2/28/2013

Sadece aptallar 8 saat uyur!

Bugün sizə “Dünyanın ən ağıllı insanı” olduğunu düşünən və hətta Notarusda belə bunu təsdiqlədən bir yazıçı haqqında yazmaq istəyirəm. Yazarın adı Erdal Demirkırandır. 2002-ci ildən bu yana yazmasına baxmayaraq artıq yazıçının 9 kitabı nəşr olunub.

2/26/2013

Sabahattin Ali - Kürk Mantolu Madonna

Salam, sevgili kitabsevərlər!
 Bugün sizə Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Sebahattin Ali və onun məşhur “Xəz paltolu aadonna” (Kürk mantolu Madonna) romanı haqqında yazmaq istəyirəm.  

Sabahattin Ali 1907-ci ildə Türkiyənin Gümülcine vilayetində, indiki Bolqarıstan ərazində anadan olub.

Başarı Üniversitesi / Mümin Sekman

 "Başarı Üniversitesi" kitabı imtahana hazırlaşan məktəblilər və abituriyentlər üçün nəzərdə tutulub. Kitabda  aşağıdakı məsələlərə aydınlıq gətirilir:

2/14/2013

Oğuz Atay və Sabahaddin Ali Hekayələri (PDF)

 Səsli romanlar, hekayələr haqqında yəqin ki, çox eşitmisiz. Mən də bugün məhz qulaq asdığım iki hekayə haqqında yazmaq istəyirəm. Birinci hekayəm "Demiryolu hikayecileri - Bir rüya"  adlanır.
Hekayə 1976-1977-ci illərdə Oğuz Atay tərəfindən qələmə alınıb. Əslində Azərbaycan oxucusu Oğuz Atayı daha çox "Tutunamayanlar" romanı ilə tanıyır. Yazıçının adın çəkdiyim romanını hələ oxumasam da, yazdığı bu hekayə mənə maraqlı gəldi. 
Oğuz AtayınBen buradayım sevgili okuyucum, sen neredesin acaba? deyə məşhur sualı da məhz bu hekayədə yer alıb.

2/07/2013

Yüreğim Seni çok Sevdi / Canan Tan

Bir il bundan əvvəl oxuduğuma baxmayaraq hələ də yadımdan çıxmayan, çox bəyəndiyim sevgi romanlarından biri. Əslində kitabın qeyri-adi bir mövzusu yoxdur, sıradan aşk romanıdı, lakin bütün bunlara baxmayaraq yenə də çox təsir etmişdi mənə. Yadımdadır ki, akademiyada mühazirə vaxtı bu kitabı oxuyanda göz yaşlarımı saxlaya bilməyib kitabı bir kənara qoymuşdum. Müəllim də şaşkın - şaşkın gözlərimin içinə baxırdı ki, görəsən bu qız niyə ağlayır? =)

2/04/2013

Lazer Göz Əməliyyatı


Salam, dostlar. Uzun müddət buralarda olmamağımın səbəbi lazer göz əməliyyatı olmağım idi. Bugünkü yazım da sırf  bu əməliyyatla bağlı olacaq. 

İnternetdə bu haqqda məlumatlar ancaq klinikalar tərəfindən verildiyindən, mən də həmin əməliyyatı keçirən bir insan kimi öz təcrübələrimi sizinlə bölüşmək istədim.

AddThis