6/29/2012

Yasunari Kavabata - Min Durna

Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm.

 İlk növbədə onu qeyd edim ki, mətbuatda, xəbər saytlarında, facebookda bu kitabın təqdimatı ilə bağlı xəbərlər çox yayımlandı. Ann.az saytında gördüyüm xəbərdəki bu sözlər mənim də diqqətimi çəkmişdi deyə təqdimatda iştirak etməyə qərar vermişdim: 23 iyun tarixində, saat 11:00-da ATGTİ-nin qərargahında klubun rəsmi açılış mərasimi və “Min durna” kitabının təqdimatı keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş gənclər və tələbələr iştirak edəcəklər. Eyni zamanda mərasimdə yapon mədəniyyəti (musiqi, simvollar, dil və s.) təqdim olunacaq.




Təqdimata getməyimin əsas səbəbi Yapon mədəniyyətinə olan marağım idi. Düzdür təqdimatda yapon musiqisi var idi, qulaq asırdıq və bu çox xoş təsir bağışlamışdı. Amma çox təəssüf ki, Yapon simvolları, dili haqqında heç bir məlumat verilmədi. Bəlkə də bu tip məlumatların verilməsi nəzərdə tutulmuşdu, sadəcə olaraq həyəcandan gənclərin yadından çıxmışdı.
Təqdimatın fəxri qonağı isə Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələsi Yusuke Fukuda idi. 5 il Türkiyədə yaşadığından və Azərbaycana yeni gəldiyindən qonaq türk dilində danışırdı və onu qeyd edim ki, Yusuke Fukuda türk dilində həqiqətən də çox səlis danışa bilirdi) Amma təqdimatda bir az da yapon dilində də danışılsaydı məncə çox maraqlı olardı.

Kitabı oxumağa başlayanda ilk növbədə yazıçının həyatı haqqında məlumatı qeyd etmələri xoşuma gəldi, lakin artıq Ön Sözdə leksik və qrammatik səhvlər qabağıma çıxmağa başlamışdı. Kitabdakı yaponca sözlərin mənasının səhifənin altında deyil, kitabın sonunda verilməsi isə məncə oxucu üçün sadəcə olaraq artıq bir əziyyət idi. "Min Durna"nı 13 səhifə oxuduqdan sonra artıq səbr edə bilməyib kitabın ərsəyə gəlməsində iştirak edən, kitabın üz qabığını tərtib edən Elvin Sadıxova facebookda ismarıc yazıb kitabda niyə bu qədər səhv olduğunu, kitabın üz qabığındakı rəsmi onun çəkib çəkmədiyini soruşdum. Deməli aldığım cavabdan belə məlum oldu ki, Elvin Sadıxov rəsmi özü çəkməyib, sadəcə olaraq kitabın üz qabığını tərtib edib. Amma məncə üz qabığını bir az fərqli etmək olardı. Çünki kitabda əsas yaponların çay mərasimlərindən söhbət getdiyindən bununla bağlı bir rəsim də seçmək olardı.

Kitabdakı səhvlərə gəldikdə isə Elvin Sadıxov redakte səhvlərinin və lüğəti səhifənin altında verə bilməmələrinin səbəbini texniki problemlərlə əlaqələndirdi. Gənclərə bu kitabın redaktesi üçün heç bir redaktor köməyi olmadığından, onlar özləri bu kitabı redakte etmişdilər, sadəcə olaraq  mətni yazdıqları proqramda bir sıra problemlər olduğundan nəşriyyat kitabın redakte edilməmiş versiyasın nəşr edib.
Düzün deyim ki, bu səbəblər olmasaydı sırf o səhvlərə görə kitabı oxumayacaqdım, hətta artıq kitabı bir kənara qoymuşdum. Sadəcə olaraq ilk işləri olduğundan bir əlimdə qələm səhvləri düzəldə-düzəldə kitabı oxumağa başladım =) Kitabda elə sözlər var idi ki, ulduzla lüğətdə bu söz var deyə qeyd olunsa da mən lüğətə diqqətlə baxıb o sözləri tapa bilmirdim. Yəni kitabda heç xoşlamadığım şey belə xırdalıqlar idi, çünki özümdən asılı deyil kitabda çox səhv olduqda kitab məni yorur və başımı ağrıdır. 
Kitabın məzmununa gəldikdə isə Yasunari Kavabatanın digər kitablarındakı kimi burda da Yapon mədəniyyətindən, onların çay mərasimindən söhbət açılırdı. 
Kitabda, atasını itirən Kikudzi atasının keçmiş məşuqəsi Hikako tərəfindən hazırlanan çay mərasiminə dəvət edilir. Qaranlıq ruhlu Hikako yalnız çay mərasimini deyil, sanki usta manevrlərlə kitab qəhrəmanlarının həyatının idarəsini əlinə alır.


Kikudzinin atasının gerçək bir eşqlə sevdiyi Xanım Oota-San itən sevgilinin ardından Kikudzini ölən sevgilisinin yerində görməyə başlayır. Kikudzi də qarşı qoyulmaz bir şəkildə Qadın Ootaya qarşı istək duymaqdadır. Qadın Ootanın qızı Fumiko isə anasının bu qəbul edilməz əlaqəsinin utancı altında əzilməkdədir. Fumiko hədsiz işarələrlə zəngin olan çay dəstlərini Kikudziyə hədiyyə etməsinə baxmayaraq, o günah duyğusundan xilas ola bilmir. Gün keçdikcə Fumiko da anasına bənzəyir və Kikudziyə aşiq olur.. 


Amma etiraf edim ki, mən nə qədər səbr etsəm də kitabı sonunacan oxumadan kənara qoydum. Çünki kitabdakı Fumikonun dağ səyahəti, 6 gün yazdığı məktublar məni lap darıxdırdı və mən kitabın son səhifələrinə baxıb sonun necə qurtaracağını bilmək istədim. Son isə heç gözləmədiyim kimi olur. Onu da burda deyib kitabı oxumaq istəyənlərin marağın öldürmək istəmirəm =)

Yasunari Kavabata haqqında internetdən maraqlananda onun ən məşhur 3 kitabı arasında olan əsərlər bunlar idi:
Izu no Odoriko 1927 (İzu Rəqqasəsi)
Yukiguni 1937 (Qar ölkəsi)
Nemureru bijo 1960 (Yatmış gözəllər).
Yazıçının həyatı haqqında kitabda Yasunari Kavabatanın dostunun ölümünü qəbul edə bilməyib öz ofisində intihar etdiyi yazılsa da, tapdığım məlumatlarda yazıçının dostlarına tez-tez "sağlığı yerində olmayan kövrək bir qoca olmaq istəmirəm" dediyini oxudum.
1972-ci ildə yazıçının öz ofisində dəm qazı ilə intihar etməsinin səbəbi isə hələ tam dəqiq heç kimə məlum deyil. Bəziləri bunu yazıçının səhhəti ilə bağlı olduğunu, bəziləri bilinməyən bir eşq hekayəsi olduğunu, bəziləri isə kitabda da qeyd olunduğu kimi ən yaxın dostunun ölümünü qəbul etməməsi kimi qeyd edib.
"Kitab adam yemir" klubunun ilk işi olduğunu,buna görə də müəyyən səhvləri ola biləcəyin nəzərə alıb, bütün bunlara baxmayaraq kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsi bu təşəbüsslərinə görə təbrik edirəm. Ən azından bir kitabı tərcümə etmək heç də asand iş deyil. Hələ onu öz hesabına nəşr etdirmək isə çox çətindir. İnşallah klubun bundan sonrakı işləri daha yaxşı və səhvsiz olar.
Kitabı yarımçıq qoymağım haqqında onu deyim ki, bunun tərcüməylə filan heç bir əlaqəsi yoxdu, sadəcə olaraq Fumikonun məktubları mənı darıxdırdı deyə kitabı yarımçıq qoydum. Hərhalda Çingiz Abdullayevin də elə kitabları olub ki, bu səbəbədən yarımçıq qoymuşam =)) ( Bu da bugün etdiyim başqa bir etiraf =)) ) 

Kitabdan seçdiyim qeydər:

Yaponlar şəxsi münasibətləri müzakirə etməyi sevmirlər. Adi bir hörmətsizlik yaponiyalı üçün təhqir edicidir. Onun aləmində hörmətsizlik edən şəxs öz simasını itirmiş kimi sayır.

Yaponlar həmişə diqqətli olub, heç vaxt öz şikayətləri və dərdləri ilə insanı yormağı xoşlamırlar. Uşaqlarına uşaqlıqdan hisslərini gizlətməyi və bunu etiraf etməyin mənasız olduğunu aşılayırlar.


Ehtiras çox böyük qüvvədir - bu qadınla çoxdankı yaxınlığa inamdır.



Əgər iki nəfər öz aralarında anlaşırsa, bunun necə baş verdiyi önəm daşımır.

Ehtirasın yaddaşı dəhşətli şeydir.


- Siz mənim arzum idiniz...

- Arzu?
- Bəli. Axı arzu - yalnız arzudur. O mümkün olmayandır. Mən də bu mümkünsüzlüklə barışdım.
Bu kitabı harda görsəz qaçın :)))


Yasunari Kavabata - Min Durna

Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm.

6/26/2012

"Ali və Nino"nun aksiya sərgüzəştləri =)

Salam, dostlar. Yadınızdadırsa bir neçə gün bundan qabaq "Ali və Nino"dakı aksiya ilə bağlı öz fikirlərimi yazmışdım, oxumayanlar burdan oxuya bilər. "Ali və Nino"dakı fırıldaq aksiya!

Bu gün yenə eyni aksiya keçirildi. Düzdür artıq bəzi düzəlişlər etmişdilər. Əvvəlcədən kitabların  siyahısın Facebook səhifələrində paylaşdılar. Elə yəqin bu səbəbdən də bu dəfə aksiyada daha çox iştirakçı var idi.
Mən də səhər xəbər tutduğum aksiya üçün Ali və Nino mağazasına yol aldım) Elə mağazaya yaxınlaşarkən kameranı, əlində mikrafon tutan xanımları görəndə artıq anladım ki, Bu dəfə medianın da diqqəti bu aksiyadadır


Youtube kanalından olan müxbirləri görəndə bir az sevindim, çünki ən azından onlar çəkəcək deyə "Ali və Nino" bu dəfə aksiya iştirakçıların razı salmalı idilər. Dediyim xanımlar səbətin yanındakı satıcıdan və aksiyanın iştirakçılarından  müsahibə alırdılar, mən də elə onlara qulaq asırdım)


 Müxbir xanım məndən də müsahibə verim deyə xahiş etdi, amma nədənsə müsahibə vermək istəmədim. (Düzü evə gələnnəndi fikirləşirəm ki, gərək müsahibə verəydim , axı mən niyə o xanıma yox dedim =) )


Deməli bu dəfəki aksiyada kitablar 3 dəfə səbətə əlavə olunacaqdı. Bunlar səhər saat 11, günorta 2 və axşam saat 6-da olmalıydı. Səhər saat 11-ə çata bilməmişdim deyə, saat 2-də səbətə qoyulacaq kitabları mən 1-in yarısından idi gözləyirdim. Elə gözləyərkən səbətdə olan kitabları nəzərdən keçirirdim, gördüm ki, keçən dəfədən qalan, satılmayan kitablar nə var idisə hamısı yenə səbətdə idi. Yazıq o kitabların bəxti açılmır da :)))) Qarımış qızlar kimi qalıblar o səbətdə :D

Gözlədim, gözlədim və nəhayət saat 2-yə yaxınlaşanda səbətin başına çoxlu adam yığışdı. Yəqin elə bu səbəbdən saat 2-də qoymalı olduqları kitabları "Ali və Nino" işçiləri Saat 13:15-də gətirdilər. Onda səbətə yaxın idim. Yalnız gətirilən kitablar hamısı rus dilində idi. Mən də kitabların rus dilində olduğun görüb geri çəkildim, çünki mənə ingilis, türk və ana dilimdə olan kitablar lazım idi. Amma soruşun görün sonra mən o səbətə yaxın dura bildimmi?
Saat 2-də işçilər yerdə qalan digər kitabları gətirəndə orda bir səs-küy qopdu, aləm bir-birinə necə qarışdısa, başım itdi. Satıcılara imkan vermirdilər ki, gəlib kitabları səbətə qoysunlar. Kitabları elə yazıq satıcıların əlindən göydə qapırdılar. Qızların səs küyü oğlanlardan bərk çıxırdı. Hələ yadımdadı, orda olan bir oğlan qayıdıb dedi ki "İndiki qızlar oğlanlardan beş betərdi, imkan verin dəə"
Nədi-nədi 2 manata bir kitab alacaqlar deyə,  "mədəniyyət" adlı şeyi unutmuşdu bəziləri. Gərək onları videoya çəkib sonra özlərinə göstərərdik ki, özləri öz hərəkətlərinə baxıb, bəlkə kənardan necə göründüklərini anlayardılar.  
Bir sözlə, bugünkü aksiyada səbətə yaxın dura bilmədiyimdən heç hansı kitabların olduğunu da görmədim. Deyilən kitablar yox idi falan deyir bəziləri, amma məncə rəhbərik adların yazdıqları bütün kitabları səbətə əlavə eləmişdi. Sadəcə olaraq o həngamədə kitab seçmək mümkün deyildi. Elə bəlkə də o həngaməyə görə saat 6-da yeni kitablar əlavə etməkdən vaz geçdilər. Orda olan satıcı özü də qeyd etdi ki, keçən dəfə aksiya çox mədəni alınmışdı. Yəni bugünkü kimi bazar deyildi.
Hələ sizə bir hadisəni də deyim ki,  "Çərpələng uçuran" kitabın istəyən bir xanım var idi, səbətə kitablar gələndə o basa-basda xanım necə arxada qaldısa, birdə gördüm başlayıb ağlamağa ki, "hamı itdi, Çərpələng uçuranı mən istiyirdim axı". Deyəsən, amma xanımın ağlamağı işinə yaradı, çünki mən ordan uzaqlaşanda  xanımın istədiyi  kitabı aldığını gördüm. Onu da burdan təbrik eliyirəm)))
 Nə isə, yəqin bir daha bu aksiya keçirilsə əziyyət çəkib gedən deyiləm. Orda gedib bəzi adamyeyənlərin içinə düşməkdənsə, istidə o qədər gözləyib sonda əliboş evə qayıtmaqdansa adlı-minnətli kitabı öz qiymətinə alıb oxuyaram.
 Sizə məsləhətim: Əgər vaxtınızı itirib, əsəblərinizi korlamaq istəmirsinizsə, türklər demiş "Boş verin" bu aksiyaları =)

"Ali və Nino"nun aksiya sərgüzəştləri =)

Salam, dostlar. Yadınızdadırsa bir neçə gün bundan qabaq "Ali və Nino"dakı aksiya ilə bağlı öz fikirlərimi yazmışdım, oxumayanlar burdan oxuya bilər. "Ali və Nino"dakı fırıldaq aksiya!

6/21/2012

"Ali və Nino"dakı fırıldaq aksiya!



Salam =) Bugün sizə hansısa kitab haqqında deyil, “Ali və Nino”  kitab evindəki aksiya ilə bağlı yazmaq istəyirəm.
Günorta “Alinino.az” saytına hansısa kitabın qiymətinə baxmaq üçün daxil olmuşdum, elə onda bugünkü aksiyadan xəbərdar oldum. Aksiya adamı özünə cəlb edirdi, çünki reklamdakı sözlər eynilə belə idi: Bu gün Nizami 91 ünvanındakı mağazamızda (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) kitabların 2 manata satışı olacaq. Qaçirmayın!!!

6/20/2012

Paulo Coelho - On bir dəqiqə

Salam, sevimli kitabqurdları!  Necəsiz?  3 - 4 günlük aradan sonra yeni bir postumla yenə qarşınızdayam. Bu qısa ayrılığa səbəb internetimin vaxtının qurtarması olmuşdu))) Yoxsa ki, indi haqqında yazacağım kitabı 1 günə oxuyub qurtarıb, blog yazımı da hazırlamışdım.
Nəysə keçək indi yazımıza )

6/15/2012

Qabriel Markes - 100 ilin Tənhalığı

100 ilin Tənhalığı – Qabriel Markesin məşhur , nobel mükafatlı əsəri...
 Yazıçı bu əsəri 2 ildən az bir müddətdə yazdığını, lakin kitabda yazacaqlarını 16-17 il düşündüyü qeyd edib. Həqiqətən də o qədər düşündükdən sonra yazmağa dəyər bir kitab olub. 
Bəzi insanlar “100 illik tənhalığı” oxumadan Markes qələminin gücünü yetəri qədər anlamazsan deyirlər, həqiqətən də haqlıymışlar...

6/10/2012

Qadınlar susaraq gedər...


Bugün sizə çox sevdiyim bir şeiri paylaşacam...

KADINLAR SUSARAK GİDER....
Çok uzun emekler verir ilişkisini yürütmek için.
Birinin kadını olmayı yüreği, beyni, ruhu o kadar zor kabul etmiştir ki, başka bir adama ait olmayı istemez.

6/09/2012

Gabriel Markes - Hüznlü Fahişələrim



Əlimdə tutduğum bu kitab 1982 Nobel Ədəbiyyat Mükafatı sahibi Gabriel García Márquez'e aiddir. Kitabın adı bir qədər etikadan kənar səslənsə də kitabda yazıçı vulqarizmə çox yer verməyib.
 100 səhifədən ibarət bu balaca kitabı bir neçə saat içərisində oxuyub qurtarmaq mümkündür.  

6/07/2012

Qabriel Markes - Sənin qar üzərindəki izinlə



Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin dərinliklərinə asanlıqla yol tapır. Markes söz sehrbazıdır, hamının bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, sözün qüdrətinə inandırmağı bacarır. 

Hətta demək olar ki, çoxumuzun əzbər bildiyi aforzimlərin müəllifi Qabriel Markes imiş.. Onlardan bəzi nümunələr: 

6/06/2012

May ayında “Əli və Nino”da çox satılan kitablar – SİYAHI


Düzü mən siyahıya baxıb ilk 10luqda olan kitabları oxumağı sevirəm. Bu siyahını bugün gördüm və beləliklə bu ay oxuyacağım kitabları qərarlaşdırdım. Amma ilk öncə Qabriel Markesin yeni aldığım "Sənin qar üzərindəki izinlə""Hüzünlü fahişələrim" kitablarını oxuyub qurtaracam. Yeni kitablar sonraya qaldı :)) Buyurun siyahını təqdim edirəm.



 
1. S. Ahern – P.S Mən səni sevirəm
 2. P. Koelho – On bir dəqiqə 

 3. Q.Səid – Əli  və Nino 
 4. F. Beqbederi – Məhəbbət üç il yaşayır
 5. P. Koelho  – Kimyagər
6. H. Murakami – Norveç meşəsi

7. X. Huseyni- Çərpələng uçuran 
 8. Ç. Abdullayev  – İnsan ovu
9. P. Koelho -  Rio-Pyedranın sahilində oturdum və ağladım
10.Ə. Ol -  Tütün limanı


May ayında “Əli və Nino”da çox satılan kitablar – SİYAHI


Düzü mən siyahıya baxıb ilk 10luqda olan kitabları oxumağı sevirəm. Bu siyahını bugün gördüm və beləliklə bu ay oxuyacağım kitabları qərarlaşdırdım. Amma ilk öncə Qabriel Markesin yeni aldığım "Sənin qar üzərindəki izinlə""Hüzünlü fahişələrim" kitablarını oxuyub qurtaracam. Yeni kitablar sonraya qaldı :)) Buyurun siyahını təqdim edirəm.