikintisə 2007-ci ildə başlanan kompleksin açılışı isə Eurovision qabağı, 10 may 2012-ci il tarixində olmuşdur.



Follow my blog with Bloglovin

Kargoyla gələn mutluluk :)


Yadınızdadırsa, hələ bu yazımda poçtalyonun qapınıza gəlib sizə bir məktub və ya bir hədiyyə gətirməsinin insana necə sevinc dolu anlar yaşatdığından az-çox danışmışdım. Nəhayət, bugün bu sevinci bir daha yaşamaq mənə qismət oldu.
Çünki səbirsizliklə gözlədiyim, Jo Nesbonun yeni nəşr oluna kitabı "Nemesis"  evimizə qonaq gəldi =) 

P.S: Qonaq gəlir yerin elə dedim ki, lap yadımda "evimizə gəlin gəlir" mahnısı düşdü. Evimizə gəlin gəlir, sığallayıb telin gəlir, görüşünə elim gəlir heeeey :))) )

Nəysə, mən mahnıya qulaq asıb yerimdə oynuyub lap toya getmək istədim, amma  indi yeri deyil, keçək mətləbə)

Deməli, Nemesis kitabını  sssuigenerisss blogunda olan çekilişdə hədiyyə qazanmışdım. Düzü kitabı qazanacağım heç ağlıma gəlmirdi, amm görünən o ki, həmin gün şanslı günümdəymişəm =) Yoxsa ki, mən hara, belə bəxt hara :)


Sonda Kitaba görə Kitap oburlarına,  Doğan Kitab evinə də sonsuz təşəkkürlər. Əziyyət çəkib kitabımı taaa Bakıya qədər yolladılar :)

Kitab haqqında:

Dünyada romanları 15 milyon satan İskandinav polisiyesinin 1 numarası

JO NESBO

İntikam arındırır

Çağdaş polisiyenin en etkileyici başkahramanlarından Harry Hole ile tanışın

Osloda bir banka soygunu sırasında banka görevlisi öldürülünce, Dedektif Harry Hole soruşturmaya dahil olur. Harry, hiçbir iz bırakmayan soyguncunun peşindeyken, eski kız arkadaşı Annanın yemek davetini kabul eder. Akşam yemeğinin ertesinde kendi evinde uyandığında, son 12 saatte neler olduğunu anımsayamadığını fark eder. Anna ertesi gün ölü bulunur, çok geçmeden o geceden haberdar olan biri Harryyi tehdit etmeye başlar. Harry Hole hem kendini temize çıkarmak, hem de devam eden banka soygunlarını durdurmak zorundadır.

Nesbonun romanları çılgınca bağımlılık yaratıyor.
Vanity Fair

Yeni Stieg Larsson.
Independent

Endirimdə aldığım Kitablar



Novruz bayramının astanasında hamınızı xoş gördük :) Bu aralar başım dərslərə, bayrama görə evdəki hazırlıqlara qarışdığından kitablarımdan da, blogumdan da bir az ayrı düşmüşəm, amma inşallah qovuşmağımıza az qalıb :))

Bugünkü yazım son zamanlarda aldığım endirimli kitablar haqqında olacaq.

 Bakumozun sevgililər günündəki kampaniyası və Ali & Ninonun hər həftə keçirdiyi 70 % endirim kampaniyası bu aralar əməlli başlı üzümü güldürüb. Hətta nə yalan deyim Ali və Ninonu  artıq sevməyə də başlamışam))
 Sözü çox uzatmadan son günlərdə aldığım kitablara keçirəm:  


Bu kitabın kapağına bayıldım desəm yeridir. Ümumiyyətlə son zamanlarda DEX yayınları çox maraqlı kitablar çap edir və hamısının da üz qapağı bir-birindən qəşənqdir. Adam istəyir bütün kitabları alıb oxusun)) Maraqlısı isə odur ki, bu kitabların əksəriyyəti fantastik mövzuludur. İnanıram ki, Yerkara sevəcəyim, bəyənərək oxuduğum kitablardan biri olacaq. 


Yuxarıda gördüyünüz Frederik Nitşenin "Kişi nasıl kendisi olur" kitabı isə mənim sevgililər günü hədiyyəmdi) Yox, yox, o dəqiqə bəxtəvərləməyin) Yerkara kitabını Bakumozdan 14 fevral kampaniyası vaxtı aldığım üçün bu kitabı da hədiyyə olaraq qazanmışdım) 
Artıq kitabı oxumağa başlamışam, hələ ki, maraqlıdır. İnşallah qısa zamanda kitabı bitirb fikirlərimi sizinlə bölüşəcəm. 


Nəhayət sıra gəldi Ali & Nino-dan aldığım 70 % endirimli kitablara)
Paulo Coelhonun bu kitabı 11.40 AZN olduğu halda, mən bu kitabı endirimdə təxminən 3 manata almışdım) Belə bir vəziyyətdə nə qədər sevindiyimi həralda təxmin edə bilirsiz) Doğrudan da göydən düşmə bir fürsət olmuşdu mənim üçün)

Agatha Christie - Bu kitabı 70% endirimdə görəndə çox təəccüblənmişdim. Bir az çətin olsa da, sonunda  kitabı endirim vaxtı almaq qismət oldu) Təşəkkürlər, Ali & Nino) Nəhayət ki, mənim də kitabxanamda Agatha Christienin özünə məxsus yeri olacaq. Bu kitabı oxumaq üçün rahat bir vaxt gözləyirəm. Bu cür maraqlı kitabları elə belə oxuyub heyif edə bilmərəm :)


Düzü belə bir kitabın varlığından xəbərsiz idim. Kitabı bu həftə endirimdə görəndə arxa səhifəsində  yazılanlar diqqətimi çox çəkmişdi. Buyurun, bu da Guillaume Mussonun "Seni bulmaya geldim" kitabından diqqətimi çəkən o sözlər:

Bir erkek, bir kadın, bir çocuk.
Uçurumun kenarındaki üç insan.
Yolları kesişen, birbirini hem sevip hem yıkıma sürükleyen üç kişi.
Geriye dönüşü olmayan noktayı geçtiler mi?
Her şeyi değiştirebilmeleri için 24 saatleri var.
Peki ama, aşk ölümü alt edebilir mi?
İnsan hep zamanı olduğunu sanır, ama gün gelir, geriye dönüşü olmayan noktayı aştığını, artık geriye dönmenin mümkün olmadığını fark eder. Zaman varken yaşamak için, sevmek için acele edin. Fırsat ellerinizin arasından kayıp gidebilir…


Bu kitab da Ali ve Ninoda bu həftə endirimə qoyulan azərbaycan dilindəki kitabdır. Nə əcəbsə, bu dəfə Klassik kitablardan qoymamışdılar) Əslində Qanun nəşriyyatının kitablarını oxuyanda tərcüməyə, redaktə səhvlərinə  əsəbləşdiyimdən almağa üstünlük vermirəm. Hətta çox vaxt kitab lap 1 manat olsa da almıram. Amma nədənsə bu kitab marağıma səbəb oldu və almağa qərar verdim. Görək Firudin Ağazadənin tərcüməsi oxumağa dəyərdir ya yox :)

Gördüyünüz kimi bunlar da son zamanlarda aldığım kitablardı. Oxunası kitablarımın sayı gündən-günə daha da artır) Tü-tü-tü Maşallah deyim, sonra öz gözüm dəyər) Fazla kitab nəyə zərərdir ki guya)

Necə deyərlər, 
 Kitab nə qədər çox olsa basılmaz Vətən :)))

İndi isə hələlik, dostlar. Hamınıza bu həftə sonunda xoş istirahətlət arzulayıram :)

3/04/2013

Kitabxanam Mükafata layiq görüldü!



Bəli, bəli, başlıqda düz oxudunuz :)

Kitabxanam, yəni sevimli blogum daha bir yaşı olmadan, heç gözləmədiyim bir anda mükafata layiq görüldü.

Son zamanlarda həmvətənlilərimlə yanaşı, türk blogger dostlarımın da bloguma olan marağı məni çox sevindirir.

 Mahn blogunun sahibi Mustafa Şahinin “Takip ettiğim tek Azeri bloga bir ödül vermek istiyorum. Sayenizde Azericeyi de sökmeme pek bir şey kalmadı. :)" deyərək blogumu mükafatlandırması isə bu sevincimi birə on artırdı.

Bu mükafatı mənə layiq gördüyünə görə Mustafa Şahine sonsuz təşəkkürlər.

Hərhalda türkcə olan bir-birindən maraqlı bloglar arasından seçilib yazılarımla özümə yer edə bilmişəmsə, bu sözləri yaxşı bir bloggerdən eşidirəmsə, deməli burda nəsə var və doğrudan da yazmağa dəyər :) 

P.S: Əgər siz də blogumu bəyənirsizsə, onda xahiş edirəm bunu burda qeyd etməkdə tənbəllik etməyin və ya rəy yazmaq istəyirsizsə, çəkinməyin :)

Çünki yazdıqlarımın oxunulduğunu, qiymətləndirildiyini görmək, sizin fikirlərinizi almaq mənim üçün əziyyətimin qarşılığını görmək deməkdir.

3/02/2013

Türkiyədən gələn Mutluluk :)

Uzun müddətdən sonra yeni xəbərlər ilə yenə də qarşınızdayam :)

Dərslər başlayannandır başım o qədər qarışıb ki, burda nəsə yazmağa heç cür vaxt edə bilmirdim. Nəhayət ki, bugün şeytanın ayağın sındırıb çoxdandı yazmaq istədiyim yazını yazıram.

"Blog sənə nə verdi?" deyə məndən soruşsalar, çox güman ki, verəcəyim ilk cavablardan biri mənə yeni dostlar, tanışlar qazandırdı olardı. Blog vasitəsilə tanıdığım o gözəl insanlardan biri də Merve xanım oldu.

365 Günlük blogunu uzun müddətdir ki, sevərək oxuyurdum. Bir gün Merve xanıma blogunda "Azərbaycanda Türkiyədəki kimi qəşənq əlfəcinlər (kitap ayraçları) tapmaq çox çətindir, kaş bu ayraçlar mənim olaydı" dedim, Merve xanım da öz cömərdliyini göstərib o güzelim kitap ayraçlarını mənə hədiyyə göndərdi. 

Qeyd edim ki, bu mənə xaricdən gələn ilk hədiyyə idi və mənim üçün doğrudan da çox dəyərli oldu. 
Merve xanımın göndərdiyi kart postları və yazdığı o  məktubları həmişə saxlayıb, hətta özümlə cehiz aparmaq fikrindəyəm desəm yalan olmaz :))) 
Zərfin içərisindəkiləri artıq şəkillər vasitəsilə sizinlə bölüşmək istəyirəm.





Hədiyyələr üçün, kitap ayraçları üçün Merve xanıma sonsuz təşəkkürlər. 
İnşallah mənim də Merve xanıma göndərdiyim hədiyyələr ona çatdıqdan sonra şəkillərini sizinlə paylaşaram. Məncə, Azərbaycanımızı təmsil edən maraqlı hədiyyələr seçmişəm  :)